Adnan Oktarın 01 yanvar 2010-ci il tarixli Tempo TV və Kral Karadeniz TV müsahibəsindən
Adnan Oktar: Rəhman surəsində Allah deyir ki, cənnəti təsvir edərkən; şeytandan Allaha sığınıram, cənnətdə “İkisində də cürbəcür meyvələr”. Bax, “... cürbəcür meyvələr, xurma ağacları və nar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Orada xoş xasiyyətli, gözəl qızlar vardır”. Baxın əvvəl xasiyyət gözəlliyi, xasiyyəti gözəl olmadısa qadın nə edirsə etsin heç bir işə yaramaz. Kişi də qadın üçün elədir, əgər xasiyyəti pisdirsə qadın nifrət edər. Dünyanın ən yaraşıqlı insanı olsa belə. Ağılsız insan özündən uzaqlaşdırar insanları, ağıllı insan, gözəl xasiyyətli insan gözəldir, inşaAllah. “Otaqlar içində qorunmuş hurilər vardır”. Qorunmuş, yəni iffətini qoruyan, degenerasiya olmamış qadınlar gözəldir, yəni insanı təsirləndirər. Amma hər kəsin istifadə etdiyi, ümumiləşmiş, dəyərini itirmiş bir qadına psixoloji olaraq insan hörmət duya bilməz. Dəyər də verə bilməz. Dolayısilə də təsirlənməz. Ət yığını kimi gələr. Quran bunu göstərir, halalı olaraq, əlbəttə. Baxın hətta, “Onlardan əvvəl”—deyir Allah “... özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır”. Çünki namus hissi insana çox müsbət təsir göstərər. Ruhunda çox müsbət təsir meydana gətirər. Onu tərtəmiz görərsən, şəfqət duyarsan, sevgi duyarsan, hörmət duyarsan, dəyər verərsən. Amma insan hörmət etməzsə, dəyər verməzsə, əhəmiyyətli görməzsə meymun kimi bir şey görər onu. Çox pis görər, diksinər hətta. Onun gözəl olmasının bir mənası qalmaz. Ona görə insan ağlıyla, gözəl əxlaqı, dərinliyiylə, sevdası ilə, Allahdan qorxması, Allahı sevməsilə təsir edici və gözəl olar. Çünki bir insana baxarkən biz Allahın təcəllisini görmüş olarıq. Allah onu bizə beynimizdə gözəl yaratmasa istəyərsə meymun kimi çox çirkin də yarada bilər. Məsələn, insan gözəldir, amma Allah bizə çox anormal da göstərə bilər beynimizdə, heç bir şey edə bilməzsən, dəyişdirə bilməzsən, yaxud tamamilə görünüşünü yox edə bilər, qapqara qaranlıq da göstərə bilər Allah, heç bir şey edə bilməzsən. Yaxud rəng koru edər Allah, ağ-qara göstərər, heç bir şey edə bilməzsən.