«Ey iman gə­ti­rən­lər! Çox zən­nə-gü­ma­na qa­pıl­maq­dan çə­ki­nin. Şüb­hə­siz ki, zən­nin bə­zi­si gü­nah­dır. Bir-bi­ri­ni­zin ey­bi­ni ara­yıb ax­tar­ma­yın, bir-bi­ri­ni­zin qey­bə­ti­ni qır­ma­yın! Siz­dən bi­ri­niz öl­müş qar­da­şı­nın əti­ni ye­mə­yə ra­zı olar­mı?! Bu siz­də ik­rah his­si oya­dar. Al­lah­dan qor­xun. Hə­qi­qə­tən, Al­lah töv­bə­lə­ri qə­bul edən­dir, rəhm­li­dir!» (Hu­cu­rat su­rə­si, 12).

Ayə­də mö­mi­nin çəkinəcəyi üç mü­hüm dav­ra­nış­dan söh­bət açı­lır: zən­nə qa­pıl­ma­maq, qey­bət et­mə­mək, eyibləri araşdırmamaq... Bun­lar ey­ni za­man­da bir-bi­ri ilə bağ­lı olan dav­ra­nış­lar­dır. Çün­ki qey­bət edən, yə­ni bir mö­mi­nin ar­xa­sın­ca de­di-qo­du edən in­san elə onun haq­qın­da bə­zi mən­fi gü­man­la­ra da qapılır. Ey­ni­lə, eyibləri araşdıranbir in­san da müx­tə­lif gü­man­lar­ səbəbindən belə davranır.

Bu dav­ra­nış­la­rın üçü­nün də or­taq xü­su­siy­yə­ti mö­min­lə­ri in­ci­dən, mö­min­lər ara­sın­da­kı bə­ra­bər­liyi və həm­rəy­li­yi pozan, sev­gi­ni, şəf­qə­ti və mər­hə­mə­ti azal­dan dav­ra­nış­lar olmasıdır. Bun­la­rın ha­mı­sı cahil cəmiyyətin gün­də­lik həya­tın­da adi hal al­mış çir­kin vər­diş­lər­dir. Ca­hil cə­miy­yə­tin çox tə­bii qar­şı­la­dı­ğı bu vər­diş­lə­rin əs­lin­də nə qə­dər qəbul edilməzvə xo­şa­gəl­məz ol­ma­sı ayə­də­ki qey­bət­lə bağ­lı mi­sal­dan da ay­dın olur. Həm­çi­nin, baş­qa bir ayə­də də Allah'ın «qeybət edən­lər» haq­qın­da bö­yük bir xə­bər­dar­lı­ğı var. Ayə­də be­lə hökm edi­lir:

«Qey­bət edib tə­nə vu­ran hər kə­sin vay ha­lı­na! O kim­sə ki, mal yı­ğıb onu dö­nə-dö­nə sayar. Və elə zənn edər ki, mal-döv­lə­ti onu əbə­di ya­şa­da­caq­dır. Xeyr! O müt­ləq Hütəməyə atı­la­caq­dır! Sən nə bi­lir­sən ki, Hü­tə­mə nə­dir?! O, Al­la­hın ya­nar odu­dur» (Hu­mə­zə su­rə­si, 1-6).

Mə­lum ol­du­ğu ki­mi, ayə­nin da­va­mın­da hə­min dav­ra­nış tər­zi­ni mə­nim­sə­yən­lər­ə qarşı bir­mə­na­lı şə­kil­də cə­hən­nəm təh­di­di var. Hə­min xəbərdarlığı nə­zə­rə al­dı­ğı­mız za­man, bu mənfi əx­la­qın mö­min­lə­rin diq­qət ye­tir­mə­li ol­du­ğu Quran­dan kə­nar bir dav­ra­nış ol­du­ğu­nu görürük.

Şey­tan di­ni in­kar edənlərin bir-bi­ri­nə bəslədiyi kin, hə­səd və pa­xıl­lı­q­dan irə­li gə­lən eyibləri araşdırmaqvə qey­bət ki­mi dav­ra­nış­la­rı mö­min­lə­rə müs­bət gös­tər­mək üçün, bun­la­rı guya din üçün etdirməyə ça­lı­şa bi­lər. Mə­sə­lən, səhv və nöqsanla­rı olan bir mö­mi­nin ar­xa­sın­ca de­di-qo­du et­mə­yi onun yax­şı­lı­ğı və ya di­nin mən­fəə­ti üçün olan hə­rə­kət ki­mi gös­tər­mə­yə ça­lı­şa bi­lər. Hal­bu­ki Al­lah bu dav­ra­nı­şı mö­min­lə­rə Quran­da qə­ti qa­da­ğan et­miş­dir.

Ayə­də sa­da­la­nan nöqsanlar ara­sın­da diq­qət ye­ti­ril­mə­li olan baş­qa bir dav­ra­nış da «zən­nə qa­pıl­ma­maq»dır. Qey­bət və eyibləri araşdırmaqzən­nə qa­pıl­ma­ğa nis­bə­tən da­ha konk­ret səhv­lər­dir. Bu­na gö­rə də, hə­min səh­vi edən insanıdi­gər mö­min­lər xə­bər­dar­ edib onu bu dav­ra­nış­dan çəkindirə bilərlər. Zən­nə qa­pıl­maq qəlb­də yarandığı üçün mö­mi­nin yal­nız özü­nün mü­əy­yən edib təd­bir gö­rə bi­lə­cə­yi ha­di­sə­dir. Bunun nəticəsində, qəf­lə­tə dü­şən mömin öz-özü­nə dü­şü­nər­kən ayə­də gü­nah sa­yı­lan bir çox pis gü­man­la­ra qapıla bi­lər. Bu­ra­dan mə­lum olur ki, mö­min yal­nız et­diyi əməl­lə­ri­nə gö­rə de­yil, niy­yə­ti­nə, duy­ğu və dü­şün­cə­lə­ri­nə gö­rə də mə­su­liy­yət da­şı­yır. Bəhs etdiyimiz kin, hə­səd, qor­xu, sev­gi və bu­na bən­zər bir çox an­la­yış­lar da möminə mə­su­liy­yət yükləyən hiss­lər­dən­dir. Bu səbəbdən, mö­mi­nin ağ­lın­dan ke­çir­dik­lə­ri və hiss et­dik­lə­ri də Al­la­h'ın sər­həd­lə­ri­ni aş­ma­ma­lı­dır. Quran hökm­lə­ri­ni rəh­bər tu­ta­raq öz hiss və dü­şün­cə­lə­ri­ni tər­bi­yə edən in­san isə, şüb­hə­siz ki, ən doğ­ru yo­la ça­tar.