Hörmətli Adnan Oktarın yeni izahları (17 İyun 2013; 24:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni izahları (17 İyun 2013; 24:00)

1751

HÖRMƏTLİ ADNAN OKTARIN NİSA SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Nisa surəsi, 172-ci ayə

 

Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.

 

“Məsih” hz. İsa Məsih (ə.s), İbni Məryəm “Allaha yaxın olan mələklər,” Cəbrayıl, Mikayıl həmişə bərabərdirlər. Onun üçün xüsusilə bildirir Allah. Eyni yerdədirlər. “Allahın qulu olmağı özlərinə ar bilməzlər.” Hz. İsa Məsih (ə.s) ibadətə davam edir. Ölən bir insan ibadətə davam edə bilərmi? Eyni məkandadırlar. İbadət bitir, amma hz. İsa Məsih (ə.s)-ın ibadətə davam etdiyini söyləyir Allah. “Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.”

 

Nisa surəsi, 174-cü ayə

 

Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik.

“Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi” Yəni, mehdiyyət, başda Quran, amma ikinci işarəli mənası hz. Mehdi (ə.s).  “və Biz sizə parlaq bir nur (Quran) nazil etdik” Yenə Qurana işarə, Quran nəzərdə tutulur, amma mehdiyyətə də ikinci dərəcədən işarə var. 

PAYLAŞIN
logo
logo
logo
logo
logo