Hz. Mehdi (əs) insanların cənnəti qazanmalarına vəsilə olacaq
ucgen

Hz. Mehdi (əs) insanların cənnəti qazanmalarına vəsilə olacaq

1271

Peyğəmbərimizin (səv) hədislərindəki məlumatlara görə Uca Allah gözəl əxlaqdan uzaqlaşan insanları, degenerasiyaya məruz qalan cəmiyyətləri doğru yola çatdırmaq üçün ‘’Mehdi’’, digər bir ifadə ilə ‘’doğruya aparan’’ xüsusiyyətini daşıyan üstün əxlaqlı bir qulunu vəsilə edəcək.

Hz. Mehdi (əs) Allahın izni ilə bəşəriyyəti ağuşuna alan bütün bu qarışıqlıqlara, ictimai problemlərə, sosial çətinliklərə həll yolu gətirəcək. Bütün yer üzünə səadət, hüzur, sülh və gözəl əxlaq hakim olarkən, hz. Mehdi (əs) İslamı bütün təhriflərdən, xurafatdan təmizləyərək əsl Quran əxlaqının yaşanmasını təmin edəcək və Allahın izni ilə bir çox insanın Cənnəti qazanmasına vəsilə olacaq.

Hz. Mehdi (əs) insanların Allahdan qorxmalarına və Allahı sevmələrinə vəsilə olacaq

 

Hz. Mehdi (əs) insanların Allahın gücünü lazımınca təqdir edib, Ondan qorxub çəkinərək gözəl əxlaq göstərmələri üçün insanlara Allahın gücünün və yaradılışdakı ehtişamın dəlillərini izah edəcək, gözəl və hikmətli izahları ilə onların Allahı sevərək Ondan qorxub çəkinmələrinə vəsilə olacaq.

 

Hz.  Əlidən (rə) belə rəvayət edilmişdir:

ALLAHPƏRƏSTLİK NƏFSPƏRƏSTLİYƏ ÇEVRİLDİKDƏN SONRA HZ. MEHDİ (ƏS) GƏLƏCƏK VƏ NƏFSPƏRƏSTLİYİ ALLAHPƏRƏSTLİYƏ ÇEVİRƏCƏK, QURAN İNSANLARIN ŞƏXSİ DÜNYAGÖRÜŞÜ VƏ DÜŞÜNCƏLƏRİNƏ GÖRƏ DƏYİŞDİRİLDİKDƏN SONRA HZ. MEHDİ (ƏS) GƏLİB BÜTÜN BU DÜŞÜNCƏLƏRİ QURANLA ƏVƏZLƏYƏCƏK... "Yer üzü içində saxladığı hər şeyi onun üçün çıxaracaq, bütün imkanlarını və bərəkətini onun xidmətinə verəcək.O zaman hz. Mehdi (əs) əslədalətin necə olduğunu, Kitab və sünnəni əhya etmənin nə demək olduğunu sizə göstərəcək."  (Nəhcül Bəlağa, Feyz-ül İslam Nəşr, sf. 424,425)

 

Hz. Mehdi (əs) dəlalət və azğınlıq qalalarını yıxacaq, insanların tək Allaha iman gətirmələrinə vəsilə olacaq

 

Hz. Mehdinin (əs) insanları çəkindirəcəyi ən böyük yanlışlardan biri şirkdir. Hz. Mehdi (əs) insanlara daim Allahın tək İlah olduğunu, Ondan başqa heç bir varlığın heç bir gücə sahib olmadığını izah edəcək və müşrikliyə qarşı onları xəbərdar edəcək.

Dünyanı fitnə və düşmənçilik bürüyəndə, hər yer zülm, fəsad və oğurluqla dolanda, DƏLALƏT VƏ İNHİRAF (DOĞRU YOLDAN AYIRAN) QALALARINI YIXMAQ, QARANLIQ VƏ DAŞ ÜRƏKLƏRİ TOVHİD (ALLAHIN BİRLİYİ, TƏKLİYİ), İNSANİYYƏT VƏ ƏDALƏT NURU İLƏ İŞIQLANDIRMAQ ÜÇÜN ALLAH BÖYÜK İSLAHATÇISINI GÖNDƏRƏCƏK. (Əl  Mehdiyy-il Mev'ud, c: 1, sf. 310)

Hz. Mehdinin (əs) vəsiləsi ilə hər yer Allaha ibadət edilən yerlərə çevriləcək

 

Hz. Mehdi (əs) insanlara hər an hər yerdə Allahla bərabər olmalarını, Allahla səmimi bir yaxınlıq qurmalarını, Allaha dua edib, tövbə etməyi və daim şükür etmələrini xatırladacaq, beləcə Allahın izni ilə dünyanın hər yeri ibadət yerlərinə çevriləcək.

Əbu Bəsir belə deyir: İmam Cəfər Sadiqə (əs) "Ey Rəsulullahın övladı! Siz Əhli Beytin Qaimi kimdir?" deyə soruşanda belə cavab verdi: ... Hz. Mehdi (əs) dünyanı fəth edəcək, İsa b. Məryəm (əs) nazil olaraq onun arxasında namaz qılacaq. O ZAMAN YER ÜZÜ ALLAHIN NURU İLƏ İŞIQLANACAQ, ALLAHDAN BAŞQASINA İBADƏT EDİLƏN HƏR YER ALLAHA İBADƏT EDİLƏN YERLƏRƏ ÇEVRİLƏCƏK, MÜŞRİKLƏR İSTƏMƏSƏ DƏ, DİN O GÜN YALNIZ ALLAHIN DİNİ OLACAQ."(Bihar-ul Envar, c. 51, s. 146)

 

Hz. Mehdi (əs) insanlara Quranı və Qurana uyğun yaşamağı öyrədəcək

 

De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstərən rəhbər və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”. (Nəhl surəsi, 102) ayəsində xəbər verildiyi kimi, hz. Mehdi (əs) Quranın insanlar üçün bir nur və ruhları üçün şəfa olacağını bildirəcək, insanlara Qurandan dərslər hazırlayacaq, hər kəsin Quranı oxuması və anlamasının lazım olduğunu xatırladacaq.

 

Hz. Mehdi (əs) Quranın doğru izah olunması üçün elmi mübarizə aparacaq

 

Rəsulullah (səv) Ammar ibn Yasirə belə buyurmuşdur:  "Onun uzun bir qeyb dövrü olacaq ki, bəzi insanlar bu dövrdə imanlarını itirəcək, digər bir qrupu isə imanlarını qoruyacaqlar. O (hz. Mehdi (əs)) axırzamanda zühur edib yer üzünü ədalətlə dolduracaq. O (hz. Mehdi (əs)) ALLAHIN KƏLAMININ ŞƏRHİ (AÇIQLAMASI) ÜÇÜN MÜBARİZƏ APARACAQ, necə ki mən Allahın kəlamının nazil olması üçün mübarizə apardım. Ey Ammar... (O) xalqın mənə ən çox bənzəyəni olacaq." (Kifayet'ül Eser, İlzamün Nasib, c. 1, s. 98)

 

O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”. (Əraf surəsi, 157) ayəsində xəbər verildiyi kimi, axırzamanın dəyərli şəxsi hz. Mehdi  (əs) İslam dinini müxtəlif xurafatlar, batil inanc və səhv hökmlərdən təmizləyəcək. Peyğəmbərimizin (səv) hədislərində dini müxtəlif xurafatlarla çətinləşdirən cahil sistemin və hz. Mehdinin (əs) çox çətin bir mübarizəsinin olacağı bildirilmişdir. Ancaq ayədə işarə edildiyi kimi,  hz. Mehdi (əs) cahil sistemin bütün təsirlərinə baxmayaraq, əslindən uzaqlaşdırılmış din əxlaqını əslinə qaytaracaq, İslam dininin asanlığı və gözəlliyini xatırladacaq, beləcə insanların Quran əxlaqına görə yaşamalarına vəsilə olacaq.

Hz. Mehdi (əs) insanları Qurana dəvət edəcək, gerçək ədaləti onlara öyrədəcək

 

Onlar hidayətə qarşı nəfslərinə tabe olmaq istəyəndə, O da (hz. Mehdi (əs) nəfsə qarşı hidayətə təslim olmağı istəyəcək. Onlar nəfslərini Qurandan üstün tutsalar, O da nəfslərinə qarşı Qurana itaət etməyi istəyər. ...Çaxnaşma hər tərəfə yayıldığı, çoxalıb şiddətləndiyi zaman,... əmr sahibi (hz. Mehdi (əs) onlardan pislik edən kəsləri sorğuya çəkəcək; yer üzü içində qızıl və gümüş nə varsa çölə atacaq, sərvət və xəzinələrini ona təqdim edəcək. O DA (HZ. MEHDİ (ƏS)) DƏ ƏDALƏT NECƏ TƏTBİQ OLUNARMIŞ, ONLARA GÖSTƏRƏCƏK; KİTABA VƏ SÜNNƏYƏ TƏKRAR HƏYAT VERƏCƏK. ... (Nəhcül bəlağə, 138-ci xütbə)

 

Peyğəmbərimizdən (səv) rəvayət olunan bu hədisdə hz.Mehdinin (əs) zühurunun bütün dünyada böyük bir təsir meydana gətirəcəyi ifadə edilmişdir. Hz. Mehdi (əs) tükənməyən bir okeana bənzəyən Quranı Kərimi bütün dünyaya yayacaq, insanların Quran əxlaqını mənimsəməsinə vəsilə olacaq. Hədisdə hz. Mehdinin (əs) Quran əxlaqının yaymasındakı müvəffəqiyyəti Rəsulullahın (səv) dilindən hər zamanki mükəmməlliyi ilə ifadə edilmişdir.

 

Hz. Mehdi (əs) insanları ən doğru, məqsədəuyğun, məqbul, məntiqli, tutarlı və ağıllı şəkildə davranmağa təşviq edəcək

 

İmam Məhəmməd Baqir (əs) buyurmuşdur ki: Qaimimiz (HZ. MEHDİ) QİYAM EDƏRKƏN QULLARIN BAŞINA ƏLİNİ ÇƏKƏCƏK VƏ ONLARIN DAĞINIQ FİKİRLƏRİNİ BİR YERƏ YIĞACAQ. ONLARI BİR HƏDƏFƏ DOĞRU YÖNƏLDƏCƏK və onlarda bəyənilmiş əxlaqı kamal həddinə (mükəmməllik səviyyəsinə)  çatdıracaq. (Bihur-ul Envar, c. 52, s. 336)

 

Hz. Mehdi (əs) inkarçı cərəyanları və bidətləri İslam dinindən çıxaracaq, insanları Allahın yoluna dəvət edəcək

 

Rəsulullah (səv) belə buyurur: "HƏR ZAMANDA ÜMMƏTİM ÜÇÜN ƏHLİ BEYTİMDƏN BİR ƏDALƏTLİ ŞƏXS VARDIR. ONLAR, AZANLARIN TƏHRİFLƏRİNİ, BATİL ƏHLİNİN BATİLİNİ, CAHİLLƏRİN ŞƏRHİNİ BU DİNDƏN ÇIXARARLAR, eşidin ki, doğrusu sizin imamlarınız sizi Allaha aparan elçilərdir, elə isə yaxşı baxın ki, sizin elçiləriniz kimlərdir."

(Savaik'ul Muhrika, İbni Həcər, s. 148, Muhammediyye mat. Və s. 90, Meymeniye mat. Misir. / Yenabi'ul Mevedde, Kunduzi Hənəfi, s. 226, 326, 327, Haydariye mat. S. 191, 271, 273 və 297, İstanbul. / Zehair'ül Ukba, Muhibbiddin Taberi Şafisi, s. 17)

 

Peyğəmbərimiz (səv) hədisində hər əsrdə seyidlər arasından ədalətlə hökm edən birinin gələcəyini bildirmişdir. Bu şəxslər öz əsrlərində hakim olan batil cərəyanla fikri mübarizə aparacaqlar və insanları din əxlaqını yaşamağa dəvət edəcəklər. O dövrdə cəmiyyətlər üzərində təsirli olan batil dinlə (materializm, ateizm, bütpərəstlik, darvinizm) və ya hamısı bir yerdə isə hamısı ilə fikri mübarizə aparacaqlar. Hicri 1400-cü ildə fikri mübarizə aparacaq və insanları haqq yola dəvət edəcək seyid hz.Mehdi (əs) olacaq. Hz. Mehdi (əs) həm darvinizm və materializm bütünü fikirlə məhv edəcək, həm də bəzi cahil şəxslərin dinə daxil etdikləri hər cür batil izahı dindən çıxaracaq, din əxlaqının Peyğəmbərimizin (səv) yaşadığı dövrdəki kimi yaşanmasını təmin edəcək. Ustad Səid Nursi həzrətləri hz. Mehdinin (əs) bu fikri mübarizəsini belə açıqlamışdır:

 

Birincisi: ...Fən və fəlsəfənin təsiri ilə və MADİYYUN (MATERİALİZM) VƏ TABİYYUN (TƏBİƏTÇİLİK İNANCININ) BƏŞƏR İÇİNDƏ İNTİSAR ETMƏSİ İLƏ (YAYILMASI İLƏ) HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MADDİYUN FİKRİNİ (MATERİALİST DÜŞÜNCƏNİ) TAM SUSDURACAQ BİR TƏRZDƏ İMANI QURTARMAQDIR. ." (Emirdağ Lahikası, məktub sf. 337)

 

Hz. Mehdi (əs) birinci vəzifəsi olaraq “maddiunun”, yəni materializm, “tabiyyun”, yəni Darvinizm ilə fikri mübarizə aparacaq və bu iki inkarçı cərəyanı tam olaraq fikirlə məhv edəcək, insanların Allaha yəqinliklə iman gətirməsinə vəsilə olacaq.

Hz. Mehdi (əs) gecə ibadəti (dərsləri) ilə insanların kamilləşməsinə və mənəvi təmizlənməsinə vəsilə olacaq

 

Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir. (Müzəmmil surəsi, 6) ayəsində xəbər verildiyi kimi, hz. Mehdinin (əs) gecələr keçəcəyi dərslər və təbliğ gücü ilə insanlar  dövlətinə, millətinə, dininə və bütün insanlığa faydalı hala gələcək. Əvvəllər cahil, xəsis və qorxaq olan bir insan axırzamanın böyük mürşidi (doğru yolu göstərən adamı) hz. Mehdinin (əs) təbliği və təhsili ilə savadlı, comərd və cəsur olacaq; insanların şəxsiyyəti Uca Allahın razı olacağı şəkildə dəyişəcək.

 

"... (ONUN (HZ. MEHDİNİN (ƏS)) LÜTFÜ SAYƏSİNDƏ) GECƏ CAHİL, QORXAQ VƏ XƏSİS OLAN ADAM SƏHƏRƏ SAVADLI, CƏSUR VƏ COMƏRD OLACAQ. (Allahın) köməyi hər zaman onun (hz. Mehdinin (əs)) yanında olacaq.  Allahın elçisinin addımlarını izləyəcək və heç səhv etməyəcək; O ((hz. Mehdi (əs)) görmədən onu dəstəkləyən bir mələk olacaq, insanların əhvalını yüksəldəcək və zəiflərə kömək edəcək, hərəkətləri sözlərinə görə olacaq və sözləri əməllərinə görə olacaq… (Əl-Futuhatu'l Makkiyah, s. 6)

 

Peyğəmbərimizin (səv) gecə ibadət etməsi kimi, hz. Mehdi (əs) və tələbələri də təbliğ fəaliyyətlərini yalnız gündüz deyil, internet, televiziya və radio kimi vasitələrlə gecə də davam etdirəcək.

 

Nuaym ibn Hammad, Əbu Cəfərdən belə rəvayət etmişdir: ... (HZ. MEHDİ (ƏS)) GECƏLƏRİ İBADƏTLƏ MƏŞĞUL OLUB, gündüzləri gizli olacaq... (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Hz. Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)

"GECƏLƏRİNİ RAHATLIQ İÇƏRİSİNDƏ KEÇİRMƏK YERİNƏ, ONLAR (HZ. MEHDİ (ƏS) VƏ TƏLƏBƏLƏRİ) RƏBBLƏRİNƏ İBADƏT EDƏRƏK KEÇİRƏCƏKLƏR." (Mikyaal al-Makaarem, cild 1, s. 65)

 

Hz. Mehdi (əs) İnsanların Elmlərinin Artmasına Vəsilə Olacaq.

 

Hz. Mehdinin (əs) zühurundan sonra, ona itaət edən insanların səmimiyyəti və elmi artacaq. Hz. Mehdi (əs) insanların əxlaq və şəxsiyyət olaraq yetkinləşmələrinə vəsilə olacaq, bunun nəticəsində isə insanların Allahın ayələrini anlama güclərini və anlayışlarını gücləndirəcək.

 

"Hz. Mehdinin (əs) təbliğ üsulu insanların ürəklərinin  dərinliklərinə işləyən və Allaha ən səmimi qəlblə yönəldən şəkildə olacaq. Dindən uzaqlaşanlar ibadətlərinə, şükür etməyə və hüzura geri qayıdacaqlar." (İkdud Durar, səhifə. 156, Bihar- ül Envar, cild 53, s. 36 və 280)

 

Hədisdə ifadə edildiyi kimi, hz. Mehdi (əs) İslam əxlaqını izah edərkən son dərəcə səmimi bir üsuldan istifadə edəcək. Allah hz. Mehdinin (əs) səmimiyyətini də vəsilə edərək "Hadi" sifəti ilə təzahür edəcək və insanları hidayətə çatdıracaq. Hz. Mehdinin (əs) dövründə insanlar  təmiz bir qəlblə Allaha iman gətirəcəklər və imanı zəifləmiş insanların da yenidən imanları güclənəcək. Hz. Mehdinin (əs) İslam əxlaqını izah edərkən səmimiyyətə xüsusilə diqqət çəkməsinin səbəblərindən biri də yaşadığı dövrdə insanların səmimiyyətdən uzaq olmalarıdır. Peyğəmbərimiz (səv) həmçinin iman gətirən insanların qəlblərinin rahat olacağına və sülh, hüzur mühitinin meydana gələcəyinə də diqqət çəkmişdir.

 

 

Allah necə bütün orqanlar üçün ürəyi imam edib, hz. Mehdi (əs) də axırzamanda iman gətirənlərin öndəri olacaq

 

Əbu Abdullah (İmam Cəfər-i Sadiq (əs)) buyurdu ki: "Ey Hişam! Mənə Əmr ibn Ubeydənin nə etdiyini və ona necə bir sual verdiyini xəbər ver. Hişam (Əmr ibn Ubeyd ilə aralarında keçən dialoqu izah etdi) dedi ki: Allah ürəyi bədənin digər orqanlarının şübhələrini aradan qaldırmaq üçünmü yaratmışdır? (Əmr ibn Ubeyd) Dedi ki: "Bəli!" Hişam dedi ki: "Allah Təala sənin bədəninin orqanlarını öz başlarına buraxmamış, onlara doğrunu bildirən, şübhəli şeylərlə əlaqədar qəti dəlillər ortaya qoyan bir imam var etmişdir. Bunu edən Allah bütün insanları qarışıqlıqlar, şübhələr və ixtilaflar içərisində buraxarmı? Onlar üçün müraciət edəcəkləri, şübhələri üçün həll yolları axtaracaqları, qarışıqlıqlarını aradan qaldırması üçün sığınacaqları biri imam təyin etməzmi? Sənin orqanlarının qarışıqlığını və şübhələrini aradan qaldırmaq üçün müraciət edəcəyi bir imam təyin edərkən, bütün insanları qarışıqlıq və şübhələr içərisində unudarmı? Əbu Abdullah (İmam Cəfər Sadiq[ə.s.]),güldü və belə dedi: "Ey Hişam! Bunları sənə kim öyrətdi? Dedim ki: "Bunları səndən öyrənərək bir araya gətirdim. İmam buyurdu ki: "Allaha and içərəm ki bu, İbrahim və Musanın suhuflarında (səhifələrində) yer alan həqiqətlərdir."

 

(Üsulu kafi, Yaqub ibnİshak Əl Kuleyni, cild 1, Səhifə 229)

Axırzamanda insanlar hz. Mehdinin (əs) ətrafında toplanacaqlar

Möminlərin bir kimsəni sevməkdə göstərdikləri ölçü o adamın Allaha olan yaxınlığı, sevgisi, qorxusu və bağlılığıdır. Bu səbəbdən Rəbbimizin sifətləri ən çox kimdə təzahür edirsə, möminlər tərəfindən ən çox sevilən, hörmət edilən adam o olur. Necə ki, Allahın elçiləri, Uca Allahın sifətlərinin ən çox təzahür etdiyi, təqva tərəfindən ən üstün əxlaqı göstərən şəxslər olmuşdur. Peyğəmbərimiz (səv) axırzamanda hz. Mehdinin (əs) dövrün ən sevilən şəxsi olacağına işarə etmiş və insanların ona qarşı hiss etdiyi sevgi səbəbindən ətrafında toplanıb ona güvən və hörmətlə bağlanacaqlarını bildirmişdir.

 

"Onun (hz. Mehdinin (əs)) dövrü gələndə, ... İNSANLAR PAYIZIN BULUD PARÇALARI KİMİ ONUN ƏTRAFINA TOPLANAR." (Nech-ül Belağa Maraqlı Sözlər 1)

 

Hz. Mehdi (əs) hikmətli söhbətləri, mükəmməl izahları ilə tanınacaq

 

Uca Allah bütün elçilərinə olduğu kimi hz. Mehdiyə (əs) də danışıqlarında hikmət vermişdir.Bu bacarığına görə insanların diqqətlərini açacaq, onların qəflətdən oyanmalarını təmin edəcək, ən yaxşı bildikləri, amma üzərində heç düşünmədikləri mövzular üzərində düşünmələrinə, həqiqətlərin çox açıq olaraq görülməsinə vəsilə olacaq. Hz. Mehdinin (əs) hadisələri ən qısa, lakin hikmətli,  aydın  və təsir edici şəkildə izah edəcəyi Peyğəmbərimizin (səv) bir çox hədisində ifadə edilmişdir.

HZ. MEHDİ (ƏS)) HİKMƏT ZİREHİNƏ BÜRÜNDÜ, O BÜTÜN ƏDƏBİ İLƏ, XEYİRXAHLIQ VƏ MƏRHƏMƏTLƏ SİLAHLANDI. Hikmət onun nəzdində həmişə istədiyi ehtiyacıdır. ... (Nəchül Bəlağa 182. Xütbə)

 

 

Hz. Mehdi (əs) əsl Tövratı üzə çıxarar və bir yəhudi camaatı onun vəsiləsi ilə müsəlman olar

 

"Ona Mehdi deyilməsinin səbəbi budur. O, yəhudilərin həcc etdiyi Şam dağlarından bir dağın içindəki TÖVRATA AİD KİTABLARI ÜZƏ ÇIXARAR VƏ YƏHUDİLƏRDƏN BİR CAMAAT ONUN ƏLİNDƏ MÜSƏLMAN OLAR." (İmam Suyuti)

 

Hz. Mehdinin (əs) üzərində Allahın "Hadi"; "Hidayət Verən" sifətinin bərəkəti olacaq və hz. Mehdi (əs) bütün dünyanın hidayətinə vəsilə olacaq

 

Peyğəmbərlərin insanların hidayətlərinə vəsilə olmaq xüsusiyyətləri vardır. Allahın onlara lütf etdiyi möcüzələrlə, imanlarının gücünü göstərən mənəvi dərinliklə insanların hidayətlərinə vəsilə olurlar. Peyğəmbərlər kimi tarix boyu yaşamış mücəddidlərin də,  müctəhidlərin də insanların hidayətinə vəsilə olmaq xüsusiyyətləri vardır. Buna bənzər mənəvi hal və xüsusiyyət hz. Mehdinin (əs) də üzərində olacaq."Hz. Mehdi" sözü "hidayətə çatdıran" mənasındadır. Allahın "Hadi",  yəni "Hidayət verən, doğru yola çatdıran" adı hz. Mehdidə (əs) davamlı olaraq təzahür edəcək. Hz. Mehdinin (əs) üzərində Allahın ‘'Hadi''; ‘'hidayət verən'' adının bərəkəti olacağı, yaşadığımız axırzamanda bütün insanların hidayətinə vəsilə olacağı hədislərdə də xəbər verilmişdir:

HZ. MEHDİ (ƏS) HİDAYƏT MƏŞƏLİ İLƏ ALƏMDƏ GƏZƏR VƏ SALEHLƏR KİMİ YAŞAYAR.(əl-Mehdiyy-il Mev'ud, c. 1, s. 281-282 və 266 və 300)

 

Dibel məşhur şeirlərini İmam Rizanın (əs) yanında oxuduqdan sonra belə dedi: "Hz. Mehdi mütləq qiyam edəcək: Allahın adı və bərəkəti ilə zühur edəcək" (Yəni İmamın qiyamı mütləqdir.) O, Allahın adı və bərəkəti ilə qiyam edəcək. (Yenabi-ul Mevedde, c. 2, s. 197)

Adnan Oktar 29 Yanvar 2011 tarixli  Aba TV və Kocaeli TV müsahibəsində“Allah Hadi ismi ilə təzahür edəndə hz. Mehdiyə (əs) qarşı insanların ruhlarında bir meyil və məhəbbət olacağını” belə izah etmişdir:

 

ADNAN OKTAR: Allah axırzamanda insanlarda Hadi sifəti ilə təzahür edir. Qarışıq bir şey yoxdur. Yeni nəsil, köhnə nəsil deyə fərq yaratmaq doğru deyil. Allahın qulları həmişə eynidir, Allah insanlarla yaşına görə rəftar etmir.Yaşına, kilosuna görə mümkün deyil. Bir ruh vardır, O ruhun da yaşı yoxdur. O ruh hər zaman təxminən 33 yaşındadır. İnsanın ruhu heç bir şəkildə dəyişikliyə məruz qalmır. Bədən şəkildən şəklə girir, amma ruh davamlı sabitdir. Bu səbəbdən ruh yaşını əsas götürürük biz, müsəlman olaraq. Bu səbəbdən müsəlman üçün qoca, cavan ayrı-seçkiliyi yoxdur.Ruh yetkinləşə bilər yalnız.

 

Məsələn, "qırx yaş yetkinlik dövrüdür" deyir Allah. Qırx yaşına doğru yetkinləşir insan; təcrübə, bilik və dünya görüşünə əsaslanaraq. Allah Hadi sifəti ilə təzahür edib insanlara hidayət verir. Mehdiyyətin kölgəsi dünyanı bürüyüb. Mehdiyyət ilə insanlar bir şəkildə təmasda olurlar; istəsin və ya istəməsin. Şeytanla da bir şəkildə təmasda olurlar.Məsələn, şeytan onların qarşısına insan olaraq çıxır,xəbərləri olmur. Hz. Mehdi (əs) də onların qarşısına insan olaraq çıxır, xəbərləri olmur. Hz. Mehdinin (əs) üzü ilə qarşılaşanda xəbəri olmadan feyz alır və hal alır, başa düşmür, sanki mənəvi bir əlaqə yaranır.

 

Bir enerji əlaqəsi meydana gəlir və davamlı onun təsirinə girir, hz.Mehdinin (əs) təsirinə girir. Şeytanla əlaqəsi olan da davamlı şeytanın təsirinə girir, xilas ola bilmir ondan, yəni şeytanla əlaqəyə keçəndə. Allah, Hadi adı ilə təzahür etdikdə insanların Mehdiyə (əs) qarşı ruhlarında bir meyil və məhəbbət olur.Tanıyıb tanımamasından asılı olmayaq, Mehdinin (əs) təsiri altında qalırlar. Mehdini (əs) tanıması vacib deyil. Onun enerjisi, onunf eyzi bir şəkildə onu tapır və yaxud hər hansı bir şəkildə üzü ilə qarşılaşması, hər hansı bir şəkildə baxışları ilə qarşılaşması kifayət edir və ondan sonra onun təsirinə girir, bir daha da çıxmır, sonuna qədər də elə gedir. Məsələn, Peyğəmbərimiz (səv) də elə olurdu.

 

Bir dəfə qarşılaşanda, bir dəfə baxamda dərhal Peyğəmbərimizdən (səv) təsirlənirdilər. Allah, Hadi adı ilə təzahür etdisə bir insanda, simasını bir dəfə 50 metrdən belə görmüş olsa, kifayətdir o və səhabə olar ondan sonra, inşaAllah. Bir daha təsirlənməz artıq şeytandan.


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr