Dünyaya işıq saçan nur: İslam
ucgen

Dünyaya işıq saçan nur: İslam

803

Hz. Məhəmmədin (səv) vəfatından sonra İslamın sürətlə yayılırdı. İslam bir neçə on ilə bütün Mesopotamiyaya, Şimali Afrikaya yayılmış, qərbdə İspaniyaya, şərqdə isə Hindistana qədər irəliləmişdi.
 
Bir neçə on il əvvəl Ərəbistan çöllərində heyvandarlıqla məşğul olan ərəblər İslamın onlara qazandırdığı ağıl, mədəniyyət və şüurla böyük imperiyanın idarəçilərinə çevrilmişdilər. Bu, tarixdə misli görülməmiş yüksəliş idi. 100 il ərzində İslam İmperiyası çox böyük əraziyə yayılmış və çox güclü idarəçilik sistemin yiyələnmişdi. Bu geniş ərazilərdə əsasən xristian və yəhudilər olmaqla, bir çox fərqli dini icma yaşayırdı. Müsəlmanlar fəth etdikləri torpaqlardakı bütün fərqli inanc sistemlərinə böyük hörmətlə yanaşırdılar. Rəbbimizin “Dində məcburiyyət yoxdur...”(Bəqərə Surəsi, 256) hökmünə əsasən heç kim dininin dəyişdirilməsi üçün məcbur edilmədi, hər kəsin vicdan azadlığına hörmət edildi. Kilsələr və sinaqoqlar həssaslıqla qorunurdu. Zorla din dəyişdirmənin geniş yayıldığı dövrdə müsəlmanların bu tolerantlığının bənzəri yox idi.
 
İslami tolerantlığın ən bariz nümunələrindən biri Qüdsün fəthi zamanı baş vermişdi. Şəhərdəki Müqəddəs Məzar Kilsəsinin patriarxı müsəlmanların kilsəni dağıdacağından qorxurdu. Hz. Ömər kilsəni ziyarət edən zaman heç bir narahatçılığa gərək olmadığını söylədi. Namaz vaxtı gələndə isə patriarxdan icazə istəyərək kilsədən çıxıb bir az kənarda namazını qıldı. Əl-Əqsa Məscidi hz. Ömərin Qüdsdəki ilk namazını qıldığı bu məkanda tikilmişdir. Bundan əlavə müsəlmanlar Qüdsə dünyanın ən görkəmli arxitektura əsərlərindən birini bəxş etdilər. Qubbət-üs Səhra hz. Məhəmmədin (səv) meraca yüksəldiyi məkan olaraq hesab edilən böyük daşın üzərində inşa edilmişdir.
 
Bənzərsiz motivləri və qızıl qübbəsiylə Qübbət-üs-Səxrə İslamın sənət və mədəniyyət anlayışının da ifadəsidir.
 
Qeyri-müsəlmanlaraİslam əxlaqının hakim olduğu bu mühitdə buraxdıqları nöqsanları bildirmək üçün tənqid etmək hüququ da verilirdi. Əməvi Xəlifəliyi dövründə bir çox xristian Şamda dövlət idarəsində mühüm mövqelərdə vəzifəəldə etmiş, inanclarını istədikləri kimi yaşamış və bəziləri nöqsanları tənqid edən əsərlər qələmə almışdılar.
 
Bu dövlərdə Avropaya qatı fanatizm və barbarlıq sistemi hakim idi. Katolik Kilsəsi yəhudilərə və hətta fərqli məzhəblərdəki xristianlara böyük təzyiq göstərirdi. Məcburi şəkildə din dəyişdirmə, din adı altında işgəncə və qırğınlar törətmək Qərb dünyasının ənənəvi üsulları idi. Müsəlmanlar isə Allah’ın Quranda əmr etdiyi kimi Kitab-əhlinəqarşı həmişə mülayim və mərhəmətli davranırdılar. Suriyanın Şam şəhərindəki Müqəddəs Con Kilsəsi bu tolerantlığın bir nümunəsi idi. Ərazini fəth edən müsəlmanlar cümə namazlarını bu kilsədə qılmağa başlasalar da, kilsə hələ də xristianlara məxsusidi. Onlar da bazar günləri öz dini ibadətlərini sərbəst  yerinə yetirirdilər. Hər iki dinin mənsubları eyni məbəddən sülhşəratində istifadə edirdilər.
 
Şəhərdəki müsəlmanların  sayı artdıqca İslam rəhbərliyi şəhərdəki xristianların razılığı ilə onlardan kilsəni aldılar. Kilsənin yanında məscid inşa edildi və həyətdəki dekorasiyalar İslam motivləri ilə zənginləşdirildi. Bizansdan miras qalan sütunların üzərinə İslam sənətinin ilk cəlbedici nümunələri yerləşdirildi.
 
Müsəlmanların yəhudi və xristianlara olan xoş münasibəti İslam tarixi boyunca davam etdi. İspaniyadakı inkvizisiyanın (Katolik kilsəsinin həyata keçirdiyi siyasət) vəhşiliyindən qaçan yəhudilər Osmanlı torpaqlarında təhlükəsizlik və rahatlığa qovuşdular. Müsəlmanların yəhudi və xristianlara qarşı göstərdiyi xoş münasibətin mənbəyi isə Quran əxlaqı idi. Allah Quranda müsəlmanlara Kitab əhlinə, yəni yəhudi və xristianlara qarşı yaxşılıq etmələrini əmr etmişdi:

“Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allah’ımız, sizin də Allah’ınız birdir. Biz yalnız ona təslim olanlarıq!"(Ənkəbut surəsi, 46)

Müsəlmanlar və Elm
 
İslam əxlaqının verdiyi ən mühüm töhfə elm idi. İslamdan əvvəl ərəblər və digər Yaxın Şərq cəmiyyətləri kainatın və təbiətin necə yaranması və hərəkəti barədə heç dəmaraqlanmırdılar. Bu suallar üzərində düşünməyi, bunların cavablarını araşdırmağı ilk dəfə Qurandan öyrəndilər. Allah Quranda inananlara göylərin və yerin necə yarandığını araşdırmalarını əmr etmişdir:

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (Ali-İmran surəsi, 191)

Bu şüur İslam mədəniyyətində böyük elmi inkişafa səbəb oldu. Bu dünya tarixində əvvəllər rast gəlinməyən elmi inkişaf idi. İslamın elmi yüksəlişinin mərkəzi İslam imperiyasının paytaxtı olan Bağdad oldu. İslam dünyasının dörd bir tərəfindən gələn elm adamları, mütəfəkkirlər, tədqiqatçılar, Bağdadın məşhur Hikmət Evində görüşür və Allah’ın yaratdığı kainatın sirlərini açmaq üçün tədqiqatlar aparırdılar.
 
Müsəlman elm adamlarının Quran əxlaqına riayət edərək əldə etdikləri bu şüur dünyanın o dövrə qədər mövcud olmuş ən böyük elmi nəaliyyətlərinə səbəb oldu. Həmçinin Quranda müsəlmanlara təlqin edilən açıq fikirli olmaq müsəlmanların digər mədəniyyətlərin elmi təcrübələrini mühakiməsiz şəkildə araşdırmalarına və inkişaf etdirmələrinə səbəb oldu. Müsəlmanların elmi əsərləri elmi mövzularda aparılmış çoxsaylı təqdiqat, müşahidə, təcrübə və hesablarla dolu idi.
 
Dövrümüzdə istifadə edilən onluq say sistemini və rəqəmləri elmə töhfə olaraq müsəlman riyaziyyatçıları vermişdir. Cəbr və triqonometriya müsəlman riyaziyyatçılarının kəşfi idi. Müsəlman alimlər astronomik müşahidələrə böyük əhəmiyyət verirdilər. Müasir astronomiya onların metodlarına söykənərək qurulmuşdur. Müsəlman alimlər Ayın Dünya ətrafındakı hərəkətini də hesablamış və riyazi düsturlarla göstərmişdilər. İslam dünyasının müxtəlif bölgələrindəki görkəmli arxitektura əsərləri bu elmi inkişafın nəticələri idi.
 
Müsəlmanların ən mühüm kəşflərindən bəziləri isə tibb sahəsində idi. O dövrdə avropalılar xəstəlikləri pis ruhların lənəti olaraq görürdülər. Avropalılar müalicə anlayışına sahib deyildilər. Müsəlman alimləri isə araşdırmaların nəticəsində xəstəliklərin gözlə görülməyən kiçik canlılardan yoluxduğunu təsbit etdilər. Bunun nəticəsində də xəstələrin sağlam insanlardan təcrid edilərək müalicə edilməsinin vacibliyini başa düşmüşdülər. Beləliklə, dünyanın ilk müasir xəstəxanaları qurulmuşdu. Müsəlman xəstəxanalarında fərqli xəstəlikdə olanlar üçün ayrılmış xüsusi bölmələr və elmi müalicə üsulları var idi. Hətta ruhi xəstəliklər musiqinin köməyi ilə müalicə edilirdi. Həmin dövrlərdə Avropada isə ruhi xəstələr şeytanın xidmətçisi kimi qəbul edilib diri-diri oda atılırdı. Müsəlman həkimlərin insan anatomiyası üzərindəki işləri o qədər dəqiq idi ki, düz 6 əsr ərzində Avropanın tibb fakültələrində əsas mənbə olaraq istifadə edilmişdi.
 
Məşhur İngilis tədqiqatçısı Terry Johns tərəfindən BBC televiziyası üçün hazırlanan və İslam dünyasını tədqiq edən sənədli filmdə İslamın yüksək elmi səviyyəsindən belə danışılır:
 
“Harran şəhərindən olan İslam mütəfəkkirlərdən biri Yer ilə Ay arasındakı məsafəni dəqiq ölçmüşdü. Başqa bir müsəlman alim isə əgər atom parçalanarsa, Bağdad böyüklüyündə bir şəhəri məhv edə biləcək qədər güc ortaya çıxacağını yazmışdı. Harveydən əsrlər əvvəl-1154-cü ildə Şamda əsası qoyulan tibb fakültəsində həkimlər tərəfindən tələbələrə anatomiya, qoruyucu dərmanlar, gigiyenik əməliyyatlar və qan dövriyyəsi sistemi öyrədilirdi.” (İslam Empire of Faith; An Empires Special, PBS Home Video)(SUAL VERİM: məqalənin türkcəsində də “Harvey” olaraq keçir, amma elə bir universitet yoxdu, bəlkə Harvard olmalıdı, 1600-ci illərə aiddi Harvard)

Avropalılardan əsrlər əvvəl qan dövranını bilən müsəlman həkimlər xəstələrin nəbzlərini sayaraq müayinə edirdilər. Doğuşlar dövrün ən gigiyenik üsulları ilə aparılırdı. Müsəlman cərrahların istifadə etdiyi və o dövrün tibb kitablarında göstərilən əməliyyat vasitələri kifayət qədər inkişaf etmiş tibb elminin dəlilləri idi.
 
İslam dünyasının elmi məktəblərində kişilər kimi qadınlar da təhsil alır, elmin inkişafında onlar da iştirak edirdilər.
 
Müsəlman alimlər işığın quruluşu və optika mövzusunda da çox böyük nəaliyyətlərə imza atmışdılar. Gözün quruluşunu ətraflıizah edən ilk  müsəlman optikaçı İbn əl-Heytem idi. İbn əl-Heytəmin linzailə bağlı apardığı uğurlu tədqiqatlar kameranın yaranmasına səbəb olmuşdu. Görmə qüsurlarının səbəbini aşkarlayan müsəlman həkimlər avropalılardan düz 1000 il əvvəl müvəffəqiyyətli katarakta əməliyyatları aparırdılar.
 
İslamın böyük elmi mirası Avropanın 15-ci əsrdə başlayacaq olan elmi yüksəlişinin də ən əhəmiyyətli qaynağı oldu. Xristian alimlər müsəlmanlardan öyrəndikləri məlumatlar  vasitəsilə Avropa elmini yaratdılar. İslamın işığı onları da aydınlatdı. 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr