1.
İfadəsiylə Allah səmimi olaraq iman edən müsəlmanlara hələ çatmamış ancaq mütləq çatacaq olan bir vədini bildirir. Bu vəd İslam əxlaqının dünya hakimiyyətidir. (Doğrusunu Allah bilir.)
2.
Allah insanlıq tarixi boyunca hz. Süleyman (ə.s) və hz. Zülqərneyn (ə.s) vəsiləsiylə din əxlaqını iki dəfə dünya üzərində hakim etmişdir. Allah həm hz. Süleyman (ə.s)-a, həm də hz. Zülqərneyn (ə.s)-a böyük bir güc və iqtidar vermişdir. Quranda hz. Süleyman (ə.s)-ın əmrində cinlər olduğu və onun xidmətində çalışdıqları, ayrıca küləyi və mis mədənini də Allahın Süleyman (ə.s)-ın əmrinə verdiyi bildirilir (Səba surəsi, 12). Allah hz. Süleyman (ə.s)-a müxtəlif başqa elmlər də lütf etmişdir. O, Allahın diləməsiylə şeytanlara da hökm etmiş, quşlarla danışmış, qarışqaların öz aralarındakı danışıqlarını eşidə bilmişdir. Bunların hər biri hz. Süleymana Allahın nəsib etdiyi xüsusi elmlərdir. Eyni şəkildə Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s) dövründə də yeraltı zənginliklərini onun xidmətinə verəcəyini, dövründə Qızıl dövr yaşanacağını bildirmişdir:
3.
İfadəsiylə Allah hz. Süleyman (ə.s) və hz. Zülqərneyn (ə.s)-ın hakimiyyətlərindən sonra gələcək başqa bir hakimiyyət dövrü olacağını xəbər verir. Ancaq hz. Mehdi (ə.s)-ın zühur vaxtı olan hicri 1400-cü ilə qədər dünya tarixində bu şəkildə bir dünya hakimiyyəti heç bir şəkildə olmamışdır. Müsəlmanlar tam mənasıyla dünya miqyasında "güc və iqtidar sahibi" ola bilməmişlər. İslam əxlaqı bütün insanlar tərəfindən mənimsənilməmişdir. Ancaq Peyğəmbərimiz (s.ə.v)-in Axırzaman və hz. Mehdi (ə.s) ilə əlaqədar olaraq bildirdiyi hədislərində hz. Mehdi (ə.s) dövründə belə dünya səviyyəsində bir hakimiyyətin olacağı, hz. Mehdi (ə.s) vasitəsi ilə bir çox yəhudinin İslam dininə girəcəyi, hz. İsa (ə.s)-ın nüzulu ilə də xristianların İslam dinini qəbul edəcəkləri bildirilir:
4.
Allah müsəlmanlara bu ayəsində söz açılan dünya hakimiyyətinin irəlidə olacağını gələcək zamandan bəhs edərək bildirir. Rəbbimiz ayəsində "bəyəndiyi dinini möhkəmləndirəcək ..." ifadəsiylə İslam əxlaqının bütün dünyada hakim olacağını, məskunlaşacağını və güclənəcəyini bildirmişdir. Bu şəkildə qəti və dəqiq bir məskun edilmə və sağlamlaşma halı hz. Süleyman (ə.s) və hz. Zülqərneyn (ə.s) dövrlərindən sonra haqq dinlərin heç birində hicri 1400-ci ilə qədər yaşanmamışdır. Peyğəmbərimiz (s.ə.v) isə bu hakimiyyətin Axırzamanın Böyük Mehdisi zamanında reallaşacağını dəqiq bir şəkildə bildirmişdir. Hicri 1400-cü illər dövrü etibarilə Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi əlamətlərin ard-arda meydana gəlməyə başlaması da hz. Mehdi (ə.s)-ın zühur etdiyinin və İslam əxlaqının dünya hakimiyyətinin yaxınlaşdığının əlamətləridir.
5.
Bu ayənin son hissəsində yenə Axırzamana işarə edilir. Bu son dövrdə İslam əxlaqının hakimiyyətindən əvvəl müsəlmanların fitnələr, qarışıqlıq, zülm səbəbiylə çətinlik içində qorxu dolu bir dövr yaşayacaqlarını bildirmişdir. Həqiqətən də XX və XXI əsrlər dünya tarixinin ən çox qan tökülən, din savaşlarına səhnə olan, iman edənlərin çox ciddi çətinliklər yaşadıqları, imanlarını saxladıqları, ibadətlərini gizli etmək vəziyyətində qaldıqları əsrlər olmuşdur.
6.
Ancaq Allah iman edənlərə bu hakimiyyət üçün tək bir şərt qoymuşdur. Bu şərt bütün inananların şirkdən tam təmizlənərək Allahı təkləmələridir. Bu vəzifəni isə Axırzamanda hz. Mehdi (ə.s) yerinə yetirəcək. Allah onu vəsilə edərək İslam dinini bidətlərdən (xurafatlardan) təmizləyəcəkdir. Hz. Mehdi (ə.s) bütün məzhəbləri qaldırıb eynilə Peyğəmbərimiz (s.ə.v)-in zamanında olduğu kimi İslamın xalis və həqiqi halıyla yaşanmasını təmin edəcəkdir.1 Eyni şəkildə Axırzamanda nüzul edəcək olan hz. İsa (ə.s) vasitəsi ilə xristianlar İslam dinini qəbul edib müsəlman olacaqlar və üçləmə inancı ortadan qalxacaqdır.2 Yəhudilərin çox böyük bir qismi isə hz. Mehdi (ə.s) vasitəsi ilə müsəlman olacaqlar.3
1. .. Mehdi, dini peyğəmbər (s.ə.v)-in zamanında olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündən məzhəbləri qaldıracaq. Xalis və həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq. Onun düşmənləri ictihad alimlərinin təqlid edənləri olacaq. Çünki onlar, Mehdinin məzhəb imamlarının tərsinə hökm etdiyini gördüklərində bundan xoşlanmayacaqlar, lakin qarşı da gələ bilməyəcəklər. Onun açıq düşmənləri fiqh alimləri olacaq. Çünki, xalq arasında bir imtiyazları qalmayacaq. Hətta ehkam barəsində elmləri də azalacaq. Bu imamın gəlişiylə alimlərin hökmlərdəki anlaşılmazlıqları da aradan qaldırılacaq . Əgər əlində qılınc (elm) olmasaydı, onun ölümünə fətva verərdilər. (Qiyamət Əlamətləri, 186-187)
2. Hz. Peyğəmbər (s.ə.v)-in ən başda İslamı necə ayaqda tutdusa, hz.Mehdi də ən sonunda eyni şəkildə İslami ayaqda tutacaq. (Əl-Kavlul Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, 27)
3. Hz. Mehdinin məhv etmədiyi bidət qalmayacaqdır. Axırzamanda eyni Peyğəmbər etdiyi kimi dinin zərurətlərini yerinə yetirəcək. (Qiyamət Əlamətləri 163)
2. Məhz belə bir sırada, o cərəyan çox qüvvətli göründüyü bir zamanda hz. İsa əleyhissalamın şəxsiyyəti mənəviyyəsindən ibarət olan həqiqi İsəvilik dini zühur edəcək (ortaya çıxacaq), yəni rəhməti İlahiyyə səmasından nüzul edəcək, xristianlıq dini o həqiqətə qarşı durulacaq (təmizlənəcək), xurafatdan və təhrifatdan (xurafatlardan və təhrif) sıyrılacaq, həqaiqi İslamiyə (İslam həqiqəti) ilə birləşəcək; mənəvi olaraq xristianlıq bir növ İslamiyyətə inqilab edəcək (çevriləcək) və Qurana tabe olaraq, o İsəvilik şəxsi mənəvisi tabe olan və İslamiyyət mətbu (riayət olunan) məqamında qalacaq. Dini haqq bu qoşulma nəticəsində əzmli bir qüvvət tapacaq. (Məktubat səh. 53-54)
3. Naim, Səlman ibn İsadan təxric etdi, o dedi: Eşitdiyimə görə, hz. Mehdinin əlində (zamanında) səkinə olan tabut Təbəriyə gölündən çıxarılır və Beytül- Makdisdə onun önünə gətirilir. YƏHUDİLƏR BUNU GÖRÜNCƏ, BİR QİSMİ MÜSTƏSNA OLMAQLA, ÇOXU MÜSƏLMAN OLARLAR. (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Ahir Zaman Hz. Mehdisinin Əlamətləri, (Kitabül Burhan fi Alametil Hz. Mehdiyyil Muntazar), səh. 23, Tərcümə: Müşərrəf Gözcü - Kahraman Nəşriyyat)
Həzrətlərinin (hz. Mehdi (ə.s)-ın) mükəmməl elmindən və müvəffəqiyyətlərindən bəhs edilərkən belə nəql edilmişdir ki, zühur edib ortaya çıxdığında, izah etdiyi xüsusları yəhudiləri Tövratın əsasında müzakirə edəcək və dəlilləndirəcək, bunun nəticəsində böyük bir qismi İslamı qəbul edəcək. (Bixarül- Ənvar)