Adnan Oktarın 20 aprel 2011 A9 Tv, Aks Tv və Tv Kayseridəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınaram; Nur surəsi 45; "Allah, hər canlını sudan yaratdı", "Hər canlının mənşəyində su vardır" deyir, Allah. İnsanların da böyük hissəsi sudur, bütün canlıların böyük hissəsi sudur bilirsiniz. "Bunlardan kimi qarını üzərində gəzir, kimi iki ayağı üzərində gəzir, kimi də dörd (ayağı) üzərində gəzir. Allah, dilədiyini yaradar. Heç şübhəsiz Allah, hər şeyə güc çatdırandır. And olsun Biz, açıqlayıcı ayələr endirdik. Allah, dilədiyini doğru yola yönəldər." Yəni hidayət verib doğru yola istiqamətləndirər. Əbcədi 2044 tarixini verir. "Onlar deyərlər ki: "Allaha və elçisinə iman etdik və itaət etdik”. Sonra bunun ardından onlardan bir qrup arxa çevirər. Bunlar iman etmiş deyildirlər". İnsanlar ümumiyyətlə iman edərlər, lakin bir müddət sonra baxarsan namazdan imtina edər, dindən imtina edər. Dindən imtina edən, sonradan rəftarını dəyişdirən çox insana rast gəlmisiniz. Quran onlara diqqət çəkir. "Aralarında hökm etməsi üçün Allaha və Rəsuluna çağırıldıqları zaman, onlardan bir qrup üz çevirər". "Bir qrup Quran əxlaqına görə hərəkət edək deyildiyində qəbul etməzlər" deyir, Allah. "Lakin haqq lehlərindədirsə, ona boyun əyərək gəlirlər". İnsanlar da bir şey olduğunda mütləq əvvəl öz haqlarının qorunmasını istəyərlər halbuki, ədalətdə mütləq bir tərəf zərər çəkmiş olacaq. Özünü zərər çəkmiş zənn edəcək. İki adam iddialaşırsa, biri haqlıdır, deyilmi? İkisi birdən haqlı çıxmağa çalışır, Quran ona diqqət çəkir. "Əgər haqq lehlərindədirsə, ona boyun əyərək gəlirlər. Bunların ürəklərində xəstəlik mi var? Yoxsa şübhəyə mi qapıldılar? Yoxsa Allahın və elçisinin özlərinə qarşı haqsızlıq edəcəyindən mi qorxurlar?" Peyğəmbərimiz (s.ə.v)-in ədalətinə güvənə bilmirlər. Quran ona diqqət çəkir. "Xeyr, onlar zalım kəslərdir. Aralarında hökm etməsi üçün, Allaha və elçisinə çağırıldıqları zaman mömin olanların sözü; "eşitdik və itaət etdik" demələridir. Məhz rifaha qovuşanlar bunlardır". Mömin nə edəcək? Eşitdik və itaət etdik deyəcək. Ədaləti Peyğəmbərimiz (s.ə.v)-ə buraxacaq. Mehdiyyət dövründə də elədir, hz. Mehdi (ə.s)-ın ədalətinə tabe olunacaq. İnsan orada şübhəyə düşməyəcək. Haqqım tapdalandı deməyəcək. Çünki onun bilmədiyi bir istiqaməti ola bilər. Dərinliyini bilmədiyi tərəfi ola bilər, güvənəcək, inşaAllah.