Quranda İslam əxlaqının hakimiyyətindən bəhs edən hər ayə mehdiyyəti izah edir. Allah ayələrdə İslam əxlaqının hakim olacağını vəd etmişdir. Peyğəmbərimiz (s.ə.v) də bu hakimiyyətin hz. Mehdi (ə.s) vəsiləsiylə olacağını bildirmiş və hakimiyyət dövründə dünyaya hakim olacaq barış, sevgi, zənginlik və aydınlığı təfərrüatları ilə izah etmişdir. Quranda İslam əxlaqının hakimiyyətinin və mehdiyyətin müjdələnildiyi ayələrdən biri də Nur surəsinin 55-ci ayəsidir.
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)
Vəədəllahulləzinə amənu minkum və əmilus salihati ləyəstahlifənnəhum fil ardı kəməstahləfəlləzinə min qəblihim, və ləyuməkkinənnə ləhim dinəhumulləzirtəda ləhim və la yubəddilənnəhum min badi havfihim əmna (əmnen), yabudunəni la yuşrikunə bi şeyə (şeyən), və məhrum kəfərə bada zalikə fə ulaikə humul fasikun (fasikunə)
Vəədəllahu (vədə allahu): Allah vəd etdi
Quranın bir çox ayəsində bildirildiyi kimi Allahın vədi haqqdır və Allah vədindən dönməyəndir.
fi əl ardı: yer üzündə
Bütün yer üzünə, istisna olmadan hər yerə İslam əxlaqının hakim olması.
Rəsulullah (s.ə.v) buyurdu ki;
“Şübhəsiz ki, bu iş (bu dinin hakimiyyəti) gecə və gündüz çatdığı yerlərə çatacaq. Allah nə bir kərpic ev, nə də bir keçə çadır buraxmayacaq; əzizi əziz edərək, zəlili zəlil edərək, bu dini ona daxil edəcək. Allahın bu işdə əziz edəcəyi İslamdır. Allahın bu işdə zəlil edəcəyi küfrdür”. (Əhməd İbn Hənbəl – Təbərani - İbni Hibban)
lə yəstahlifənnə hum: onları mütləq xəlifə təyin edəcək
Xəlifə sözünün lüğəvi mənası: Allahı “Hakimiyyətin Mütləq və Yeganə Sahibi” qəbul edərək, Onun verdiyi güc və səlahiyyəti Onun bildirdiyi əxlaqa uyğun şəkildə istifadə etmək.
Ayədə saleh möminlərin hökmranlığı, üstünlüyü, qalibiyyəti və hakimiyyəti mənasında işlədilir. Uca Allahın istədiyi gözəl əxlaq sistemini qursunlar, Onun istədiyi sevgi və qardaşlıq nizamını tətbiq etsinlər və uca Allahın yaratdığı gündən etibarən özlərinə təyin etdiyi yetkinlik səviyyəsinə insanlığı çatdırsınlar deyə onları da yer üzünə hakim edəcəyinə söz vermişdir.
özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək
“Onları yer üzündə iş başına gətirəcəyinə” -yəni, onların güc və təhlükəsizlik qazanmalarını təmin edib beləcə bütün dünyaya hakim vəziyyətə gətirəcəyinə...
və ləyuməkkinənnə ləhim dinəhumulləzirtəda: Özləri üçün seçdiyi dinlərini sarsılmaz təməllərə oturdacağını vəd etdi.
Dinin yer üzündə möhkəm təməllərə oturması, ürəklərə yerləşməsi hər kəsin bu gözəl əxlaqla davranması ilə reallaşar. Bu halda uca Allah onları yer üzünə hakim etməyi və özləri üçün seçdiyi dinin hökmran olmasını vəd etmişdir.
Göründüyü kimi ayədə təfərrüatlı olaraq İslam əxlaqının bütün dünyaya hakim olacağı, insanların İslam əxlaqının gözəlliyi ilə yaşayacağı bir dövrdən bəhs edilir. Bax bu vəd, mehdiyyət dövründə, yəni bu əsrdə reallaşacaq. Bu vəd reallaşdıqda müsəlmanların mənəvi lideri, öndəri mövqeyindəki adam da hz. Mehdi (ə.s) olacaq.