İnsanlara Allahın varlığını və tək olduğunu izah etmək, İslam əxlaqının gözəlliklərinə dəvət etmək hər müsəlmanın borcudur. Ancaq bu məsuliyyəti Allahın Quranda bildirdiyi kimi, yerinə yetirmək lazımdır. Allahın bildirdiyi, Peyğəmbərimizin (s.ə.v.) tətbiq etdiyi yoldan başqa öz ağıl və məntiqinə görə hərəkət edən insan dini izah edərkən müvəffəqiyyət əldə edə bilməz. Bundan başqa, o, bir çox insanın dindən uzaqlaşmasına da səbəb ola bilər.

Quranın bir çox ayəsində insanların Allahın yaratdıqları üzərində düşünmələrinin vacib olduğu bildirilmişdir. İnsanlar göyün və yerin yaradılışı, meyvələr, bitkilər, dənizlər, heyvanlar, öz bədənləri qısaca desək, ətrafda gördükləri hər şey üzərində düşünməyə dəvət edilmişlər. “Ali-İmran” surəsinin 191-ci ayəsində belə buyurulur:

 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!

 Quranda elm təşviq edilir və elmin Allahın sənətini öyrənmə yollarından biri olduğu xəbər verilir. Elm və texnologiyanın inkişaf etdiyi və insanların yeni məlumatlara yiyələnməsinin asan olduğu bu əsrdə məlumatların elmi tapıntılarla və dəlillərlə dəstəklənməsi imanın təmin edilməsində əhəmiyyətli vasitədir. Elm sahələrinin yaradılışı açıq şəkildə göstərdiyi bu dövrdə elmdən istifadə etməmək və hətta ağıla və məntiqə zidd, cahilcə izahlar verərək dini izah etməyə çalışmaq çox yanlışdır.

Biz dəlillərimizi onlara həm kainatdahəm də onların özlərində mütləqgöstərəcəyik” (Fussilət surəsi, 53) ayəsinin təcəlli etdiyi bu əsrdə genetika, mikrobiologiya, paleontologiya, geologiya, astronomiya kimi saysız elm sahəsi insanlara həm öz bədənlərində, həm də ətrafda Allahın yaradılış dəlillərini, bənzərsiz sənətini mükəmməl şəkildə göstərmişdir. Elm Allahın müsəlmanlara verdiyi bir nemət, dini təbliğ etmək üçün yaratdığı silahdır. Bu gücdən səmərəli şəkildə istifadə edilməlidir. Elm İslam əxlaqının yayılmasında əhəmiyyətli rol oynayır. Bu səbəbdən, iman həqiqətlərinə əsaslanaraq dinin izah edilməsi Allahın izni ilə çox təsirli və müvəffəqiyyətli olacaq.

Belə hesab edilir ki, dünyada İslamın yayılmaması Quran və hədislərin izah edilməməsi ilə bağlıdır. Halbuki hidayət üçün iman həqiqəti lazımdır.

Ancaq iman həqiqətlərinin izahından əvvəl insanların ağıllarını örtən, ön mühakiməyə qapılmalarına səbəb olan və onlara izah edilənləri açıq şüurla dinləmələrinə mane olan batil inancların, yəni bütlərin ortadan qaldırılması çox əhəmiyyətlidir. Allah Quranda hz. İbrahimin (ə.s) dövründəki bütün bütləri qırdığını xəbər verir. Hz. Musa (ə.s) da qövmündən bəzi insanların əldə etdiyi bütü qırmış, külünü dənizə sovurmuşdur. Bu qissələr müsəlmanların yaşadığı dövrdə dövrün bütünün elmi cəhətdən yerlə-yeksan edilməsinin vacib olduğunu göstərir. Bu dövrün insanlarını Allahdan və İslam əxlaqından uzaqlaşdıran ən böyük büt darvinizmdir. İnsanların əksəriyyətinin Allahın varlığını və tək olduğunu qavramalarına mane olan darvinizmin elmi dəlillərlə əsassızlığının ortaya qoyulması, heç bir elmi dəyərinin olmadığının isbat edilməsi və bunun ağıllı, məntiqli və elmi üsulla reallaşdırılması insanların şüurlarının bağlanmasına səbəb olan önəmli maneənin ortadan qaldırılmasına səbəb olacaq. Darvinizmin əsassız olduğunu görən, illərlə saxta ideologiya ilə aldadıldığını qavrayan bir insan, təbii ki, doğrunu axtarar. Bu əsnada kainatdakı qüsursuz tarazlığı, canlılardakı mükəmməl sistemləri, öz bədənində bir hüceyrənin içində böyük aləm olduğunu öyrənən bir insan bütün bunların üstün güc və qüdrət sahibi olan Yaradıcının, yəni Allahın əsəri olduğunu asanlıqla anlayar. Aydındır ki, Allahın sənətini görən, Allahın yaratmasındakı mükəmməlliyi qavrayan bir insan Allaha haqq əl-yəqin iman gətirər və din əxlaqını ən mükəmməl şəkildə yaşayar.

Lakin bir sıra insanların ağıl və məntiqə zidd məlumatları İslam adına təbliğ etməsi insanların təhtəlşüuruna (şüuraltına) təsir edir. Bu da insanların əksəriyyətinin Allahdan və dindən uzaqlaşmasının ən vacib səbəblərindən biridir. Bu səbəbdən, bütün müsəlmanlar dini təbliğ edərkən ağıla, iman həqiqətlərinə və elmə əsaslanaraq təbliğ etməlidirlər. İslam belə təbliğ edilsə və Allahın Quranda bildirdiyi, Peyğəmbərimizin (s.ə.v.) yaşadığı şəkildə yaşansa, insanlar dəstə-dəstə Allahın dininə girəcəklər və İslam əxlaqı qısa müddətdə bütün dünyaya hakim olacaq.