PKK millətimizin dini və mənəvi dəyərlərinə qarşı mübarizə aparan kommunist təşkilatdır
ucgen

PKK millətimizin dini və mənəvi dəyərlərinə qarşı mübarizə aparan kommunist təşkilatdır

2319
  • PKK-nın darvinist, marksist ideologiyalarının incəliklərinə qədər izah olunması nə üçün əhəmiyyətlidir?
  • Adnan Oktar PKK-nın din əxlaqına qarşı apardığı mübarizəni necə izah edir?

Hal-hazırda yaşadığımız Axırzamanda dünyaya əzab, zülm, vəhşət gətirən ideologiyaların başında kommunizm durur. Bu ideologiyanın zalım və dinsiz liderləri Qurandakı Firon xarakterinin müasir nümunələridir. Bu insanlar dinsiz və amansız olduqları üçün cəmiyyətdə din əxlaqının yayılmasına mane olaraq əxlaqi və ailəvi dəyərlərin zamanla məhv olmasına səbəb olurlar. Yaxşılıq və pislik anlayışları artıq mənfəətə görə formalaşmağa başlayır. Bunun nəticəsində rüşvət, oğurluq və dövlətə qarşı üsyan kimi əxlaqsız davranışlar cəmiyyəti öz cənginə alaraq dövlətin və millətin təhlükəsizliyini və bütövlüyünü hədələyən ünsürə çevrilir.

Millətin bütövlüyünü və dövlətin gücünü təmin edən əhəmiyyətli faktorlardan biri mənəvi dəyərlər və din əxlaqıdır.

Milləti birləşdirən ortaq mənəvi dəyərlər, eyni zamanda, ailə, əxlaq və dövlət müəssisələrinin də inkişafında çox böyük rol oynayır. Din əxlaqının yaşanmadığı, yaxud dini dəyərlərin məhv olduğu cəmiyyətlərdə ailə, əxlaq və dövlət məfhumları da mütləq öz dəyərini itirir və qısa müddət ərzində tamamilə məhv olur.

Dinin və mənəvi dəyərlərin bir millət üçün həyati əhəmiyyət daşıdığını hər zaman vurğulayan ulu öndər Atatürk türk millətini dindar olmağa və dini dəyərlərini qoruyub saxlamağa - “Din əhəmiyyətli müəssisədir. Dinsiz millətlər varlığını qoruya bilməz”, “Din var və lazımdır” sözləri ilə sövq etmişdir.

Həqiqətən də,  tarixə, xüsusilə də türk millətinin tarixinə nəzər saldığımız zaman bunun nə qədər doğru olduğunu açıq şəkildə görürük. Türk millətinin şanlı tarix səhifələrini bəzəyən güclü və uzunömürlü dövlətlər, xüsusilə də 6 əsr dünyanın ən böyük siyasi qüvvələrindən biri olan Osmanlı imperiyası mənəvi dəyərlər üzərində qurulan güclü mədəniyyətə əsaslanaraq yüksəlmişdir.

Millətin siyasi hərc-mərclikdən xilas olması, xarici hücuma və təcavüzə qarşı sağlam və güclü mübarizəsi yalnız mənəvi dəyərlərə güclü bağlılıqla mümkündür. Digər tərəfdən, çox zəif dini və milli əlaqələrə sahib, hətta dinsiz cəmiyyətlər tarixdə çox az müddət qalmış və müəyyən vaxtdan sonra məhvə məhkum olmuşlar. Bu həqiqət tarix boyu təkrarlanmış və güclü dini mənəviyyata sahib dövlətlər uzun müddət hökmranlıq etdikləri halda, digərləri xaos, qarışıqlıq və anarxiya içində məhv olmuşdur. Bunun səbəbi nədir?

Hər şeydən əvvəl, din əxlaqını yaşamayan cəmiyyətlərdə inamsızlıq və azğın fikirlər üzərində qurulan bir sistem hakimdir. İnsanlar üçün ləyaqət və şəxsiyyət məfhumları dəyər daşımır.  Ateizm və dinsizlik üzərində qurulan materializm fəlsəfəsi və kommunizm ideologiyası belə cəmiyyətləri qısa müddət ərzində tamamilə öz cənginə alır. Nəticədə, bu cəmiyyətlərdəki dinsizlik parçalayıcı və degenerasiyaedici fikirlə əvəz edilir.

Bunlar dövlətin mövcud sistemini və millətçilik ruhunu məhv edir. Çünki dövlətə sədaqət və vətən sevgisi dini inancların nəticəsində formalaşır. Din əxlaqını yaşamayan, dolayısı ilə də vicdani hisslərini formalaşdırmayan insanın millətini, bayrağını sevməsi və dövlət naminə çalışması, heç bir qarşılıq gözləmədən gecə-gündüz vətəninin keşiyində dayanması, təbii ki, mümkün deyildir. Bu cür fərdlərin yetişmədiyi, bu gözəl xüsusiyyətlərə sahib olan insanlarının itib-batdığı cəmiyyət həm siyasi, həm də sosioloji cəhətdən məhvə məhkumdur.   

PKK terror təşkilatı Türkiyənin şərq və cənub-şərq bölgəsində məhz belə bir dinsiz cəmiyyət qurmaq istəyir. Bu təşkilat Marksist və Leninist təbliğatlar apararaq xalqın güclü dini və mənəvi dəyərlərini zəiflətmək və ölkənin bu hissəsini bölmək niyyətindədir.

PKK kommunist, dinsiz və separatçı təşkilatdır

Separatçı terror təşkilatı olan PKK müxtəlif yollarla kommunist və ateist təşkilat olduğunu millətimizdən, xüsusilə də şərq və cənub-şərqdə yaşayan vətəndaşlarımızdan  gizlətməyə çalışsa da, onun bütün fəaliyyətlərində, şüarlarında və çıxışlarında bunu aydın sezmək olur. Təşkilat demək olar ki, hər gün əsgərlərimizi, polisimizi və məzlum vətəndaşımızı şəhid edən zalım fəaliyyətlərini daha da böyüdür. PKK terror təşkilatının bəzi kürd mənşəli vətəndaşlarımızı da aldadaraq onların adından cənub-şərqdə öz murdar fəaliyyətlərini davam etdirməsinin heç bir etnik səbəbi yoxdur. Problem etnik deyil, ideolojidir. Ölkənin şərqindəki separatçılığın yeganə səbəbi kommunizmdir. Bu zalım fəaliyyətlərin altında kommunist və dinsiz fikir yatır. Kürd milliyyətçiliyi isə bu dinsiz təşkilatın kamuflyaj olunmaq və milləti aldatmaq üçün istifadə etdiyi pərdədir. Bu separatçı təşkilatın dinsiz və kommunist qurum olduğunu liderlərinin sözlərindən də açıq-aydın hiss edirik:

“1900-cü illərdə Lenin, XXI əsrdə isə mən sosializmi təmsil edirəm, hazırda mövcud olan sosializmlə, imperializmlə mübarizə apararaq yeni sosializmi qururam.” (Özgür Yaşamla Diyaloglar, s.201)

“PKK Marksizm-Leninizmin üzərində qurulmuşdur. Aydındır ki, bundan sonra vəhdət təşkil edən bu miras üzərində də formalaşacaqdır.” (Kürdistan’da Halk Kahramanlığı, s.78)

“Bizim cəmiyyətimizdə kommunizmin və sosializmin meyarları hakimdir. Sosializmdə hər kəs əməyi qədər qazanır. Bu partiya (PKK) daxilində da qəbul olunmuş qanundur və kommunist cəmiyyətin qurulmasına qədər də hakim olacaqdır.” (Tasfiyeciliğin Tasfiyesi, s.153)

“Budur, proletariat qəhrəmanlar Marks və Engels. Budur, onun nəzəri və siyasi dahisi Lenin və onu həyata keçirən usta Stalin, Ho Çi Minh və Mao. Bu insanların öndərliyində bir çox milli və internasionalist qəhrəmanlar. İnsanlarda azadlıq şüurunu oyadan, silahlandıran və xalq ordusunu yaradan bu qəhrəmanların bəşər tarixindəki yeri çox böyükdür. (Kürdistan’da Halk Kahramanlığı, İstanbul, Mart 2004, s.87) (Kürdüstanda Xalq Qəhrəmanlığı, İstanbul, Mart 2004, səh.87)

Marksist-Leninist olan PKK-nın kommunist-kürd dövləti qurmağına əsla izin verilməməlidir

Bugünkü nəticələr onu göstərir ki, terrorla mübarizədə qazanmaq təkcə hərbi fəaliyyətlərlə mümkün deyil, fikri mübarizə ilə terrorun əsas ideologiyasını zərərsizləşdirmək lazımdır. PKK-nın Marksist-Leninist, kommunist, dolayısı ilə də ateist təşkilat olduğu artıq hər kəsə bəllidir. Bu barədə cəmiyyət miqyasında fikir birliyi meydana gəlmişdir. PKK üzərində birdəfəlik qalibiyyət fikri mübarizə olmadan mümkün deyildir. Ağcaqanadları bir-bir məhv etməklə onlardan xilas olmaq mümkün deyil, çarə bataqlığın qurudulmasıdır. Fikri mübarizə terror təşkilatına psixoloji cəhətdən də böyük bir zərbə endirəcəkdir. Son zamanlar terror təşkilatı tərəfdaşlarının itirdiyi dəstəklər onların təlaşlanmalarına və psixoloji zərbəyə məruz qalmalarına səbəb olmuşdur. İdeologiyalarını dəstəkləyən insanların olmadığını dərk etməyə başlayan bu insanlar din əxlaqına qarşı apardıqları mübarizəni artıq gizlətməyə də ehtiyac görmürlər.

Hazırda Türkiyədə müxtəlif təbəqələr tərəfindən imani, milli, mədəni və elmi fəaliyyətlər həyata keçirilir. Əlbəttə ki, bu fəaliyyətlərin müsbət nəticələri hiss olunmağa başlayır. Son dövrlərdə PKK-nın siyasi gücünü itirməsində bu fəaliyyətlərin böyük rolu olmuşdur. Bu fəaliyyətlər türk, kürd, laz və çərkəz ayrı-seçkiliyi olmadan bütün türk xalqının birliyinin, imanının, milli və mənəvi dəyərlərinin qorunub-saxlanmasına vəsilə olmuşdur. Gənc nəsil separatçı və ateist ideologiyaların toruna düşmür. Nəticədə, terror təşkilatı siyasi cəhətdən dəstəyini itirir. Separatçı təşkilat bunu çox yaxşı bilir: İslam əxlaqına yiyələnmiş cəmiyyətdə qələbə qazanmaq mümkün deyil. Bunu dərk edən separatçı insanlar var gücləri ilə millətimizi imanından, əxlaqından ayırmağa çalışır, darvinizmi təbliğ edirlər. Darvinizmin yayılması PKK üçün yeni insan qaynağı deməkdir. Məhz buna görə də, darvinizm üzərində qurulan bütün fəaliyyətlər birbaşa terror təşkilatlarına xidmət edir. Darvinist və Marksist-Leninist təbliğatlar Şərqdə minlərlə gəncin separatçı təşkilatın toruna düşməsinə səbəb olur.

Marksist-Leninist separatçı təbliğatı yalnız Yaradılışçı, milliyyətçi, Atatürkçü, unitar dövləti və milli-mənəvi dəyərləri dəstəkləyən bir təbliğat məğlub edə bilər. Bu təbliğata cəmiyyətin bütün təbəqələri qoşulmalı, terrorizmə öldürücü zərbə vurulana qədər də amallarından dönməməlidirlər. Bu həqiqət ayələrdə belə bildirilir:

“Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.” (Ənfal surəsi, 730)

Haqq dinləri batil dinlərdən fərqləndirən əhəmiyyətli cəhət tək olan Allah`a ibadət etməkdir. Yəhudilik, Xristianlıq və İslam tək olan Allah`a yönələn haqq dinlərdəndir. Bu dinlərin hər üçü də Allah tərəfindən yer üzünə göndərilmişdir, lakin xristianlıq və yəhudilik dinləri peyğəmbərlərindən (hz. İsa (ə.s.) və hz. Musa (ə.s.)) sonra təhrif olunmuş və pozulmağa başlamışdır. Bu dinlər təhrif olunduqdan sonra Allah qiyamətə qədər haqq olan İlahi Kitabı - Quranı göndərmiş və onu bütün təhrif və pozulmalardan qoruyacağını bildirmişdir:

“Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” (Hicr surəsi, 9)

“Dinsizlik dövlət və milləti məhv edən ən böyük təhlükədir” həqiqətinin tarixdəki danılmaz faktlarına əsaslanaraq deyə bilərik ki, bir ölkə varlığını davam etdirmək üçün milli və mənəvi dəyərlərini hər zaman qoruyub-saxlamalıdır. Bu anlayış üzərində qurulan müsəlman-Türk dövləti ən çətin vəziyyətlərdə belə müsəlmanların bayraqdarı olmuş, varlığını, bütövlüyünü və nüfuzunu hər şəraitdə qoruyub-saxlamışdır. 2000-ci illərdə də müasir, qabaqcıl və həyat şəraiti inkişaf etmiş bir Türkiyə olmaq üçün də bu gözəl xüsusiyyətlərin davam etdirilməsi çox əhəmiyyətlidir. Türk milləti keçmişdə olduğu kimi, gələcəkdə də bu cəhətdən dünya millətlərinə ən gözəl nümunə olacaqdır. 

Adnan Oktar: “PKK kommunist təşkilatdır və dinə qarşı mübarizə aparır”

Didəm xanım: PKK-dan qaçan bir terrorist PKK-nın İslam dininə münasibətinə aid xeyli məlumat vermişdir. “Dini duyğuların terroristlərin savaşçı xarakterini zədələdiyini və qəlblərini yumşaltdığı üçün əsgərləri öldürməyəcəyini düşündükləri üçün təşkilat düşərgələrində namaz qılmaq, oruc tutmaq və Qurani-Kərim oxumaq qadağan olunmuşdur. İbadət edənlər çox ağır cəzalara məruz qalır”.

Adnan Oktar: Bu məlumatlar böyük əhəmiyyət kəsb etmir. Kommunist təşkilat deyil, bu? Dinə qarşıdır. Onların ən böyük məqsədlərindən biri dini məhv etməkdir. Stalinist, kommunist sistem nə deməkdir? Dinlə heç bir halda uzlaşmayan bir sistemdir. Kommunist düşüncə dinin ən böyük düşmənlərindəndir. PKK da Stalinist, kommunist, Darvinist, materialist olduğuna görə, dinə qarşı var gücü ilə mübarizə aparır. Orada namaz qılan bir insanın olması qeyri-adi şey olar. Müsəlmanın orada nə işi var? Həm namaz qılsın, həm oruc tutsun, həm də PKK-lı olsun – bunları etmək üçün dəli olmalıdır. Ora məsciddir ki? PKK-nın içində müsəlman olmaz. Allah`sız, Kitabsız, dinsiz, imansız olmayan bir insan ancaq dəli olmalıdır ki, PKK-ya qoşulsun. (Adnan Oktarın 18 aprel, 2012 tarixində A9 TV-dəki müsahibəsindən) 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr