BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 2015-ci ilə qədər aclıq çəkən insanların sayını 500 milyona endirmək üçün 24 milyard dollara ehtiyac olduğunu bildirdi. Dünyada ac insanın qalmaması üçün lazım olan pulun miqdarı isə 50 milyard dollardır. Ancaq bu qədər miqdarın toplanmasında və ümumi pullarla insanlara kömək edilməsində çox çətinlik çəkilir. Məsələn, Afrikanın Sahel bölgəsində ac qalan 7 milyon uşaq üçün lazım olan pul 1,72 milyard dollardır. Ancaq BMT-nin Humanitar Yardım Koordinatoru (OCHA) bu pulun sadəcə 19%-inin yığıldığını bildirir. Halbuki dünyada bir ildə təhlükəsizlik üçün xərclənən pul 9,8 trilyon dollar, bu pulun içində silah satışı üçün ayrılan pul isə 1,75 trilyon dollardır.
Ölkələr təhlükəsizlik, müharibə və silahlanmaq barəsində hərisliklə yarışırlar, amma dünyadakı aclığın qarşısını alan fəaliyyətlər üçün pul ayrılmır. “Sevgiyə hə, nifrətə yox” deyilmədikcə dünyadakı mənbələr, zənginliklər sülh üçün deyil, daima davam edən müharibələrə xərclənəcək.
İqtisadiyyat və Sülh İnstitutu (İEP) 2007-ci ildən bəri hər il “Qlobal Sülh İndeksi” hesabatını hazırlayıb ictimaiyyətlə paylaşır. İyul ayında 2013-cü ilin nəticələri açıqlandı. Yeni hesabata görə son 7 ildə sülhsevərlik 5% nisbətində geriləyib. İkinci Dünya Müharibəsindən sonrakı 60 illik dirçəlişin ardınca son 7 ildə geriləmə müşahidə edilir.
Bu tədqiqata görə xüsusilə Yaxın Şərq və Afrikadakı zorakılıq hadisələrindəki artım nəticəsində 110 ölkə keçən illərə nisbətən sülhə daha az dəstək olublar. 2013-cü illə müqayisədə 2014-cü ilin hesabatındakı qat-qat artıq geriləmə isə edilən müşahidələrdən məlum olur.
Bu hesabatın bir də iqtisadi ölçüsü var. Daxili münaqişələr, terrorizm, dünyanın müxtəlif yerlərindəki qarşıdurmalar və dövlətlərin özlərini təhlükəsiz hiss etməsi üçün xərclədiyi pul 2013-ci ildə 9,8 trilyon dollara çatıb. Bu rəqəm dünya iqtisadiyyatının ümumi gəlirinin 11%-nə bərabərdir və 54 Afrika ölkəsinin də iqtisadiyyatına uyğun gəlir. 2012-ci ildə bu xərclər 9,4 trilyon dollar oldu. İPE-nin sədri Stiv Kililea (Steve Killelea) silahlanma və təhlükəsizlik üçün xərclənən pullar haqqında belə deyir:
“Dünyadakı təhlükələrin artması iqtisadiyyata da təsir edir. Qarşıdurmalar və bunların qarşısını almaq üçün xərclənən pul dünya iqtisadiyyatının bir ildə böyüməsinin 19% faizinə bərabərdir. Bunu sadələşdirsək, adam başına 1, 350 dolların bu istiqamətdəki xərclərə getdiyini deyə bilərik”
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstiutu (SIPRI) da 2013-cü ilin hərbi xərclər və silahlanma hesabatını açıqladı. Bu tədqiqatın nəticəsinə görə dünyadakı silah satışları 1,75 trilyon dollar olub. Bu xərclər ölkələri iflasa sürükləyən iqtisadi böhrana və işçilərin maaşlarının da ödənilmədiyi mənfi həyat standartlarına baxmayaraq, artaraq davam edir. Soyuq Müharibə dövrünün bitməsi ilə 1990-cı illərdə imzalanan atəşkəs müqavilələri, xüsusilə son 15 ildir təxirə salınıb. SIPRI-nın tədqiqatlarına görə nüvə silahlanmasında da böyük artım nəzərə çarpır. İnsan öldürən bombaların istehsalı dayanmadan davam edir.
Bununla yanaşı, qida, səhiyyə və təhsil barəsində dünyada çox böyük çatışmazlıqlar var. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 2011-2013-cü illəri əhatə edən hesabatında dünyada 8 nəfərdən birinin xroniki aclıq çəkdiyini bildirir. Yəni 842 milyon ac insan ölüm təhlükəsi altında yaşayır. Yoxsul yaşayanların sayı 2 milyard, təmiz su ehtiyatı olmayan insan sayı 1,2 milyard, səhiyyə xidmətlərindən faydalana bilməyən insan sayı 800 milyondur. Dünyanın yarısı gündə 2 dollar, 1,5 milyard insan isə gündə 1,5 dollar qazanaraq yaşamağa çalışır. Hər il 11 milyon insan aclıq, səfalət ucbatından ölür. BMT –in məlumatına görə hər il 6 milyona yaxın uşaq çətin həyat şəraitinə görə 5 yaşına çatmadan ölür.
Bütün bu məlumatlardan aydın olur ki, dünya sanki sevgisizlik cəhənnəmindədir. Sevgisiz və soyuq münasibətlərlə nə müharibələrin qarşısı alınar, nə də hər il xərclənən trilyon dollarla təhlükəsizliyi təmin edilər. Qardaş müharibələri yaşanılır, yüz illərdir eyni ərazilərdə yaşayan qonşu insanlar bir-birinə düşmən olurlar. Müdafiə və təhlükəsizlik üçün xərclənən trilyonlarla dollar bu münaqişələrin qarşısını almır. Guya gözəl yaşamaq üçün silaha sarılanlar özlərinə qarşı yönəlmiş daha artıq silahla qarşılaşırlar. Sevgisizlik, eqoizm və nifrət dolu siyasət aparmaqla nifrət də bitmir, zorakılıq da. Şiddət şiddəti, nifrət də nifrəti gətirir. Müharibələr yeni düşmənləri, işğallar yeni kin dalğasını yaradır. Halbuki terror və zorakılıq fəlsəfəsinə qarşı ən mükəmməl silahlanma, elmlə olan silahlanmadır. Dünya səviyyəsində veriləcək təhsil səfərbərliyi ilə zorakılıq və terrorun mənbəyi olan azğın fəlsəfələr fikri mənada məğlub edilmədikcə, insanlara sevginin gözəlliyi öyrədilmədikcə bunları qarşı silahla nəticəyə gəlmək mümkün deyil.
Adnan Oktar'ın Voix Magazine'de nəşr olunan məqaləsi: