ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI REPORTAJI (22 DEKABR 2010)
Bismillah, Qurandan yenə səhifə açım. Yunis surəsi, şeytandan Allaha sığınıram, 43-cü ayə. "Və sənə baxacaq olanlar vardır. Amma kor olanları -üstəlik bəsirətləri də yoxdursa- sənmi doğru yola çatdıracaqsan?" Baxın, sənə baxarlar, deyir amma onlar kordur, deyir Allah. Üstəlik bəsirətləri də yoxdur. "Sənmi doğru yola çatdıracaqsan? Şübhəsiz, Allah insanlara heç bir şeylə zülm etməz." Heç bir şəkildə Allah zülm etməz, deyir. "Ancaq insanlar, öz nəfslərinə zülm edirlər". Gedir dinsiz olur, ateist olur, vəsvəsələrlə özünü məhv edir. Özünü sanki ağrıların içərisində, əzabların içərisində qovurur, bitirir. Hətta deyərlər; insanın öz düşməni belə özü qədər insana zülm etməz. İnsan ən çox özü-özünə zülm edər. "Gündüz bir saatdan başqa sanki heç ömür sürməmişlər kimi onları bir yerdə yığacağı gün," 45-ci ayə, ağlına nə gəlir.
ALTUĞ BERKER: 1545, inşaAllah.
ADNAN OKTAR: 1545. "Gündüz bir saatdan başqa sanki heç ömür sürməmişlər kimi onları bir yerdə yığacağı gün, onlar bir-birlərini tanımış olacaqlar. Allaha qovuşmağı yalanlayanlar, həqiqətən, hüsrana uğramışlar. Onlar hidayətə çatmış (kəslər) deyildi." Allah onlara "Hadi" adıyla təcəlli etməmişdir. "Deyirlər ki: "Əgər doğru danışanlardansansa, bu ifadə etdiyiniz müddət (vəd) nə zamanmış?" Biz də deyirik, 10 ilə qədər, inşaAllah. 1545-ci ilə kimi də Qiyamət qopacaq deyirik, inşaAllah. Allah: bu vədə inanmayanlar; "reallaşdıqdan sonramı ona iman edəcəksiniz?" Qiyamət qopduqdan sonramı iman edəcəksiniz, Allah deyir. "İndimi? Halbuki siz, onun (əzabın) tez gəlməsini istəyirdiniz." ""Bu bir həqiqətmi?" deyə səndən xəbər soruşacaqlar. De ki: "Bəli, Rəbbimə and olsun ki, şübhəsiz, gerçəkdir və siz aciz buraxacaq deyilsiniz." "Siz aciz buraxacaq deyilsiniz." 2004 tarixini verir. Bax, deyirlər ki: "Bu bir gerçəkdirmi?" İslam Birliyi, Türk-İslam Birliyi, Mehdi (ə.s)-ın çıxışı, İsa Məsih (ə.s)-ın enişi, "bu bir gerçəkdirmi?" deyə səndən soruşacaqlar. De ki: "Bəli, Rəbbimə and olsun ki, şübhəsiz, gerçəkdir və siz Allahı aciz buraxacaq deyilsiniz." İslam Birliyini, Türk-İslam Birliyini dayandıra bilməzsiniz. Təbii, ayəni şərh olaraq söyləyirəm, ayənin şərhi olaraq. "Əgər səni yalançı elan edərlərsə, onlara de ki: "Mənim etdiklərim mənim, sizin etdikləriniz sizindir. Siz mənim etdiklərimdən uzaqsınız, mən də sizin etdiklərinizdən uzağam." Baxın, demokratiyanın tərifi. Kim öyrədir? Demokratiyanı Quran öyrədir. Allah nə deyir? "Əgər səni yalançı elan edərlərsə" səni qəbul etməzlərsə "onlara de ki: "Mənim etdiklərim mənim, sizin etdiklərin sizindir. Siz mənim etdiklərimdən uzaqsınız, mən də sizin etdiklərinizdən uzağam." O qədər. "Onlardan səni dinləyənlər vardır. Amma heç eşitməyən -karlara -üstəlik heç ağılları çatmırsa- sənmi eşitdirəcəksən?" Allah deyir. Bayaq dedim, "gözləri vardır görməz, qulaqları vardır eşitməz. Onları sən diri zənn edərsən, ölüdürlər" Allah deyir. Baxın Allah bunları izaha davam edir, bu kəsləri. "Onlardan səni dinləyənlər vardır. Amma heç eşitməyən" baxın heç eşitməzlər, Allah deyir. "Karlara -üstəlik heç ağılları çatmırsa" baxın, Allah bir parça demir. "Heç ağıl çatdıra bilmirlərsə sənmi eşitdirəcəksən? Və sənə baxanlar vardır. Amma kordurlar, üstəlik bəsirətləri də yoxdursa- sənmi doğru yola çatdıracaqsan?" Tamamilə yox olmuşlar, Allah deyir. Onun üçün adam deyir ki, izah edirəm, izah edirəm dinləmir. Allah dinləməməsinin səbəbini açıqlayır. "Onlar ölüdürlər, siz onları diri zənn edirsiniz" deyir. Onun üçün özünüzü yormayın, özünüzü üzməyin, səhv edərsiniz, bu, səhv olar, Allah deyir. Çünki biz daşa gedib bir şey izah etsək, daş tərpənməsə; bir insan ona da kədərlənsə, hirslənsə, bunun məntiqi varmı? Daşa izah edirsən. Velevki şüuru açıq bir insana izah edildi, başa düşməsə də kədərlənmək haramdır, olmaz.