Samsun Kanal 55, 16 avqust 2008
Adnan Oktar: Baxın, mənim sözümün nə qədər əhəmiyyətli olduğu və bu birliyin nə qədər təcili olduğunu hər gün görürük… Abxaziyadakı hadisələr, Qafqazdakı hadisələr, Osetinlərə qarşı hadisələr, Gürcüstandakı hadisələr məlumdur. Belə bir hadisə olmazdı Türk-İslam Birliyi olsaydı, qətiyyən olmazdı. Bu axıdılan qanların, bu hadisələrin hamısının mənşəyində bu birliyin olmamağı durur. Türk-İslam Birliyi dünyanın ən təcili ehtiyacıdır. Amerikanın da, Rusiyanın da rahatlaması üçün, bütün insanlığın rahatlıq və hüzur içində olması üçün, iqtisadi dirçəliş, ictimai və ruhi güclənmə və mənəvi rahatlıq üçün mütləq bu Türk-İslam Birliyinin meydana gəlməsi lazımdır. Bunun zəmini çox asanlaşdı. Yalnız Türkiyənin bunu dilə gətirməsi lazımdır rəsmi olaraq. Azərbaycana deyilsə bu gün, “Biz sizinlə iki dövlət bir millət olaraq birləşmək istəyirik”, bir dəfə Türkiyə bunu söyləsin, 24 saat içində “bəli” cavabı alacaqlar. Suriyaya təklif etsinlər; “Türkiyə ilə birləşmək təklifi edirik sizə, nə deyirsiniz?” desinlər. 24 saat içində “bəli” sözü gələcək. Mən zəmanət verirəm inşAllah. Buna görə artıq yerlərdən də millətimiz bu mövzuda “Niyə dayanmısınız” deməlidir. Bunu hamı istəyir. Rusiya da istəyir. Çünki Rusiya orada bir çox insanını itirdi, hadisələr oldu, qan axdı. Onlar da bu sistemdən narahatdırlar. Məsələn,Gürcüstandakı fəlakət, yazıq deyil o insanlar da bizim insanlarımızdır. Türk-İslam Birliyi içərisində Gürcüstan son dərəcə rahatlayar. Ermənistan son dərəcə rahatlayar. Çünki Türklər əxlaq baxımından, mən irqçi deyiləm, amma əxlaq baxımından həqiqətən dünyanın ən mükəmməl insanlarıdır. Yəni belə insani yönləri şəfqət, mərhəmət, sevgi, yoldaşlıq, dostluq, qoruma yönləri çox yüksəkdir və çox ağıllı insanlardır… |