Onur Öymən elm deyə köhnə bir nəzəriyyəni müdafiyə edir
ucgen

Onur Öymən elm deyə köhnə bir nəzəriyyəni müdafiyə edir

267

Onur Öymən: “Lisey şagirdlərinin 32%-i təkamül nəzəriyyəsinə inanmır”

Cavab: Onur Öymən verdiyi bu məlumatda yanılmaqdadır. Hazırda Türkiyədə təkamül nəzəriyyəsinə inanmayanların nisbəti 95%-dir. Bu səbəbdən bu nisbət liseylərdə də hörmətli Öymənin bəhs etdiyindən dəfələrlə çoxdur. İndi şagirdlər təkamül nəzəriyyəsini oxutmağa çalışan müəllimlərinə nəzəriyyənin etibarsızlığını izah edir, bu mövzuda olduqca ciddi müzakirələrə girirlər. Şagirdlər fosil sərgilərində darvinizmi yıxan bütün gerçəkləri gözləriylə görmüşlər, yaxından birə-bir araşdırmışlar. Məhz bu səbəblə bu köhnə nəzəriyyə haqqındakı tarix məlumatlarına qarşı çıxmaqda, gerçək elmi dəlilləri görmək istəməkdədirlər. Xüsusilə ölkəmizdə aparılan anketlər bunu olduqca açıq bir şəkildə ortaya çıxarmışdır. 

Onur Öymən: “Elmin dünyadakı irəliləyişlərə istiqamət verdiyinə inanmayanların sayı çoxdur”

Cavab: Hörmətli Öymənin burada “elm” olaraq bəhs etdiyi şey darvinizmdir. Hörmətli Öymən darvinizmi həqiqətən isbat edilmiş gerçək elmi bir nəzəriyyə olduğunu zənn etmiş olacaq ki, şagirdlərin təkamülə inanmamalarına görə narahatlıq duyur. Halbuki, Öymən yanılmaqdadır. Darvinizm elm deyil. Təkamül nəzəriyyəsi elm adına edilmiş TARİXİN ƏN BÖYÜK SAXTAKARLIĞIDIR. İnsanları 150 il boyunca saxta bir iddiaya inandırmışdır, ara fosil yoxkən ara fosil var təlqini vermişdir. Darvinistlər saxta fosilləri dünyanın ən böyük muzeylərində sərgiləmiş, Yaradılış gerçəyini isbat edən fosilləri on illərlə gizlətmiş, bir çöl donuzu dişindən xəyali meymun adamın bütün ailəsinin xəyali şəkilini insanlara sərgiləməkdən çəkinməmişlər. Halbuki gerçəkdə, yer laylarından çıxarılan 100 milyon fosilin hamısı təkamülü rədd etmişdir. İnsanlar, canlıların milyon illər ərzində dəyişmədiyini və HEÇ BİR ARA FOSİLİN OLMADIĞINI öz gözləri İlə görmüşlər. Bu səbəbdən təkamülə “elm” demək ən böyük yanlışlardan biridir və vətəndaşlarımız artıq bu azğın nəzəriyyəni elm olaraq qəbul etmirlər. 

Darvinizmin dünyadakı irəliləyişlərə istiqamət verdiyi iddiası isə, Darvinist diktatorluğun ən böyük yalanlarından biridir. Darvinizmin dünyaya gətirdiyi tək şey müharibələr, zülm, bölücülük, degenerasiya, qırğın və terror olmuşdur. Kütlələlərin ölümü ilə nəticələnən dünya müharibələrinin təməli darvinizmə əsaslanır. Dövrün ən qanlı faşistləri və kommunistləri darvinist olduqları ilə öyünmüşlər. Degenerasiyanın, zülmün və hələ də yaşamaqda olduğumuz terrorun tək səbəbi darvinizmdir. Darvinizm dünyaya yalnız bəla gətirmişdir. Hörmətli Öymən bu böyük bəlanın təsirlərini və gerçək nəticələrini bilmirmiş kimi görünməkdədir.

Anadolunun cənub-şərqində terrorun davam etməsinin tək səbəbi, o bölgədə darvinist, materialist təhsilin davam etməsidir. Bütün insanların bir heyvandan başqa bir şey olmadığı təhsili ilə yetişdirilmiş olan, özlərinin də, başqalarının da məqsədsiz olaraq mövcud olduqlarını və məqsədsiz olaraq yaşadıqlarını düşünən və güclü olanın zəifi mütləq yox etməsi əsasına söykənən darvinist məntiq ilə yetişdirilən bu insanların mərhəmətsizcə insanları qətl etməsi və gün keçdikcə daha da vəhşi hala gəlməsi əlbəttə gözlənilən bir şeydir. Cənub-şərqdəki terrorun həlli Amerika deyil, İraq hökuməti deyil. İstəsə bütün dünya bu terrora tədbir görmək üçün bir araya gəlsin, bu bəla, darvinist təhsil davam etdikcə - Allahın diləməsi xaricində - sona çatmayacaq. Darvinist təhsil davam etdikcə, məzlum, dürüst və insana insan olaraq dəyər verən dindar Türk millətinin dəyərli məhmətcikləri, bu bəla ilə davamlı olaraq qarşı-qarşıya qalmağa davam edəcəklər. Terror ancaq darvinist təhsil dayandırıldığı an həll olunar. Bu səbəbdən ölkəmizdə darvinizmin müdafiəçiliyini etmək, ən böyük təhlükələrin önünü açar, xilas olmağa çalışdığımız bəlaları bəsləyər və onları gücləndirər. Hörmətli Onur Öymənin bu gerçəyi bu istiqamətiylə düşünməsi və darvinizmin gətirəcəyi təhlükələri daha yaxından görməsi lazımdır.

 

Onur Öymən: “Bu nəzəriyyə elmi bir nəzəriyyədir, bu nəzəriyyənin yayımlanmasına Tübitakın mane olduğunu bilirsiniz. Elmə qarşı çıxmaq başqa bir şey, elmi nəzəriyyələr arasında seçim etmək başqa bir şeydir”.

Cavab: Paleontologiya, mikrobiologiya, genetika, biologiya, zoologiya, antropologiya elmdir. Lakin darvinizm elm deyil. Darvinizmin elm olması üçün elmi dəlillərlə isbat edilmiş olması lazımdır. Halbuki, ELM DARVİNİZMİ TƏKZİB ETMİŞDİR. Təkamül nəzəriyyəsi HEÇ BİR ELMİ DƏLİLLƏ İSBAT EDİLƏ BİLMƏMİŞDİR. Məhz bu səbəblə etibarsızdır. Hələ də təkidlə gündəmdə tutulmasının, dövlət qanunları ilə zorakılıqla oxudulmasının və darvinist diktatorluq tərəfindən qorunmasının tək səbəbi, DARVİNİZMİN KÖHNƏ BİR İNANC, AZĞIN BİR DİN OLMASIDIR.

Elmi bir nəzəriyyə elmi təcrübə və tapıntılarla test edilər və bunun nəticəsində təsdiq və ya təkzib edilər. Nyuton fizikası müxtəlif istiqamətləriylə təsdiqlənmişdir. Lakin ondan sonra gələn kvant fizikası yeni şərhlər gətirmiş, şərhlərinə yeni dəlillər təqdim etmişdir. Bu səbəbdən hörmətli Öymənin bəhs etdiyi “elmi nəzəriyyələri arasında seçim” edilmişdir.

Lakin təkamül nəzəriyyəsinin TAMAMİLƏ SƏHVİ ORTAYA QOYULMUŞDUR. Bu nəzəriyyəni təsdiqləyən HEÇ BİR DƏLİL YOXDUR. Bu nəzəriyyənin iddialarının hamısının yanlış olduğu təcrübə, müşahidə və tapıntılarla ortaya çıxarılmışdır. Məhz buna görə bu nəzəriyyə saxtakarlıqlarla ayaqda tutulmağa çalışılmışdır. Saxta embrion şəkillərinin, insan kəlləsinə oranqutan çənəsinin əlavə olunması ilə yaradılan saxta fosillərin, dinozavr fosillərinə lələk əlavə olunmasının, sənaye inqilabı kəpənəklərinin ağac qabıqlarına yapışqanla yapışdırılmasının, hələ də yaşayan mükəmməl dib balığı Selekantın (Coelacanth) təkamülün guya ən böyük dəlili kimi göylərə çıxarılmasının, Kembri dövrü fosillərinin 70 il boyunca gizlədilməsinin, çöl donuzuna aid bir ədəd diş fosilindən ailəsi ilə yaşayan Nebraska adamı nağılının uydurulmasının tək səbəbi DARVİNİZMİN DƏLİLSİZLİYİDİR. Darvinizmin elm olmadığı illər əvvəl məlum olan bir gerçəkdir. Lakin təzyiq, zorakılıq və təlqin yolu ilə professorlar bu azğın nəzəriyyəni izah etmək, şagirdlər dinləmək, yüksək səviyyəli idarəçilərin hamısı isə müdafiə etmək məcburiyyətində qalmışlar. Çünki bunun əksini edənlər darvinist diktatorluq tərəfindən dərhal susdurulmuşlar. Bu səbəblə hörmətli Öymənin ifadəsini burada düzəltmək lazımdır: qarşı çıxılan şey elm deyil, bir əsr yarımdır insanları aldatmış olan tarixdə görülmüş ən böyük SAXTAKARLIQDIR. 

 

Onur Öymən: “Siz elmə tərəfdarsınız, yoxsa qarşısınız? Elmi nəzəriyyələrin yerinə din nəzəriyyələrini qoyaraq bütün dünyaya din ilə boyun əydirərsinizsə (Allahı tənzih edirik), Atatürkün “Ən həqiqi mürşid elmdir, ən həqiqi yol göstərici elmdir” sözünü hara qoyacaqsınız görəsən?”

Cavab: Görünür hörmətli Onur Öymən, elmi dəlillərin darvinizmi yalanladığından və bu dəlillərin Allahın Quran ilə ifadə etmiş olduğu gerçəkləri təsdiqlədiyindən xəbərsizdir. Məhz bu səbəblə elm müdafiəçiliyi edərkən səhv bir üsul izləməkdədir. Atatürkün son dərəcə əhəmiyyət verdiyi elm, bu gün bir zülalın təsadüfən meydana gələ bilməyəcək qədər kompleks olduğunu, canlıların bir-birinə genetik məlumat köçürməsinin mümkün olmadığını, canlıların mutasiyalar və ya təbii seleksiya kimi mexanizmlərlə fərqli növlərə çevrilə bilməyəcəklərini ortaya çıxarmışdır. İnkişaf edən elm eyni zamanda 100 milyondan çox fosilin yeraltından çıxarılmasını təmin etmişdir. Və 100 milyon fosilin hamısının heç bir şəkildə dəyişmədiyi, dövrümzdə yaşayan milyonlarla illik canlılara aid olduğu görülmüşdür.

Yenə inkişaf edən elm tapılan fosillər nəticəsində ARALIQ FORMA DEYƏ BİR ŞEY OLMADIĞINI da göstərmişdir. Elm, Quranda işarə edilən gerçəyi, yəni YOXDAN YARADILIŞI göstərmişdir. Əgər elm həqiqətən, təkamülü göstərmiş olsa, bunun Quranda dəlilləri olar və bunun da ən böyük müdafiəçisi gerçək müsəlmanlar olardı. Lakin bu gün, Quranın və elmin göstərdiyi şey ortaqdır: canlılar Uca Rəbbimizin “Ol” əmri ilə yoxdan yaradılmışlar.

Burada hörmətli Öymənə, nümunə verdiyi Ulu Öndərimiz Atatürkün, DİNİMİZİN ELMİ GERÇƏKLƏRİ İŞARƏ ETDİYİNƏ dair izahlarını xatırlatmaq yerində olacaq:

“Ey Millət! Allah birdir. Şanı böyükdür. Allahın salamı, mərhəməti və xeyiri üzərinizə olsun. Qoyduğu əsas qanunlar Quran-ı Əzimüşşandakı ayələrdir. İnsanlara elm ruhunu vermiş olan dinimiz son dindir. Ən kamil dindir. Çünki dinimiz ağla, məntiqə, həqiqətə uyğun gəlməmiş olsaydı, bununla digər ilahi və təbii qanunlar arasında ziddiyyətlər olardı. Bütün ilahi qanunları yaradan Cənabı Haqdır”. (Atatürkün Nitq və Bəyanatları c. 2, s. 93) 

“Millətimiz din kimi qüvvətli bir fəzilətə malikdir. Bu fəziləti heç bir qüvvə, millətimizin ürək və vicdanından çəkib ala bilməmişdir və ala bilməz. Din lazımi bir müəssisədir. Dinsiz millətlərin davamına imkan yoxdur. Türk xalqı daha dindar olmalıdır. Yəni bütün sadəliyi ilə dindar olmalıdır. Dinimə, şəxsən gerçəyə necə inanıramsa, buna da elə inanıram...” (Atatürkün Nitq və Bəyanatları, cild 3, s. 69-70, 29.10.1923, Fransız yazar Maurice Pernotya verdiyi bəyanat)

 

Onur Öymən: “Daha doğru bir nəzəriyyə çıxarsa, ona inanarsınız, amma bütün elmi rədd edib yəni insan təkamülünü yalnız din ilə şərh etməyə qalxsanız (Allahı tənzih edirik) bu da elmə hörmətli bir rəftarınız olmaz”.

Cavab: Hörmətli Onur Öymənin “bütün elmi rədd etmək” olaraq ifadə etdiyi şey əslində budur:

Darvinizm tapılan 100 milyon fosili rədd edərək, bunları gizlədərək, insanlara göstərməyərək ELMİ RƏDD ETMİŞDİR.

Darvinizm bu azğın dinin qəti ölümünü elan edən Kembri dövrü fosillərini düz 70 il gizlədərək ELMİ RƏDD ETMİŞDİR.

Darvinizm saxtakarlıq edərək, saxta fosilləri sərgiləyərək, təkrar-təkrar üzr istəyib sonra yenə saxta fosillər və şəkillər çıxararaq ELMİ RƏDD ETMİŞDİR. 

Darvinizm bircə ədəd belə ara fosil olmamasına baxmayaraq, insanlara davamlı olaraq “milyonlarla ara fosil var” yalanını söykəyərək ELMİ RƏDD ETMİŞDİR.

Darvinizm bir hüceyrənin, bir zülalın belə təsadüfən meydana gəlməsi qeyri-mümkünkən, insanlara “palçıqlı suyun içində ilk hüceyrə meydana gəldi” yalanını təkrar-təkrar söyləyərək ELMİ RƏDD ETMİŞDİR.

Darvinizm mutasiyaların heç bir faydalı təsirinin olmayacağının bu gün elmin ortaya çıxardığı ən böyük gerçəklərdən olmasına baxmayaraq, canlıların ard-arda gələn milyardlarla, trilyonlarca mutasiya nəticəsində təkamülləşdiyi yalanını iddia edərək ELMİ RƏDD ETMİŞDİR.

Darvinizm yer üzündəki kompleks canlıların, mükəmməl ahəng və nizamın qısacası, yer üzündəki möhtəşəm yaradılışın yalnız kor, şüursuz və nəzarətsiz təsadüflərin əsəri olduğunu iddia edərək ELMİ RƏDD ETMİŞDİR.

Darvinizm insanlara zorla təkamül nəzəriyyəsini qəbul etdirməyə çalışaraq, insanlara illərcə konkret dəlil yerinə demaqoqluq təqdim edərək, qəbul etməyənləri təzyiq altında susduraraq ELMİ RƏDD ETMİŞDİR.

 

ELM DƏ DARVİNİZMİ RƏDD ETMİŞDİR. 

 

Dövrümüzdə molekulyar biologiya, genetika, mikrobiologiya, paleontologiya, paleoantropologiya və bütün digər elm sahələri təkamül nəzəriyyəsini açıqca, bütün dəlil və isbatları ilə RƏDD ETMƏKDƏDİR. 

Quranda Allah, İNSANIN YARADILIŞINI izah etmişdir. Və bu üstün Yaradılış elmi dəlillərlə də qəti olaraq görülməkdədir. Bu səbəbdən ediləcək ən doğru şey, Qurandakı kərim və üstün yaradılışın isbatlarını insanlara göstərmək, təkamül nəzəriyyəsinin elm ilə bir əlaqəsinin olmadığını açıqlamaqdır. Əgər hörmətli Öymən elmə hörmətli olmaq və elmi rədd etmək yanlışına düşməmək istəyirsə, özünün də etməli olduğu budur.

Uca Rəbbimiz ayələrində belə bildirir: 

 

Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol” – deyir, o da olur. (Mömin surəsi, 68)

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” – dedi, o da oldu. (Ali-İmran surəsi, 59)

PAYLAŞIN
logo
logo
logo
logo
logo