İnsanların bir çoxu fikirlərinə, davranışlarına nəzarət edən adı qoyulmamış ortaq batil dini yaşayırlar. Həyatları boyunca da şüurunda belə olmadan bu batil dinin qaydalarını tətbiq edirlər. Dünyaya gəldikləri andan etibarən aldıqları təlqinlər onların bu dini şüuraltı mənimsəmələrinə səbəb olur.Hansı dinə, dilə, irqə, millətə mənsub olmalarından asılı olmayaraq, oxşar hərəkət, düşüncə, davranış və mimikalarla hərəkət edirlər.
Məqsədləri "adam olmaq" olan bu dinin mənsublarıyaşadıqları mühitə uyğun olduğunudüşündükləri davranış formalarından, danışıq qəliblərindən vəmimikalardan istifadə edirlər. Məktəbdə gənc qız, evdə ana, iş yerində iş adamı, siyasətdə siyasətçi olmağın xüsusi psixologiyası var. İnsan bu rolların birindən digərinə keçdikcə psixologiyası ilə birlikdə davranışları və mimikaları da dəyişir. Amma bu insanların demək olar ki, hamısı çox təbii və normal həyat yaşadıqlarını güman edirlər.
Adamlıq dininin nümayəndələrinin tez-tez tətbiq etdikləri davranış formalarından biri də sünilik və fors eləməkdir. Fors eləmək qarşı tərəfin davranışınaetiraz etmək üsuludur, yəni insanın düşüncəsini səmimi, birbaşa ifadə etmək əvəzinə səmimiyyətsiz şəkildə əl-qol hərəkətləri və mimikaları ilə vurğulamasıdır. Adamlıq dininin mənsubları tərəfindən geniş istifadə edilən bu çirkin vərdiş onlarınsanki səssiz dilidir.
Şeytan adamlıq dininin süni hərəkətlərini, süni üz ifadələrini, süni danışıq tərzini insanları səmimiyyətsizliyə çəkmək üçün istifadə edir. Bu saxta din bu günə qədər dilə gətirilməyib və bu səbəbdən də qarşı çıxan olmayıb. Özünə əks fikir olmadığı üçün hər dinin, hər mədəniyyətin içində hiyləgərcəsinə yayılma imkanı tapıb. Adamlıq dininin mənsubları yaşadıqları bu saxta həyatın özlərinə nə kimi zərər verdiyini düşünmədikləri üçün bu dini tərk etmirlər.
Sünilik üzərində qurulan adamlıq dininin əsası insanın özü kimi olmamasının üzərində qurulub. İnsan səmimi şəkildə özü kimi davrandıqda isə bu batil dindən çıxar. Amma bir çox insan bu batil dini tərk etməməkdə israr edir. Çünki bu batil din cəmiyyətin böyük əksəriyyəti tərəfindən tətbiq olunur və onu tərk edən insanların da cəmiyyət içərisində təklənəcəyidüşünülür. Adamlıq dininin əsrlərdir dünya miqyasında qəbul edilməsi bu saxta dinin uşaqlıqdan etibarən müşahidə və təlqinlər nəticəsində insanlara öyrədilməsindən irəli gəlir.
İnsan ən kiçik yaşlarından etibarən ətrafında daim bu dinin mənsublarını görür və onların hər bir hərəkətini təqlid etməyə başlayır. Ana ataya, ata anaya uşağının qarşısında hər zaman fors edir. Bütün sutka bu səmimiyyətsiz mimikaları və danışıqları insanın təbii davranışları kimi müşahidə edən uşaqlar da hələ erkən yaşlarındanetibarən eyni mimikalardan istifadə etməyə başlayırlar. Bu səbəbdən də hər ana və ata evlərində uşaqlarına bu batil dini daim təbliğ etmiş olurlar.
Uşaqlarilk olaraq belə davranışı, adətən, istədiyi oyuncağın alınmasını və ya hər kəsin onunla maraqlanmasını istədikdə edir. Bir dəfə istədiyini əldə etdikdə isə bu üsulun işə yaradığını başa düşür. Uşaqların beyni yeniliklərə və öyrənməyə çox açıq olduğu üçün kəskin müşahidəetmə gücü ilə yeni fors üsulları inkişaf etdirir. Yoxsa adamlıq dini xüsusi olaraq öyrədilmir. Müşahidə edilərək öyrənilir.Ailədə təməlləri atılan bu batil dinkinolarda, teatrlarda, küçələrdə, dost mühitlərində rast gəlinənpis örnəklərlədaha da inkişaf edir.
Hər mühitin özünəməxsus fors etmək üsulları var. Evdə, məktəbdə, iş yerində və ya yoldaşlıq münasibətlərində insanlar sanki eyni kitabdan oxumuş kimi, olduqları mühitə ən uyğun forsetmək üsullarından istifadə edirlər. Bu metodlar fors edən insanın hansı dinə, millətə, irqə mənsub olmasından asılı olmayaraq dəyişmir.
Məsələn, dostlarının arasında sevilməyən bir mövzudan bəhs edildikdə və ya arzuolunmaz şərait yarandıqda insan "mənim bundan xoşuma gəlmədi, gəlin gedək artıq" demək əvəzinə, dostuna baxıb başını yana çevirərək çıxışı göstərir. Ailəsinə istədiyi bir şeyə razı sala bilməyən gənc otağından bayıra çıxmır, yüksək səslə musiqi dinləyir, ailəsinin çağırışlarına cavab vermir.Aralarında anlaşmazlıq olan iki nəfər eyni mühitdə bir-birilərinin üzünə belə baxmır, üz-üzə gələrkən başlarını əks tərəfə çevirirlər. Bəzi hallarda isə bu hərəkətlər bir anlıq olmur. İnsanlar heç yorulmadan, bezmədən günlərlə eyni çirkin mimikalardan istifadə edə bilirlər. Küsüblərsə, danışaraq problemləri həll etmək əvəzinə küskünlüyə aid hərəkətləri və davranışları, əsəbiləşiblərsə,qəzəblərini boğmaq əvəzinə qəzəbə aid bütün mimikaları, yorulublarsa, yatıb dincəlmək əvəzinə yuxusuzluqlarını bəlli edəcək bütün üz ifadələrini və bədən hərəkətlərini edirlər. Dünyanın hər yerində tətbiq edilən bütün bu çirkin və alçaldıcı davranışları insanlar, əslində, özlərini bu batil dinin digər mənsublarına bəyəndirmək və ya onlar arasında yertutmaq üçün edirlər. Ancaq məsələləri ağılla, səmimivə dürüst şəkildə qiymətləndirmək əvəzinə, əzbərlənmiş, səmimiyyətsiz reaksiyalarla həll etməyə çalışmağın nəticəsində həm özləri əziyyət çəkir, həm də qarşılarındakı insana əziyyət verirlər. Halbuki çoxluğa tabe olmaq, çoxluğun rəğbətini qazanmağa çalışmaq insanı böyük səhvlərə apara bilər. Səmimi iman gətirən bir müsəlman heç vaxt çoxluğa yox, ən başda Qurana, sonra da vicdanına görə hərəkət edər. Allah Quranda bu həqiqətə bu ayə ilə diqqət çəkir:
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)
Adamlıq dini əqli və mənəvi cəhətdən dərinliyi tam dərk edə bilməmiş, Quran əxlaqını həyatına tam uyğunlaşdırmamış insanların batil dinidir. Bu batil dinin içindən çıxa bilmək üçün də insana düşən alicənablıq və keyfiyyətə tamamilə zidd olan bu hərəkətləri etməzdən əvvəl özünə obyektiv gözlə kənardan baxmaqdır. Çünki insanlarqəbul etməsələr də, uşaqlıqdan etibarən öyrənilən adamlıq dinininhər kəsin üzərində müəyyən təsiri yaranmış ola bilər.
Belə ki, ağıl, vicdan və səmimiyyət insanı Quran əxlaqını yaşamağa yönəldir. İnsan hadisələr qarşısında diqqətli olub həmişə Qurana uyğun və Allahın razı olacağı şəkildə davransa, adamlıq dininin pis təsirindən də xilas olmuş olar. Ətrafındakı hər kəs adamlıq dininin tələblərini yerinə yetirsə də, imanlı müsəlman əsla bu tərz bəsitliyə yanaşmaz. Müsəlman özünə fors edilsə də, qarşısındakı insana hər zaman ən səmimi və ən dürüst şəxsiyyəti ilə yaxınlaşar. Bu, müsəlmanın mühüm üstünlüyüdür.