Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 iyul 2012, 23:00)
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Allah nə deyir? "Dində məcburiyyət yoxdur". Bitdi. Ağızlarını, dillərini əyirlər. Hökm aydındır, yersiz davranmağa nə ehtiyac var? Allah başını, sonunu sənin üçün məhdudlaşdırmır ki. Allah ucu-bucağı olmayan bir hökm vermişdir: "Dində məcburiyyət yoxdur". Bu qədər. Sən insanı məcbur edə bilməzsən; bir inancı, bir düşüncəni qəbul etməyə məcbur edə bilməzsən. Sevgiylə izah et, şəfqətlə izah et, mərhəmətlə izah et. Gözəlliklə, sevdirməyə çalışaraq izah et. Lakin hiyləgərlik edərək olmaz.