Keçən həftə nəşr olunan CIA hesabatı, ya da hesabatın ümumi şəkildə tərtib olunmuş halı bütün dünyada böyük diqqətə səbəb oldu. Xüsusilə, 11 sentyabr hadisəsindən sonra ABŞ-ın açıq-aydın şübhəlilər olaraq saxlanılan məhkumlara ağır işgəncə verdikləri bilinən bir həqiqət olması ilə birlikdə bu hesabat işgəncəni qanuniləşdirdi.
Əbu Garib xəstəxanasındakı şəkillər, Guantanamoda üzə çıxan təzyiq üsulları, sərbəst qalanların şahidlikləri ilə dünya onsuz da 11 sentyabr hadisəsindən sonra kəşfiyyat əməliyyatlarının ABŞ-da necə həyata keçdiyini az-çox bilirdi. Nəşr olunan hesabatda yeni işgəncə üsullarının necə olduğundan bu üsulları tətbiq etmək üçün mütəxəssislərə nə qədər vəsait ayrıldığına qədər hər cür məlumatı ətraflı şəkildə görə bilərik. Yaxşı, illərlə davam edən işgəncələr ABŞ və ya müstəqil dünyaya nə qazandırdı? Rahatlıqla bu sualın cavabının "heç" olduğunu söyləyə bilərik. Senator Heri Reyd (Harry Reid) işgəncənin ABŞ-a sadəcə pis ad qazandırdığını (1) etiraf edir. Bəzi respublikaçıların iddialarının əksinə olaraq tədqiqatçılar da CIA-ın 6 milyon səhifəlik sənədlərini araşdırdıqdan sonra agentliyin mühüm olan heç bir məlumatı əldə edə bilmədiyini təsdiqlədilər.
Bu, çoxları tərəfindən bilinən həqiqətdir ki, radikal terror qüvvələri haqqında mühüm məlumata sahib təşkilat liderləri və ya mənsubları ilə canlı olaraq əlaqə saxlamaq, demək olar ki, qeyri-mümkündür. Bu cür məlumata sahib terrorçular mütləq təhlükəsizlik qüvvələri, əsgər və ya polislə münaqişəyə girir və ya özünü öldürür, ya da tutulacağını anladığı vaxt intihar edirlər. Bu günə qədər dəfələrlə bu nümunələrlə qarşılanmışdır. Ancaq ABŞ-ın ələ keçirib həbs etdiyi insanların profilləri araşdırılanda çoxunun qarşı çıxmadan həbs olunduğunu görürük. Bu insanlar özlərinə və ya ətraflarına heç bir zərər vermə cəhdi olmadan həbs edilirlər və nəticədə əldə edilən məlumatların da işgəncənin dərhal bitməsi üçün etiraf edilən xəyali hekayələr olduğu üzə çıxır. Bu səbəbdən terroristlərdən mühüm məlumatı işgəncə ilə əldə edə biləcəklərini düşünən dövlətlərin bu terroristləri canlı ələ keçirə bilməyəcəkləri də bu tarixi dərslərlə bir daha aydın oldu.
Digər məsələ isə ABŞ-ın yaşatmaq üçün uğrunda mübarizə apardığı dəyərləri və işgəncənin bu dəyərlərin arasında necə bir yeri olduğudur. ABŞ öz xalqının azad olduğu, hər hansı hücumdan qorxmadığı, sülh və əmin-amanlıq içində, öz ənənəvi dəyərlərinin qorunduğu bir ölkə yaratmaq istəyir və bunun üçün də trilyonlarla dollar xərcləyir, minlərlə gənc döyüş meydanında can qoyur. Tək məqsəd isə Amerika dəyərlərinə sahib çıxmaq və bunları təhdid edən ünsürlərə göz dağı verməkdir. Hər birimizin bildiyi kimi ABŞ hər nə qədər dünyəvi bir konstitusiya ilə idarə olunsa da, özünü xristian cəmiyyət olaraq təqdim edir və Avropa ilə müqayisədə daha çox mühafizəkar bir cəmiyyətə malikdir. Yaxşı, bu mühafizəkar cəmiyyətin müqəddəs kitabı olan İncil sevgini, şəfqəti, bağışlayıcılığı, birləşməyi əmr etmir? Hansı xristian hər hansı cinayət törətsə belə şübhəli olan insanın vəhşicəsinə işgəncəyə məruz qalaraq həyatını itirməsini dəstəkləyə bilər? Bu yol ilə itirilən günahsız həyatlar hansı xristiana xoşbəxtlik verər? Əgər ABŞ uğrunda qurulduğu dəyərlərinə sahib çıxmaq istəyirsə, vəziyyət çətinləşəndə də bu dəyərlərə sadiq qalmalıdır. Senatda çıxışı zamanı Demokrat Partiya Kaliforniya senatoru cənab Dayn Faynstayn (Ms. Dianne Feinstein) da işgəncənin Amerika dəyərlərini ləkələdiyini (2) qəbul etmişdir.
İşgəncə mübarizə üsulu deyil, qəddarlıq mədəniyyətidir. 12 illik müharibədə işgəncə ilə toplanan məlumatlar Əl-Qaidə, Taliban kimi terror qruplarının nəinki aradan qalxmasına, hətta zəifləməsinə belə kömək edə bilməmişdi. Əksinə, şiddət, vəhşilik və qəddarlıqla çıxılan bu yolda terror təşkilatları daha da güclənmiş, dünyanın daha çox fərqli bölgələrinə yayılmış (3) və yeni qruplar yaradaraq daha qorxuducu bir hal almışlar. ABŞ-ın döyüşdə çox sayda vətəndaşın həyatını itirməsinə səbəb olan hücumlar etməsi və Əl Qaidəni ortaya çıxaran səbəblərlə fikri mübarizə aparmaq əvəzinə, bu səbəblərdən təsirlənən fərdləri silahla aradan qaldırmağa çalışması, bəzi alt qrupların da terror təşkilatına daxil olaraq təsir sahəsini genişlətməsinə (4) yol açmışdır.
Prezident Obamanın işgəncəni qadağan etməsi (5), əlbəttə, çox müsbət bir addımdır. Həmçinin bundan sonra işgəncə əsnasında bir məhkumun həyatını itirməsi cinayət sayılacaq (6). Bu, demokrat hökumətin insani olmayan metodlara qarşı ən azından bundan sonra reaksiya göstərməsi üçün məhək daşı olacaq. Dağıdıcı hərəkata daha da dağıdıcı bir üsulla cavab vermək o hərəkatın təkrar törədilməsinə mane ola bilməz. Şiddət hər zaman daha çox şiddətə, qan hər zaman daha çox qana səbəb olacaq. Bu səbəbdən radikal terrorla mübarizə apararkən, daha radikal texnikalara müraciət yalnız bu terror qruplarının iddialarını təsdiqləyən və təməllərini gücləndirən bir mexanizmə çevrilir. Bu şəkildə əsla bitməyən müharibələrə yeni qapılar açmış olarıq. Gələcək nəsillərin insani bir mühitdə yaşamaları üçün onların insan hüquqlarına hörmət edilən, ortaq şəfqət və sevgi mühiti qurmalıyıq.
Adnan Oktarın News Rescue-da nəşr olunan məqaləsi:
http://newsrescue.com/cia-torture-report-say/#axzz3OcYFLwd3
(1) http://www.startribune.com/politics/national/285227921.html
(2) http://www.nytimes.com/2014/12/10/world/senate-intelligence-committee-cia-torture-report.html
(3) https://books.google.com.tr/books?id=wuPaRzSgZYAC&pg=PA1973&lpg=PA1973&dq=Al+qaeda+stronger+than+last+decade&source=bl&ots=wbpnuigz0i&sig=WnV7SQ6E3rn0OpPmHhDx5tsDRAY&hl=tr&sa=X&ei=h8OPVN3-Hcqt7ga6g4CwCQ&ved=0CDEQ6AEwAg#v=onepage&q=Al%20qaeda%20stronger%20than%20last%20decade&f=false
(4) http://www.foreignaffairs.com/articles/67467/leah-farrall/how-al-qaeda-works
(5) http://www.whitehouse.gov/the_press_office/EnsuringLawfulInterrogations
(6) http://www.law.cornell.edu/uscode/text/18/2340A