Darvinizmin tarixini nəzərdən keçirdikdə qarşımıza çox açıq həqiqətlər çıxır
Bəs saxtakarlığa qədər gedən bu təəccüblü səyin səbəbi nədir? Görəsən darvinistlər elmi həqiqətlərin təqdim etdiyi doğruları qəbul etmək və darvinizmdən əl çəkmək əvəzinə, nə üçün belə çətin yola çıxmışdılar? Elmi cəhətdən təkamül nəzəriyyəsinin sübut edilmədiyi açıq həqiqət olmasına baxmayaraq, görəsən nə üçün bu nəzəriyyəyə sübut edilmiş təsəvvürü verməyə çalışır və nə üçün təbliğat, saxtakarlıq və yalanlara bu qədər zaman və əmək sərf edirlər? Darvinist alimlər alçalacaqlarını, saxtakar tanınacaqlarını bilə-bilə görəsən niyə təkidlə təkamül uğrunda yalanlar uydurmuş və onları təhsil müəssisələrində öyrətmişlər?
Bütün bunların bircə cavabı var: Darvinizm elm deyil. Darvinizm batil bir dindir. Boş və batil inanc sistemidir. Saxtakarlıq üzərində qurulmuş ideologiyadır. Darvinistlərin bütün bu səylərinin səbəbi də bu batil dinə olan kor-koranə bağlılıqları və batil inanclarını var gücləri ilə yaşatmaq arzusudur. Darvinistlərə görə bunun üçün lazım olan hər şey edilməlidir. Əgər bu batil din tərk edilsə, darvinistlər bütün varlıqları Allahın yaratdığı həqiqətini qəbul edəcəklər və saxta dinlərini tərk edəcəklər. Bu vəziyyət ziddiyyətli darvinist beyinlər üçün əsla qəbuledilməzdir. Lakin Allahın varlığına və birliyinə iman və Allah sevgisi insanlar üçün böyük sevincə vəsilədir. Allaha iman insanın ağlını və anlayış gücünü qat-qat artıran, ruhunu çox dərinləşdirən böyük nemətdir. Darvinistlərin öz zəif ağıllarına görə Allahın açıq-aşkar varlığını inkar etmək üçün əl atdıqları üsullar isə onları ancaq çarəsizliyə, məqsədsizliyə, saxtakarlığa və məntiqsizliyə sürükləyir.
Elə 150 ildən bəri darvinizm adından davam edən yalanların, saxta fosillərin, saxta rəsmlərin, yapışdırma kəpənək fotoşəkillərinin, saxta rüşeym sxemlərinin, elmi dəyəri olmayan saxta rekonstruksiyaların, 70 il boyu gizlədilən Kembri canlılarının, 40 il boyu nümayiş etdirilən saxta kəllə sümüklərinin, bəzi dərsliklərdə yerini hələ də qoruyan saxtakarlıqların kökü budur. Batil təkamül dininin mənsubları bu saxta dini yaşatmaq üçün elmdən deyil, saxtakarlıqdan istifadə etməyə üstünlük verirlər. Darvinist alimlər arasında səssiz, ancaq böyük ittifaqla bu saxtakarlıq davam etdirilir. Fransız bioloq, darvinist Pier Pol Qrass bu həqiqəti belə etiraf edir:
Darvinist Pier Pol Qrasın bu etirafı darvinist dairələrdə baş verən gizli birliyi ifadə edir. Dəccal sisteminə görə darvinizm heç cür inkar edilməyəcəyi üçün saxtakarlıqlara və yalanlara göz yumulmalıdır.
Darvinistlər bəzən darvinizmi din kimi mənimsədikləri həqiqətini də etiraf edirlər. Buna misal olaraq aşağıdakı bəzi nümunələri göstərmək olar (Allahı tənzih edirik):
“Təkamül ateistlərin öz varlıqlarını qorumalarına kömək edir və onların yaradansız təkamül “dini” ilə uyğunluq təşkil edir.” Təkamül bioloqu, ateist Riçard Doukins.
“Əslində təkamül elmi dinə çevrilmişdir. Demək olar ki, bütün alimlər bunu qəbul edirlər və onların bir çoxu öz müşahidələrini buna uyğunlaşdırmağa “meyilli”dirlər.” Mançester Universitetinin fizika professoru darvinist H.S.Lipson.
“Mənim 40 ildən çox müddət ərzində davam edən təkamülü təcrübə yolu ilə göstərmə səylərim tam mənada uğursuzluqla nəticələndi... Təkamül fikri yalnız inanca əsaslanır!” Bütün kariyerasını canlılar arasında “süni şəkildə təkamül” həyata keçirməyə sərf edən Lund Universitetindən tanınmış alim Heribert Nilson.
“Təbii seçmə qanunları, iddia edirəm ki, elm deyil. Bu bir ideologiyadır, həm də pis ideologiyadır və bizim həyatın tarixini açıq şəkildə başa düşməyimizə mane olur. Eynilə bir-birimizə tolerant davranmağımıza mane olduğu kimi.” İsveçrə Federal Texnologiya İnstitutundan geologiya mütəxəssisi darvinist Kennet Hsü.
“Məni bunun şahidi, bu mövzunun vəkili kimi görsələr və məndən bunu soruşsalar: “Dr. Doukins, təkamülə olan inamınız, təkamüllə bağlı fəaliyyətləriniz sizi ateizmə qaytardı?” Buna “bəli” cavabı verməyə məcbur olardım... Mənim kimi insanlar təkamül lobbisi üçün pis xəbər kimidirlər. Lakin mən bu məsələdə, bu sahədə danışan adamların hamısından daha səmimiyəm.” Riçard Doukins.
Dünyada tanınan darvinistlərin bu etirafları, şübhəsiz, mühüm həqiqətə işarə edir. Darvinistlər müdafiə etdikləri ideologiyanın yalan olduğunu bilərək ortaq, səssiz dildən istifadə edərək bu saxtakarlığı birlikdə davam etdirirlər. Bəzən etdikləri etiraf xarakterli açıqlamalar da batil darvinizm dininə bağlılıqları baxımından heç nəyi dəyişdirmir, bu sistem 150 ildir olduğu kimi eyni şəkildə davam edir. Qəsdən edilmiş saxtakarlıqların ardı kəsilmir, batil darvinizm dinini yaşatmağı hədəf almaq bu yalanlara son qoyulmur.
1998-ci ildə ölən və bütün həyatını bu saxta nəzəriyyəni müdafiə edərək keçirmiş İngiltərə Təbiət Tarixi Muzeyinin paleontoloqu Kolin Patersonun aşağıdakı etirafı darvinistlərin yalanının iç üzünü açır:
Kolin Patersonun bu etirafı darvinistlərin açıq şəkildə bildikləri bir həqiqəti həyatları boyu gizlətməkdə və bir yalanın ardınca getməkdə heç bir problem görmədiklərini açıq şəkildə ortaya qoyur. Təkamül nəzəriyyəsinin yalan olması əslində bütün elmi dairələrə məlumdur. Təkamülün beyinləri yumaq məqsədilə məktəblərdə oxudulduğunun, təkamül haqqında çıxan bütün xəbərlərin yalan olduğunu, keçirilən konfransların, nəşr edilən kitabların, təkamül lehində saysız-hesabsız jurnalın əslində təbliğat məqsədi daşıdığını hamısı bilir. Darvinistlərin hər biri təbiət tarixi muzeylərində nümayiş etdirilən fosillərin təkamülə heç bir dəlil olmadığını bilirlər. “Təkamülə yeni dəlil tapıldı” xəbərlərinin uydurma, jurnallarda və qəzetlərdə çıxan təkamül rəsmlərinin isə saxta olduğunu bilirlər. Ancaq bütün bunlardan xəbərsiz imiş kimi davranırlar. Bir-birlərinə bu saxtakarlıqları danışarkən akademik mövzu təsəvvürü verməyə çalışırlar. Amma əslində hamısı uydurma və saxta ideologiyanın tərəfini tutduqlarını bilirlər.
Bütün bunların səbəbi təkamülün bir inanc sistemi, batil bir din olmasıdır. Təkamülün elmlə heç bir əlaqəsi yoxdur. Darvinizm dəccalın mübarizəsinin tələbi kimi müdafiə edilir. Darvinizmi müdafiə edən bütün alimlər əslində özləri də hiss etmədən dəccalın təsiri altındadırlar.
Florida Dövlət Universitetindən fəlsəfə professoru darvinist Maykl Ryuz batil darvinizm dinini belə təsvir edir:
Amerikalı astronom, fizik və kosmoloq Robert Ceystrou isə darvinistlərin kor-koranə darvinizmə bağlılıqları haqqında bunları deyir:
Robert Ceystrounun bu sətirlərdə dilə gətirdiyi kimi darvinizm bir inanc kimi qəbul edilmişdir, amma bu batil inancdır və heç bir elmi tapıntı ilə dəstəklənmir. Darvinizmi, elmi fikrin ortaya qoyduğu tək seçim, yaradılış həqiqətini isə elmin fövqündə duran inam kimi görmək isə materialist düşüncə tərzinin səhvi və yalanıdır. Elmin göstərdiyi həqiqət yaradılışdır. Canlıların üstün və qüdrət sahibi Ağlın, yəni Uca Allahın əsəri olması elmi tapıntılarla bir da təsdiqlənmişdir. Darvinizmin iddiaları isə elmin bütün sahələrində təkzib edilmişdir. Ona görə elmə inanan bir şəxsin darvinizmi müdafiə etməsinin zəruriliyi fikri həqiqətə uyğun olmayan ciddi nöqsandır.
Darvinizmin elm deyil, batil bir din olmasının məlum olması və başa düşülməsi, şübhəsiz, çox vacibdir. Beləliklə, əvvəla darvinizmin dünyanı aldatmasının ideoloji səbəbi olduğu başa düşülər. Nəzəriyyənin irəli sürülməsindən bəri darvinizm adından edilmiş hər fəaliyyət, bu istiqamətdə atılmış hər addım, aldadılan hər insan darvinizm ideologiyasının bir hissəsi olmuşdur. Darvinizmin dərsliklərə daxil olması, bütün dünyaya yayılması, demək olar ki, bütün elmi jurnalların, qəzetlərin və televiziya verilişlərinin yeganə mövzusu olması elə-belə hadisə deyil. Bu vəziyyət əslində olduqca təhlükəlidir. İnsanlar bu batil dinin təsiri ilə bir-birlərini sanki heyvan kimi görür, güclünün zəifi əzməsini öz ağıllarına görə normal qarşılayır, insanı Allah qarşısında heç bir məsuliyyəti olmayan, təsadüfən əmələ gəlmiş varlıq kimi qavramağa başlayırlar. Batil darvinizm dininin təsiri ilə baş verən müharibələr, işğallar, qarşıdurmalar, kommunizm, kapitalizm, faşizm kimi ziddiyyətli ideologiyalar, dünyanın bir çox ölkəsində hələ də davam edən anarxiya və terror bu təhlükənin ölçüsünü göstərir.
Darvinizmin davamlı olaraq təlqin edilməsi və bütün dünyada təsirli olmasına çalışılması Allah inancına qarşı aparılan mübarizədir. Bu batil ideologiya insanı Allaha qarşı bütün məsuliyyətlərdən uzaqlaşdırmaq və axirəti unutdurmaq məqsədini daşıyır. Allah qarşısında məsuliyyətsiz olduğunu zənn edən və axirətə inanmayan bir insanın da, şübhəsiz ki, başqalarına zülm etməsi, digərlərini amansızlıqla əzməsi, güclü olmaq üçün hər cür pisliyi öz ağlına görə normal hesab etməsi, xudbin olması, qarşıdurmanı inkişafın yolu kimi gördüyü üçün müharibələrə təkan verməsi, kütlələri məhv etməsi, müxtəlif etnik qruplara qarşı soyqırım tətbiq etməsi təəccüblü deyil. Bu gün hələ orta məktəb dövründəki gənclər belə əllərinə silah alaraq törətdikləri məktəb basqınlarında, onlarla insanı güllələyərkən darvinist məntiqin zehinlərini necə zəhərlədiyini açıqlamaqdan çəkinmirlər. Qarşılarındakını “aradan götürülməli” heyvan kimi gördüklərini gizlətmirlər. Batil darvinizm dini belə dəhşətli və məhvedici inancdır.
Beləliklə, batil darvinizm dinini və darvinizmin dünyanı aldatmasını nəzərdən keçirərkən bu həqiqətləri unutmaq olmaz. Darvinistlərin dünyanı aldadarkən istifadə etdikləri hiyləgər üsulların elm ilə, sübut edilməli hər hansı elmi nəzəriyyə ilə əlaqəsi olmadığını nəzərə almaq lazımdır. Batil darvinizm dini əhalinin sayının planlaşdırılması üçün aclıq, xəstəlik və müharibələrin lazım olduğunu müdafiə edən Maltusun fikirlərindən təsirlənərək formalaşmışdır. Bütün xəstə və şikəstlərin öldürülməsini irəli sürən yevgenika fikrinin əsası darvinizmdir, kütlələri ölümə sürükləyən faşist və kommunist diktatorların əsas istinadgahı darvinizmdir, I və II dünya müharibələrində on milyonlarla insanın həyatını itirməsinə səbəb olan darvinizmdir və hal-hazırda bütün dünyada və xüsusilə ölkəmizdə davam edən terror bəlasının qidalandığı yeganə mənbə də budur. Bu gün dünyada mövcud olan bütün qarışıqlıqların, din əxlaqına qarşı yeridilən üsyanların, kommunist və faşist axınların, hücum, qətl və terror hadisələrinin də çıxış nöqtəsinin eyni məntiq olması həmişə yadda saxlanmalıdır. Darvinizm elm adı ilə ortaya çıxmış məsum nəzəriyyə deyil, kütlələri degenerasiyaya, məsuliyyətsizliyə, müharibələrə, qəzəb və zülmə sürükləyən dövrümüzün ən böyük bəlalarından biridir.
Batil darvinizm dininin müdafiəçiləri nə qədər saxtakarlıqla yayılma siyasəti tətbiq etsələr də, Allahın üstün qüdrətinə qarşı mübarizə aparan hər kəs mütləq ifşa olacaq və məğlub ediləcək. Hal-hazırda da darvinistlər darvinizmin bu tarixi məhvinə şahid olur və bu vəziyyəti təəssüflə seyr edirlər. Darvinistlər bütün gücün Allaha aid olduğunu, bütün tələlərin mütləq pozulub yox olacağını tam qavramaya bilərlər, ancaq Haqqa qarşı qurulmuş hər batil tələ mütləq pozulmağa məhkumdur. Uca Rəbbimiz ayəsində bu həqiqəti belə bildirir: