İnsan vəhylə necə hərəkət edir?
Peyğəmbərlərə gələn vəhy ilə insanlara gələn vəhy arasındakı fərq nədir?
Hz. Mehdi (ə.s) vəhy alacaqmı?
Allah hər insana gözəl davranmağı və danışmağı, sağlam fikirlə mühakimə yürütməyi, doğrunu və yanlışı bir-birindən ayırd etməyi ilham edir. Bu mənəvi xüsusiyyət vicdandır.
Allahın hər insana vəhyi: vicdan
Vicdan bütün insanlarda ortaqdır. Yəni bir insanın vicdanına görə doğru olan şey eyni şərtlər daxilində başqa insanların vicdanlarına görə də doğrudur. Vicdanlar heç vaxt bir-birinə zidd olmaz. Bunun səbəbi vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. İnsan vicdanını dinlədikdə Allahın vəhyi ilə hərəkət etmiş olur. Allah hər insana vicdanı vasitəsilə Öz rizasına uyğun ən doğru davranışları bildirir.
Vicdanın Allahın ilhamı olduğu Qurani-kərimin “Şəms” surəsində belə bildirilir:
Yuxarıdakı ayələrdə Allah nəfsə günahları (günah etməyi, üsyan etməyi, fasiq olmağı, yalan danışmağı, Allaha itaətsizlik etməyi, haqdan üz çevirməyi, nizam-intizamı pozmağı, əxlaqi degenerasiyanı) və eyni zamanda bu günahlardan çəkinməyi ilham etdiyini bildirir. İnsanı pisliklərdən çəkindirən və ona doğru yolu göstərən məhz vicdanıdır.
Vicdanın ən mühüm xüsusiyyətlərindən biri isə insanın öz-özünə doğru yolu tapmasına kömək etməsidir. Heç kim göstərməsə də, vicdan insana doğru yolu göstərir. Ancaq insan vicdanını dinləməli və dediklərini tamamilə yerinə yetirməlidir. Buna görə, vicdanın səsini dinləmək din əxlaqının əsas ünsürüdür.
Hər insan şüur sahibi olduğu andan etibarən uca Allahın ona ilham etdiklərindən, yəni vicdanının söylədiklərindən məsuldur. Ətrafındakı hadisələri dərk etməyə başlayan, mühakimə qabiliyyəti qazanan hər insan artıq vicdanının səsini eşidər. Nəfsi ilə vicdanını ayırd edəcək qabiliyyətə və vicdanına tabe olacaq iradəyə sahib olar. Artıq bundan sonra qarşılaşdığı hadisələr zamanı seçdiyi yola görə məhşər günündə sorğu-sual olunacaq, vicdanına tabe olarsa, Allahın əbədi cənnətinə layiq görüləcək, nəfsinə tabe olarsa, “qapıları kilidlənmiş” əbədi cəhənnəm əzabı ilə qarşılaşacaq.
Peyğəmbərlərə gələn vəhyə görə bütün insanlar məsuldur
Rəbbimizin qullarına sonsuz lütfü kimi göndərdiyi peyğəmbərlər tarix boyu bütün xalqları Allahın varlığından, birliyindən, sonsuz güc və qüdrət sahibi olduğundan, axirət günündən və Rəbbimizin qullarından xəbərdar ediblər. Allah bu həqiqəti Quranda belə bildirir:
Allahın xüsusi seçdiyi və üstün xüsusiyyətlər bəxş etdiyi mübarək insanlar olan elçilər həmişə güclü imanları, gözəl əxlaqları, üstün xarakterləri və nümunəvi davranışları ilə ətrafın diqqətini çəkmiş, yaşadıqları qafil və azğın icmadan ayrılmışlar. Onları digər insanlardan fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də Allahdan vəhy almalarıdır. Allah “Nisa” surəsində belə buyurur:
Allahın peyğəmbərləri vasitəsilə insanlara çatdırdığı vəhyinə görə bütün insanlar böyük məsuliyyət daşıyır. Çünki Allah ayələri ilə insanlara doğru yolu göstərmiş, ibadət formalarını öyrətmiş, gözəl əxlaqı tərif etmiş və Öz dinini tam bildirmişdir. Rəbbimiz saleh əməllərin və ibadətlərin nələr olduğunu peyğəmbərlərə vəhy vasitəsilə bildirdiyini “Ənbiya” surəsində belə xəbər verir:
Hz. Mehdi (ə.s.) vəhy alar, ancaq xəbəri olmaz. Allah qəlbinə ilham edər
Axırzamanın mübarək şəxsi olan hz. Mehdi (ə.s) də vəhy alar, ancaq aldığı vəyh peyğəmbərlərə gələn vəhydən fərqlidir. Çünki peyğəmbərlər vəhy aldıqlarına “Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir elçiyəm!” (Şüəra surəsi, 107) ayəsində diqqət çəkildiyi kimi, açıq şəkildə təbliğ ediblər. Hz. Mehdi (ə.s) isə açıq-aşkar vəhy almadığı və möcüzə göstərmədiyi üçün fərqlidir. Bu, əlbəttə, hz. Mehdinin (ə.s) mənəvi məqamı baxımından uca Allahın çox böyük lütfüdür.
Hz. Mehdinin (ə.s) vəhy aldığından xəbəri olmaz. Lakin Allah bu dəyərli şəxsin qəlbinə doğrunu yanlışdan ayırd etməyi ilham edər. Hz. Mehdi (ə.s) bu vəhylə hərəkət etdiyini bilər, ancaq bunu özü düşünürmüş kimi hiss edər.
Peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin (ə.s) bu vəhylə səhv etməyəcəyini bildirir. Hz. Mehdi (ə.s) əhkamda (verdiyi hökmlərdə) məsumdur. Səhv etdikdə mütləq yenə doğruya yönələr. Çünki Allah hz. Mehdinin (ə.s) səhv etməsinə izn vermir. Bu baxımdan məsum imam xüsusiyyəti ancaq hz. Mehdiyə (ə.s) xasdır. Çünki Peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin (ə.s) doğulduğu andan etibarən bir mələyi olacağını, bu mələk vasitəsilə səhv etməsinə izn verilməyəcəyini bildirmiş və həmişə Allahın onu xüsusi qoruyacağına diqqət çəkmişdir.
Cənab Adnan Oktar 24 yanvar, 2010-cu il tarixli Kanal 35, TV Kayseri, Kanal Avrupa kanallarında yayımlanan müsahibəsində hər insanın vəhylə hərəkət etdiyini, ancaq bundan xəbəri olmadığını belə açıqlamışdır:
ADNAN OKTAR: Hz. Mehdi (ə.s) vəhy alar, ancaq xəbəri olmaz. Yəni Allah qəlbinə ilham edər. İlham vəhydir. Qəlbinə ilham ediləcək, ancaq bundan xəbəri olmayacaq, inşaAllah. Lakin bunun vəhy olduğunu bilməyəcək, özü düşündüyünü zənn edəcək. Lakin, təbii ki, bu düşüncə ona Allah tərəfindən veriləcək. Hz. Mehdinin (ə.s) əhkamda məsum olması da budur. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin (ə.s) doğulduğu andan etibarən bir mələyinin olduğunu bildirir. Onun vəhy almaması, möcüzə göstərməməsi mənəvi məqamı baxımından müsbətdir, çünki möcüzə göstərsə, vəhy alsa, bu onun üçün imtahanın savabını azaldar. Çünki möcüzə ağılın ixtiyarını əldən alar. Əksinə, hz. Mehdi çətinlik çəkəcək, təhqir olunacaq, həbs ediləcək, təzyiqlərə məruz qalacaq, insanlar və özünü müsəlman adlandıran bəzi şəxslər tərəfindən də təcrid ediləcək. Hətta mədinədəki, yəni İstanbuldakı mövhumatçı alimə qədər bir çox din adamının ona qarşı çıxıb düşmənçilik edəcəkləri hədisdə bildirilir. Bütün bunlara baxmayaraq, mübarizəsinə görə, Peyğəmbərimiz (s.ə.v): “Hz. Mehdi (ə.s) bəzi peyğəmbərlərdən daha üstündür”,- deyir. Bu, möcüzə görmədiyinə görədir, çünki peyğəmbərlər möcüzə görür, Cəbrayılı (ə.s) öz gözləri ilə görüb eşidir, vəhy alırlar. Bu, möcüzədir. Ancaq hz. Mehdi (ə.s) tamamilə möcüzə görmədən və vəhy almadan, sadəcə Allahın kainatdakı möcüzələrini görərək hərəkət edəcəkdir. Ona görə, məqamı daha üstündür. Hətta Peyğəmbərimiz (s.ə.v): “Hz. Əbubəkr (r.ə.) və hz. Ömər (r.ə.) belə ondan üstün ola bilməzlər”,- buyurur. Çünki bu iki səhabə çox mühüm şəxslərdir, ancaq hz. Mehdi (ə.s) onlardan üstündür. Hədisin ardında Peyğəmbərimiz (s.ə.v) deyir: “Hətta bir çox peyğəmbərdən daha üstündür”. Səbəbi budur. Yəni Allah ona lütf edib, inşaAllah. Eyni zamanda vəzifəsini asanlaşdırıb. Çünki peyğəmbərliyin açıq-aşkar elan edilməsi çox çətin mühit əmələ gətirir, bu baxımdan Allah onun üçün asanlıq yaradıb, Mehdi olduğu gizlədilib. Hz. Mehdi (ə.s.) Mehdi olduğunu iddia etməyəcək. Ona görə də gizlənmiş olacaq və bu, daha rahat fəaliyyət göstərməsini təmin edəcək. Peyğəmbərliyin də bu çətinliyi var, çox qarşı çıxanlar olur. Ancaq mehdilik gizli olmasına baxmayaraq, yenə də hz. Mehdiyə (ə.s) insanlar təzyiq göstərəcəklər. İnsanların böyük əksəriyyəti hz. Mehdiyə (ə.s) qarşı çıxacaq. Hətta müsəlmanların da bir çoxu ona qarşı olacaq. Bütün bunlara baxmayaraq, elmi fəaliyyətlərlə İslam əxlaqını dünyaya hakim edəcək. İlk dəfə bütün dünyada bu qədər böyük hakimiyyət qurulacaq. Hz. Adəmdən (ə.s) etibarən nə hz. Süleymanın (ə.s), nə də hz. Zülqərneynin (ə.s) dövründə belə bir hadisə baş verməmişdir. İlk dəfə bu qədər böyük hakimiyyət qurulur, bu isə ilk və son olacaq. Ondan başqa hakimiyyət olmayacaq. Allah bir lütf olaraq hz. İsanı (ə.s) ona vəzir kimi göndərir. Bu da çox böyük hadisədir. Hz. İsa (ə.s) ülul-əzm peyğəmbərdir. Həm xristian aləminin, həm də müsəlmanların qəbul etdiyi peyğəmbər olan hz. İsa (ə.s) hz. Mehdinin (ə.s) vəziri olacaq və onun vasitəsilə, inşaAllah, birlikdə İslamı bütün dünyaya hakim edəcəklər.