Bədiüzzaman həzrətləri axır zamanda yaşayacaq iman və ağıl baxımından zəif, eqoist olan din xadimlərini bu cür təqdim edir
ucgen

Bədiüzzaman həzrətləri axır zamanda yaşayacaq iman və ağıl baxımından zəif, eqoist olan din xadimlərini bu cür təqdim edir

2048

 

1-) "Qiyamət əlamətlərindən, axır zaman hadisələrindən həmçinin bəzi əməllərin fəzilət və savablarından bəhs edən hədisi şəriflər tam aydın olmadığı üçün ağlına güvənən bir qisim elm əhli onların çoxunu zəif və ya mövzu (hədis) kimi qiymətləndiriblər. ZƏİF VƏ EQOİST BİR QİSİM DƏ (ağılını bəyənən, özünü böyük, qüsursuz, üstün görən və öz nəfsini bütləşdirən insanlar da (Allahı tənzih edirik)) hətta  bunları inkar etmişdirlər." (Sözlər, səh. 355)

2-).... rəvayət edilən səhih hədisləri, "Həzrəti İsa Əleyhissalamın gələcəyini və islam şəriətinə əməl edəcəyini, Dəccalı öldürəcəyini (mənəvi cəhətdən yox edəcəyini)" imanı zəif olanlar dərk etmirlər. Onun həqiqəti izah edilsə, heç bir şübhə yeri qalmaz. (On beşinci məktub, səh. 59)

3-) Bir şey də əlavə edək, ən təhlükəli olan odur ki, içinizdə və dostlarınızda bu kasıb qardaşlarına qarşı qısqanclıq hissi duyanlar da var. Sizlərdən mühüm elm əhli olanlar da var. Elm əhlinin bir qismində elmə qarşı bir eqoistlik olar. Özləri təvazökar olsalar da o cəhətdən eqoistdirlər və bu xüsusiyyətlərindən tez əl çəkməzlər. Ürəyinə, ağlına nə qədər yatsa da, nəfsi o elmdən eqoistcəsinə, xüsusi, qeyri-adi bir şərt umar, hətta yazılan risalələrə qarşı sözlə qarşılıqlı mübarizə tələb edər. Ürəyi risalələri sevdiyi, ağlının bəyəndiyi və üstün gördüyü halda, nəfsinə, qısqanclığına görə gizli bir ədavət, düşmənçilik bəsləyər. Öz fikri üstün gələnə qədər, qəbul edilənə qədər sözlərin mahiyyətini itirməsini arzu edər (İyirmi doqquzuncu məktub, səh. 413)

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo