Mərmərə universitetinin ilahiyyat fakültəsindən məzun olan gürcü Aziz Mikelatze müqəddəs Kitabımız Qurani-kərimi gürcü dilinə tərcümə edib. Gürcüstanda bundan əvvəl iki dəfə Quranın gürcü dilinə tərcümə edildiyini xatırladan Mikeladze hər iki tərcümənin xristianlar tərəfindən edildiyini və tərcümələrdə ciddi səhvlər olduğunu bildirib. Yeni tərcümə isə daha təkmil formadadır.