Adnan Oktarın 25 aprel 2011 A9 Tv Və Kahramanmaraş Aksu Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Fussilət surəsi, Rəhman Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. "Ha, Mim. (Bu Quran,) Rəhman və Rəhimdən endirilmişdir. Bilən bir qövm üçün, ayələri (müxtəlif formalarda, bir-bir) "fəsillər halında açıqlanmış" ərəbcə Quran (və ya oxunan) kitabdır;" deyir Allah. "Fəsillər halında da açıqlanmışdır" deyir Allah. "Bir müjdə verici və bir xəbərdar edici olaraq. Amma çoxu üz çevirdi. Artıq onlar dinləməzlər." "Bir müjdə verici və xəbərdar edici olaraq" deyir Allah. "Dedilər ki: "Bizi özünə çağırdığın şeyə qarşı ürəklərimiz bir örtü içindədir, qulaqlarımızda bir ağırlıq, bizimlə sənin aranda bir pərdə vardır." Bu, dəccalın cadusudur. Dəccal, insanlara cadu edir, qulaqlarına bir ağırlıq gəlir, gözlərinə bir pərdə gəlir və insanlar haqqı, həqiqəti görə bilmirlər. Dəccalın meydana gətirdiyi bir dəyişiklikdir, təəccüblü bir şeydir, onsuzda küfr də bunu açıqca ifadə edir, bəyan edirlər. 15-ci ayə "Ad (qövmün)ə gəlincə;" ABŞ-a işarə edir; "Ad", ortasına B qoysaq, tamam, ABŞ olur, inşaAllah. "Ad (qövmün)ə gəlincə; onlar yer üzündə haqsız yerə təkəbbürləndilər və dedilər ki: "Qüvvət baxımından bizdən daha üstünü kimmiş?" "Dünyadakı hərbi güc, ən böyük dövlət bizik" deyirlər. "Onlar, həqiqətən, özlərini yaradan Allahı görmədilərmi? O, qüvvət baxımından özlərindən daha üstündür. Halbuki onlar, Bizim ayələrimizi (bilərək) inkar edirdilər. Beləcə, Biz də onlara dünya həyatında alçaldılma əzabını daddırmaq üçün, o uğursuz (fəlakət yüklü) günlərdə üzərlərinə "qulaqları partladan bir qasırğa" göndərdik." Ard-arda Amerikada böyük qasırğalar olur. "Axirət əzabı isə daha (böyük) bir alçaldılmadır. Və onlara kömək edilməyəcək. 17-ci ayə "Səmuda gəlincə;" O da, bənzərlik olaraq Sovetlərə işarə ola bilər. "Səmuda gəlincə; Biz onlara doğru yolu göstərdik, lakin onlar korluğu hidayətə seçdilər." Korluq nədir; dəccaliyyətdir. Dəccalın gözü kordurmu? Kordur, bunlar da kordurlar. "Hidayətə seçdilər." Hidayət mehdiyyətdir. Mehdiyyətə seçdilər. "Beləcə, qazandıqları şeylər üzündən onları alçaldıcı əzabın ildırımı vurdu." Alman ordularına; ildırım orduları deyilirdi, Rusiyanı məhv etdilər, pərişan etdilər və böyük bir bəla olaraq, üstlərinə axdılar. Onlara o bəlanı verən də Allah idi. Baxın; "onları alçaldıcı əzabın ildırımı vurdu" deyir Allah. Alman ordularının adı; ildırım orduları idi. "İman edənləri və çəkinənləri isə qurtardıq." Türkiyə o zamanlar, ll Dünya müharibəsinə girmədi. "Allahın düşmənlərinin bir araya gətirilib-toplanacaqları gün onlar, atəşə dəstə halında girərlər. Sonunda oraya gəldikləri zaman, eşitmə, görmə (duyğuları) və dəriləri öz əleyhlərinə şahidlik edəcək" deyir Allah. Yəni "mən etmədim, mən söyləmədim, yox.