"İnsanlara elə bir zaman gələcək ki, avam xalq Quran oxuyacaq, ibadət edəcək, (lakin) bidət əhlinin işləri ilə məşğul olacaqlar, hiss etmədikləri yerdən şirkə sapacaqlar. SÖZ VƏ ELMLƏRİ VASİTƏSİYLƏ RUZİ ƏLDƏ EDƏCƏKLƏR, DİNDƏN İSTİFADƏ EDƏRƏK MƏNFƏƏT ƏLDƏ EDƏCƏKLƏR. MƏHZ BİR GÖZÜ KOR DƏCCALIN AVAMLARI BUNLARDIR." (Ramuz-ul Ehadis, Hədis Nömrə: 6255) |
Peyğəmbərimiz (s.ə.v.) bu hədisi şərifində axır zamanda bir sıra insanların dinə xurafat və bidət qatan bəzi şəxslərə tabe olacaqlarından bəhs edir. Bu dövrdə bəzi saxtakar din ailmləri çıxıb İslam dinini insanlara elə səhv təbliğ edəcəklər ki, bir çox adam bu izah edilənləri dində var zənn edəcəklər. Bu səbəblə də şirkə sapdıqlarını, dinin əslindən uzaqlaşdıqlarını hiss etməyəcəklər.
Bu saxta din alimlərinin bir xüsusiyyəti də dindən istifadə edərək qazanc təmin etmələridir. Yəni bir Müsəlman olaraq dinə xidmət etmədikləri üçün heç bir ödəniş tələb etməməli olduqları halda (Ənam Surəsi, 90) bu əxlaqa uyğun davranmayacaqlar. Peyğəmbərimiz (s.ə.v.) bu zehniyyətdə olan insanların axır zamanda din əxlaqına qarşı çıxan dəccaliyyət sisteminin xidmətində olacaqlarını da xəbər vermişdir. Bilindiyi kimi Peyğəmbərimiz (s.ə.v.) digər bir hədisində də axır zamanda bəzi "alim"lərin dəccaliyyətin əmrinə girəcəyini bildirmişdir:
"ÜMMƏTİMDƏN BAŞI SARIQLI YETMİŞ MİN ALİM ŞƏXS DƏCCALA TABE OLACAQ." (İmam Əhməd Bin Hənbəl, Müsnəd, səh. 796) |
Bu hədislər Hz. Mehdi (ə.s.)-ın zühur edəcəyi dövr olan Hicri təqvimlə 1400-cü illərdə gizli-gizli Müsəlmanların şövqünü qırmağa çalışaraq, dində olmayan xurafat və bidətləri dində varmış kimi göstərərək və fitnə çıxararaq dəccaliyyət sistemini dəstəkləyən, Quran əxlaqından uzaq, dini öz mənfəətləri üçün istifadə etmə məqsədi daşıyan, İslam əxlaqının hakim olmasını istəməyən pis niyyətli "din adam"larının varlığını açıq şəkildə xəbər verir.