Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.
1.Elçilərini hidayət edən və haqq din üçün göndərən odur.
Uca Rəbbimizin göndərdiyi bütün elçilər insanlara Allahın dinini təbliğ etmiş və onları Bir və Vahid olan Allaha iman etməyə dəvət etmişlər. Hz. İbrahimdən sonra gələn oğulları, nəvələri və onun soyundan olan digər saleh möminlər, Allahın Hz. İbrahimə vəhy etdiyi haqq dinə tabe olmuşdu. Bu gerçək Quran ayələrində belə bildirilir:
Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada (elçi) seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır. Rəbbi ona: "Təslim ol!"– dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!"– demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: "Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!" Yoxsa siz Yaquba ölüm gəldikdə (onun) yanında idiniz? O zaman o, öz oğullarına dedi: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" Onlar dedilər: "Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!" (Bəqərə Surəsi, 130-133)
2. (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə ...
İslam əxlaqının hakimiyyəti Allahin vədidir. Şübhə yoxdur ki, Rəbbimiz bu vədini mütləq yerinə yetirəcəkdir. Yer üzünə hakim olacağı bildirilən din əxlaqı, Rəbbimizin Qatında haqq din olacaqdır. Bu dinin Hz.İbrahimin hənif dini, yəni islam dini oldugu sonuncu kitab olan Quranda belə bildirilmişdir.
"Həqiqətən, Allah dərgahında din, İslamdır!" (Ali-İmran Surəsi, 19)
Allah bir çox Quran ayəsində, Hz.Süleyman (ə.s.) və Hz. Zülqərneyn (ə.s)-ın dünya miqyasındakı hakimiyyətindən sonra gələn başqa bir hakimiyyət olacağını bizə xəbər verir. Bu zamana qədər müsəlmanlar dünya səviyəsində "güc və iqtidar sahibi” olmayıb. Böyük Osmanlı imperiyası kimi imperiyaların hakimiyyəti çox geniş sahələrə yayılmağına baxmayaraq dünya səviyəsində olmayıb. Bir sözlə, ayələrdə bildirilən bu hakimiyyət hələ həyata keçməyibdir.
Ancaq Peyğəmbərimiz (s.ə.v.) axır zaman və Hz.Mehdi (ə.s.) ilə baglı hədislərində Hz.Mehdi (ə.s.) dövründə dünya səviyyəsində hakimiyyətin olacağını bizə müjdə vermişdir. Allah yolundan azan insanları doğru yola yönəltmək üçün öz adının təcəllisini daşıyan "Mehdi", yəni "doğruya aparan" üstün əxlaqlı qulunu vəsilə edəcəkdir. Hz.Mehdi hər şeydən əvvəl Allahı qəbul etməyən, dinsiz fəlsəfi sistemləri kökündən sarsıdacaqdir. Digər tərəfdən, İslamı Quranda və Peyğəmbərimizin (s.ə.v.) sünnətində olduğu kimi bərpa edəcək. İslamiyyəti bütün bidətlərdən, xürafatdan təmizləyərək həqiqi Quran əxlaqının yaşanmasına səbəb olacaqdır. Axır zamanın ilk dövrlərində cəmiyyət daxilində olan bütün qarışıqlıqlar, ictimai problemlərə, ictimai çətinliklərə çıxış yolu tapacaq, bütün yer üzünə sülh, ədalət, təhlükəsizlik, dinclik, xoşbəxtlik və gözəl əxlaqın hakim olmasına vəsilə olacaq. Bu dövrdə Hz.Mehdi (ə.s.) bir çox yəhudinin İslam dininə gəlməsinə vəsilə olacaq, Hz.İsa (ə.s) isə ikinci dəfə dünyaya gəlişi ilə bütün xristiyanların islam dinini qəbul etmələrinə vəsilə olacaq. Bu dövrdə ayədə də bildirildiyi kimi İslam "bütün dinlərdən üstün" hala gələcək və İslam bütün yer üzünə hakim olacaqdır. Peyğəmbərimiz (səv) hədislərində, insanlarn dünyada və axirətdə qurtuluşlarəna vəsilə olacaq çox qiymətli bir insana - Hz.Mehdiyə tabe olacaqlarını xəbər vermiş və onun vaxtında yaşanacaq bütün xeyirlərə işarə etmişdir:
O (Mehdi) yer üzünə sahib olar və ondan əvvəl təzyiq və zülmlə dolu olan yer üzünü ədalətlə idarə edər. Sizdən ona kim çatarsa, qar üzərində sürünərək belə olsa ona doğru getsin, ona qoşulsun. Çünki o, Mehdidir. (Axir zaman əlamətləri, Cəlalləddin Suyuti, s.14)
3. Müşriklərin xoşuna gəlməsə də...
Ayənin həmçinin, bildirildiyi kimi "müşriklərin xoşuna gəlməsə də" ifadəsində Rəbbimiz bu hakimiyyətin materiyalist, darvinist, ateist və masonlar kimi müşriklər tərəfindən də istənilməyəcəyini bildirmişdir. Rahatlıqlarının dağılmasını istəməyən bu insanlar İslam əxlaqının hakim olmasına səy göstərən müsəlmanları dəstəkləməyəcək, hətta bütün imakanlarını səfəfərbər edib onlara qarşı çıxmağa çalışacaqlar.
Unutmamaq lazımdır ki, İslam əxaqının yer üzünə hakim olması Quranda bildirildiyi kimi Allahın vədidir və şübhəsiz ki, Allah vədinə sadiqdir. Bu, Allahın icazəsi və "ol" deməsi ilə həyata keçəcək olan sözdür. Hz.Mehdi (ə.s.) da Peyğəmbərimizin (səv) vəd etdiyi bütün xidmətləri yerinə yetirəcək və Allahın izniylə Quran əxlaqını bütün dünyaya hakim edəcəkdir. Bolluğu və bərəkətiylə, insanlara çatdıracağı hər cür komfortu və rahat şəraitiylə hər bir Müsəlmanın çatmaq istəyəcəyi bir dövr, iman edən insanlar üçün dünya həyatında çox üstün bir mükafat olacaq. Bu gözəl dövrlə müjdələnilmək, şübhəsiz ki, bütün Müsəlmanlar üçün böyük şərəfdir.