Muhyiddin Ərəbi əl-Əndəlüsi Futuhatul-ül Mekkiye adlı əsərində belə yazır:
Hz. Mehdi (ə.s.) dini Peyğəmbərimizin (s.ə.v.) dövründə olduğu kimi tətbiq edəcək. Məzhəbləri aradan qaldıracaq. Xalis və həqiqi dindən başqa məzhəb qalmayacaq. Onun (Hz. Mehdinin (ə.s.)) düşmənləri ictihad alimlərini təqlid edənlər olacaq. Çünki onlar hz. Mehdinin (ə.s.) məzhəb imamlarının əksinə hökm verdiyini görəndə bunu bəyənməyəcəklər, amma buna qarşı da çıxa bilməyəcəklər. Onun (Hz. Mehdinin (ə.s.)) qılıncı qardaşlarıdır. Qılıncından qorxduqları üçün istər-istəməz hakimiyyətinə boyun əyəcəklər. Onun (Hz. Mehdinin (ə.s.)) açıq düşmənləri fiqh alimləri olacaq. Çünki cəmiyyətdə imtiyazları qalmayacaq. Hətta əhkam xüsusunda elmləri azalacaq. Bu imamın (Hz. Mehdi (ə.s.)) gəlişi ilə alimlərin hökmlərindəki anlaşmazlıqlar da aradan qalxacaq. Əgər əlində qılınc (elm) olmasaydı, fiqh alimləri onun (Hz. Mehdinin (ə.s.)) ölümünə fitva verərdilər. Lakin Allah-Təala onu (Hz. Mehdini (ə.s.)) kərəmi ilə, qılınc (qardaşları) ilə təmizləyəcək, onlar ona (Hz. Mehdiyə (ə.s.)) itaət edəcəklər. Çünki cəmiyyətdə imtiyazları qalmayacaq, hətta ehkam barəsində elmləri də azalacaq. Mehdinin gəlişi ilə alimlərin hökmlərindəki ixtilaflar da aradan qalxacaq. Ondan (Hz. Mehdidən (ə.s.)) həm qorxacaqlar, həm də bir şey umacaqlar. Qəlbən ondan (Hz. Mehdidən (ə.s.)) nifrət edəcəklər. Amma buna baxmayaraq, istər-istəməz hökmünü qəbul edəcəklər.
(Medineli Allâme Muhammed b. Resul el-Hüseynî el-Berzencî, Qiyamət Əlamətləri, s. 187, Pamuk Nəşrləri)
Ümmətimdən başı sarıqlı yetmiş min alim dəccala tabe olacaq.
(İmam Ahmed bin Hanbel, Müsned, s. 796)
Bir qisim zahiri din alimləri ( hədislərin məcazi mənalarına görə hökm verən alimlər) o rəvayət və hədislərin zahirinə baxıb şübhəyə düşüb və ya doğruluğunu inkar edib, xürafatvari bir məna qazandırıb, ağlın ixtiyarını qaldıracaq xüsusiyyətlərə malik bir şəxsi gözlədiklərini dedikləri üçün avam müsəlmanlara zərər verirlər.
(Bediüzzaman Said Nursi, Kastamonu Lahikası, s. 80)
Hz. Mehdi (ə.s.) zühur edəndə fiqh alimləri ona düşmənçilik edəcəklər. Onun (Hz. Mehdinin (ə.s.)) qılıncı onun qardaşlarıdır. Əlində qılıncı olmasaydı, yəni qardaşları olmasaydı, fiqh alimləri onun qətlinə fərman verərdilər. Lakin Allah onu (Hz. Mehdi (ə.s.)) kərəmi ilə və qılıncı ilə (qardaşları ilə) təmizləyib pak edəcək, onlar ona (Hz. Mehdi (ə.s.)) etimad edəcəklər.
(Ramiq el-Hadis, səh. 56, 73)
Onun (Hz. Mehdi (ə.s.)) dövründə din bidətlərdən təmizlənəcək və əslinə qayıdacaq. Verəcəyi bir çox hökmlər din alimlərinin hökmlərinə müxalif çıxacaq. Buna görə də Hz. Mehdiyə (ə.s.) yaxınlaşmayacaqlar. Çünki zənlərinə görə, həqiqətən Allah imamlarından sonra bir müctəhid buraxmadığını qəbul edəcəklər...
(Muhyiddin Arabi, "Futuhat-El Mekkiye", 66. bab, c. 3, s. 327- 328)
İmam Rəbbani bu mövzuda belə demişdir:
Zühuru vəd edilən Mehdi dinin dəyərini artırmaq və sünnəti yenidən canlandırmaq istədikdə bidət əhli heyrətlə belə deyəcək: Bu insan (Hz. Mehdi (ə.s.)) dinimizi aradan qaldırmaq və şəriətimizi məhv etmək istəyir.
(Mektubat-i Rabbani, 1/535)