"Fiziki mənada insanın təkamülü haqqındakı hər hansı nəzəriyyə, güclü çənələri və iri kəsici dişləri olan və bizdən dörd qat sürətlə qaçan meymuna bənzər varlığın yavaş- yavaş iki ayaqlı heyvana necə çevrildiyini izah etməlidir. Bu güclərə ağlı, danışmağı və əxlaqı əlavə edin, bunların hamısı təkamül nəzəriyyəsinə qarşı çıxmaqdadır." Təkamülçü alim Roger Lewin (John Peet, The True History Mankind)
Mediada və akademik qaynaqlarda davamlı olaraq təlqin edilən "meymun -insan" imicini dəstəkləyəcək heç bir konkret qalıq dəlili yoxdur. Təkamülçülər əllərinə fırça götürüb xəyali varlıqlar çəkirlər, amma bu canlıların qalıqlarının olmaması onlar üçün böyük problemdir. Bu problemi "həll etmək" üçün istifadə etdikləri maraqlı üsullardan biri isə tapa bilmədikləri qalıqları "düzəltmək" olmuşdur. Elm tarixinin ən böyük skandalı olan Piltdown Adamı bu üsulun bir nümunəsidir.
Piltdown Adamı: İnsan Kəlləsinə Oranqutan Çənəsi!
Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Charles Dawson 1912-ci ildə İngiltərədə Piltdown yaxınlarındakı çuxurda çənə sümüyü və kəllə parçası tapdığını iddia etdi. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkılara bənzəyirdi. Bu nümunələrə "Piltdown Adamı" adı verildi, 500 min il yaşı olduğu deyildi və müxtəlif muzeylərdə insan təkamülünə qəti dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bu qalıq haqqında elmi məqalələr yazıldı, müxtəlif fikirlər söyləndi və şəkillər çəkildi. Dünyanın fərqli universitetlərindən 500-dən çox alim Piltdown Adamı üzərinə doktorluq müdafiəsi hazırladı. Məşhur Amerikalı paleoantropoloq H. F. Osborn da 1935-ci ildə British Museumu ziyarət edəndə demişdi : "təbiət sürprizlərlə doludur; bu, insanlıq tarixindən əvvəlki dövrlər haqqında əhəmiyyətli faktdır " (Stephen Jay Gould, "Smith Woodward's Folly", New Scientist, 5 Aprel 1979, s. 44.)
1949-cu ildə isə British Museumin paleontologiyafakültəsindənKenneth Oakley yaş təyin etmə metodu olan "flor testi" metodunu köhnə bəzi qalıqlar üzərində sınamaq istəyir. Bu metod Piltdown Adamı qalığı üzərində də sınaqdan keçirilir. Nəticə çox təəccüblü olur. Edilən testdə Piltdown Adamının çənə sümüyündə flor olmadığı aydın oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Az miqdarda flor ehtiva edən kəllənin isə yalnız bir neçə min il yaşı olmalıydı. Flor metoduna əsaslanan sonrakı xronoloji araşdırmalar kəllənin yalnız bir neçə min illik olduğunu ortaya çıxardı. Çənə sümüyündəki dişlərin isə süni olaraq aşındırıldığı, qalıqların yanında olan primitiv əlavələrinisə polad alətlərlə yonulmuş adicə təqlid olduğu aydın oldu. Weinerin etdiyi analizlərlə bu saxtakarlıq 1953-cü ildə qəti olaraq ortaya çıxarıldı. Kəllə 500 il yaşında bir insana, çənə sümüyü də yeni ölmüş bir oranqutana aid idi! Dişlərin insana aid olduğu təəssüratını vermək üçün sonradan xüsusi olaraq əlavə olunmuş və oynaq yerləri də törpülənmişdi. Daha sonra da bütün hissələr köhnə görünmələri üçün kalium-dikromat ilə ləkələnildirilmişdi. Bu ləkələr sümüklər turşuya batırıldığında itirdi. Saxtakarlığı ortaya çıxaran qrupdan Le Gros Clark "dişlər üzərində köhnəlmə təəssüratını vermək üçün süni olaraq oynanıldığı o qədər bilinir ki, necə olub bu izlər diqqətdən qaçıb?" deyərək təəccübünü gizlədə bilmirdi.( Stephen Jay Gould, "Smith Woodward's Folly", New Scientist, 5 Aprel 1979, s. 44) Bütün bunlardan sonra "Piltdown Adamı" 40 ildən çox nümayiş etdirildiyi British Museumdan tələm-tələsik çıxarıldı.
Nebraska Adamı: Bir Donuz Dişi
1922-ci ildə Amerika Təbiət Tarix Muzeyinin müdiri Henry Fairfield Osborn Qərbi Nebraskadakı İlan Dərəsi yaxınlığında Plieocen Dövrünə aid azı dişi qalığı tapdığını bildirdi. Bu diş iddiaya görə insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən mövzuyla əlaqədar olaraq elmi müzakirələr başladı. Bəziləri bu dişi Pithecanthropus erectus olaraqşərh edir, bəziləri isə bunun insana daha yaxın olduğunu söylədilər. Böyük müzakirələrə səbəb olan bu qalığa "Nebraska Adamı" adı verildi. "Elmi" adı da dərhal müəyyən edildi: "Hesperopithecus haroldcooki".
Bir çox nüfuzOsbornu dəstəklədi. Bu tək dişə əsaslanaraq Nebraska Adamının kəllə və bədəninin şəkilləri çəkildi. Hətta daha da irəli gedilərək Nebraska adamının həyat yoldaşının və uşaqlarının təbii mühitdə ailəvi şəkilləri nəşr olundu.
Bütün bu ssenarilər tək bir dişdən qaynaqlanmışdı. Təkamülçülər bu "xəyali insanı" o qədər mənimsədilər ki, William Bryan adlı bir tədqiqatçı tək bir azı dişinə əsaslanaraq bu qədər qəti hökmlə qərar verilməsinə qarşı çıxandabu böyük hay-küyə səbəb oldu.
Ancaq 1927-ci ildə skeletin o biri hissələri də tapıldı. Tapılan yeni hissələrə görə bu diş nə meymuna, nə də insana aid idi. Dişin "prosthennops" adlı yabanı amerika donuzunun soyu tükənmiş bir cinsinə aid olduğu aydın oldu. Science jurnalında William Gregorynin bu yanılmanı bildirdiyi məqaləsinin başlığı belə idi : "Belə görünür ki, Hesperopithecus nə meymundur, nə də insan”
Nəticədə Hesperopithecus haroldcookinin və "ailəsi"nin bütün şəkilləri tələm-tələsik ədəbiyyatdan çıxarıldı.
Ota Benga: Qəfəsə Qoyulan Afrikalı Yerli
Darvin İnsanın Törəməsi adlı kitabı ilə insanın meymun bənzəri canlılardan təkamülləşdiyini iddia etdikdən sonra bu ssenarini dəstəkləyəcək qalıq axtarışına başladı. Ancaq bəzi təkamülçülər "yarı meymun-yarı insan" canlıların yalnız qalıqlarda deyil, dünyanın fərqli bölgələrində canlı olaraq tapıla biləcəyinə inanırdılar. 20-ci əsrin əvvəllərində bu "canlı aralıq-keçid forması" axtarışları bəzi vəhşiliklərə səbəb oldu. Bu vəhşiliklərdən biri Ota Benga adlı piqmenin hekayəsi idi.
Ota Benga 1904-cü ildə Samuel Verner adlı təkamülçü tədqiqatçı tərəfindən Konqoda tutulmuşdu. Adı öz dilində "dost" mənasını verən yerli evli və iki uşaq atası idi. Amma heyvan kimi zəncirlənib qəfəsə qoyuldu və ABŞ-a aparıldı. Buradakı təkamülçü alimlər, St. Luis Dünya Sərgisində onu müxtəlif meymun növləri ilə birlikdə qəfəsə qoyaraq "insana ən yaxın aralıq-keçid forması" olaraq nümayiş etdirdilər. İki il sonra isə New Yorkdakı Bronx Zooparkına apardılar və bir neçə şimpanze, Dinah adı verilən qorilla və Dohung adı verilən oranqutan ilə birlikdə "insanın qədim ataları" adı altında nümayiş etdirdilər. Zooparkın təkamülçü müdiri Dr. William T. Hornaday bu nadir "aralıq-keçid forması"na sahib olmağın ona verdiyi qürur haqqında uzun-uzun danışmış, ziyarətçilər də qəfəsə qoyulan Ota Bengaya heyvan kimi münasibət göstərmişdilər . Ota Benga məruz qaldığı münasibətə dözə bilməyərək intihar etmişdir. (Philips Verner Bradford, Harvey Blume, Ota Benga: The Pygmy en The Zoo, New York: Delta Books, 1992)
Piltdown Adamı, Nebraska Adamı yaxud Ota Benga... Bütün bu skandallar təkamülçü alimlərin öz nəzəriyyələrini isbat etmək üçün hər cür elmdən kənar üsula baş vurmaqdan çəkinmədiklərini göstərir. Şüurlu olaraq "insanın təkamülü" əfsanəsinin digər “dəlillərinə” baxdığımızda yenə də bənzəri vəziyyətlə qarşılaşarıq: Ortada tamamilə absurd olan hekayə və bu hekayəni dəstəkləmək üçün hər yola müraciət edə biləcək könüllülər ordusu vardır.