Darvinizm, gerçək elmi təməllərə və gerçək elmi dəlillərə dayanmadığı üçün, uydurma dəlillər təqdim edərək tərəfdar toplamağa çalışar. Bunun üçün isə darvinistlərin əlində fərziyyə edəcəkləri vəsaitlərin olması kifayətdir. Darvinistlər, üzərində fərziyyə edə biləcəkləri soyu tükənmiş canlı fosillərini götürər, şəkildən şəkilə salar və bunlardan ideologiyalarına vəsait olaraq istifadə edərlər. İllər boyunca soyu tükənmiş olduğu üçün dənizdən quruya xəyali keçidin ən məşhur nümunəsi olaraq tanıdılmağa çalışılan, lakin canlı nümunəsi günümüzün dənizlərində olan Coelacanth, bu saxtakarlığı əks etdirən ən əhəmiyyətli dəlildir. Darvinistlər eyni taktikadan digər canlılar və insan üçün də istifadə etməyə çalışarlar. Əldə etdikləri bütün fosilləri görünüşünə görə kateqoriyalara ayırar və öz ağıllarına görə istədiklərinə “aralıq forma” yaraşdırması edərlər. Halbuki, aralıq forma dedikləri fosillərin hamısı, eynilə Coelacanth kimi, mükəmməl və qüsursuz canlılara aiddir.
Necə ki, aralıq-keçid forması olaraq irəli sürülməyə çalışılan bütün fosillərin etibarsızlığı isbat edilmiş, bunların soyu tükənmiş kompleks canlılara aid olduğu elmi olaraq sübut edilmişdir. Mövzu insanın xəyali təkamülü mövzusuna gəldiyində isə, fərziyyə vəsaitləri ümumiyyətlə, soyu tükənmiş meymunlar və ya keçmişdə yaşamış bəzi insan qövmləridir. İndiyə qədər qarşıya qoyulmuş bütün aralıq forma iddiaları, bu fərziyyə üsuluna əsaslanır. Məsələn, darvinistlərin insanın xəyali təkamülünə nümunə olaraq təqdim etməyə çalışdıqları saysız kəllənin, soyu tükənmiş meymun və ya insan irqlərinə aid olduğu qəti və elmi olaraq isbat edilmiş və bəhsi keçən kəllələr elmi ədəbiyyatdan çıxarılmışdır:
- 1891-ci ildə tapılan və Pitekantrop olaraq adlandırılan fosil ilə 1923-cü ildə olan və Sinantrop olaraq adlandırılan fosilin 1939-cu ildə saxta aralıq-keçid forması olduğu aydın olmuşdur.
- 1922-ci ildə bir aralıq forma olduğu iddiasıyla ən böyük dəlil olaraq təqdim edilən və Nebraska adamı olaraq adlandırılan tək bir diş fosilinin 1927-ci ildə çöl donuzuna aid olduğu aydın olmuşdur.
- 1959-cu ildə tapılan və Zinjanthropus olaraq adlandırılan fosilin sıradan bir meymun olduğu aydın olmuş və fosil 1970-ci ildə ədəbiyyatdan çıxarılmışdır.
- 1930-cu illərdə tapılan və 50 il boyunca aralıq forma olaraq sərgilənən Ramapithecus, 1981-ci ildə sıradan bir pavianlar cinsi olduğunun başa düşülməsiylə ləğv edilmişdir.
- 1974-cü ildə Afrikada tapılan Lusinin 1999-2000 illərindəki fəaliyyətlər nəticəsində etibarsızlığı aydın olmuş və bu fosil elmi ədəbiyyatdan çıxarılmışdır.
- 1924-cü ildə olan və Taung uşağı olaraq adlandırılan kəllə fosilinin gənc bir qorillaya aid olduğunun başa düşülməsiylə, bu fosil də 1954-cü ildə ləğv edilmişdir.
- 1984-cü ildə tapılan və Homo Erektus növünə aid olaraq göstərilməyə çalışılan Turkana Uşağı fosilinin, əslində 12 yaşında bir uşağa aid olduğu və böyüdüyü zaman təxminən 1.83 m boyunda olacağı müəyyən olunmuşdur. Fosilin dik skelet quruluşu günümüz insanından fərqsizdir. Fosil haqqındakı bütün fərziyyələrin saxta olduğu aydın olmuşdur.
Reading universitetinin geologiya hissəsindən təkamülçü L. B. Halsted, “Nature” jurnalında etdiyi şərhdə, bu günə qədər guya insanın təkamülünə dəlil kimi göstərilməyə çalışılan fosillərin heç bir şəkildə insanın təkamülünə dəlil olmadığını və bu istiqamətdə darvinistlərin əlində heç bir tapıntı olmadığını bu sözlərlə etiraf etmişdir:
Bu vəziyyət cəmiyyətə ilk dəfə olaraq bu gerçəyi göstərər: insanın birbaşa atası olan gerçək fosil yoxdur. ... Ki, bu yaradılışa inananların illərdir müdafiə etdiyi şeydir.
Bioloq Layl Vatson, darvinistlərin əlində insanın saxta təkamülünü sübut edə biləcək tək bir fosil dəlili belə olmadığını bu sözlərlə ifadə edir:
Günümüzün meymunları məsələn, heç yoxdan var olmuş kimidirlər. Dünənləri, fosil qeydləri yoxdur. Və dik gəzən, tüksüz, alət düzəldə bilən və iri beyinli varlıqlar olaraq günümüzün insanlarının da gerçək mənşəyi, əgər özümüzə qarşı dürüst olsaq, eyni şəkildə sirli məsələdir.
Hər nə qədər Layl Vatson gerçəkləri açıqca ifadə etməkdən çəkinərək insanın mənşəyini özüncə “sirli məsələ” olaraq xarakterizə etsə də, insanın mənşəyi çox açıqdır: bütün canlılar kimi insanı da Allah yaratmışdır və bütün konkret elmi tapıntılar da bu gerçəyi təsdiq edir. Bütün bunlarla yanaşı darvinistlər, ortaya çıxan yeni fosillər qarşısında davamlı olaraq zamanlama problemi ilə qarşı-qarşıya qalırlar.
Saxta təkamül üçün biçdikləri tarixləri davamlı olaraq “geriyə çəkir”, fosillərin təkamülü rədd etdiyini gördükcə davamlı iddialarını dəyişdirmək məcburiyyətində qalırlar. Məsələn, yer laylarında olan 200 milyon illik insan ayaq izlərinin yanında, Təbaşir (144 - 65 milyon il) dövrünə aid laylarda tapılmış olan insan sümükləri, insanın 100 milyonlarla illik keçmişi olduğunu göstərir. 64 Bu tarixlər, günümüzün insanı üçün təkamülçülər tərəfindən təyin olunmuş yalnız 50.000 illik zaman diqqətə alındığında şübhəsiz, olduqca böyük fərqə işarə edir. 2007-ci ilin avqust ayında açıqlanan yeni fosillər isə, darvinistlər tərəfindən Homo Erektus və Homo Habilis olaraq təyin olunan canlıların yan-yana eyni dövrdə yaşamış olduqlarını göstərmişdir. Zamanlama problemi, insanın xəyali təkamülü mövzusunda darvinistləri çıxılmaz vəziyyətdə buraxan əhəmiyyətli faktorlardan biridir.
Bütün bu gerçəklərə baxmayaraq darvinistlər, bəhsi keçən saxta fosilləri elmi dəlil olaraq göstərməyə davam edər və insanın təkamülü nağılını özlərincə gerçəyə çevirməyə çalışarlar. Elmi olaraq etibarsızlığı isbat edilmiş olmasına baxmayaraq, bu fosilləri hələ də elmi qaynaqlarda və məktəb kitablarında istifadə etməyə davam edər və insanları aldadarlar. Yazıçı Henk Heynqraf bu hiyləli üsulu bu şəkildə izah etmişdir:
Pitekantropun Ejen Dyubua adındakı hollandiyalı tərəfindən 1891-ci ildə Yava adalarından birində tapıldığı ümumiyyətlə bilinər. Çox da bilinməyən şey isə Pitekantropun kəllə parçası, bud sümüyü, üç diş və olduqca geniş təxəyyülündən meydana gəldiyidir. Bundan daha narahat edici gerçək isə, bud sümüyünün kəllə parçasından 50 fit (15 km) irəlidə və bir il sonra tapılmış olmasıdır...
...Ümumiyyətlə, Selenka Expedition olaraq bilinən və fosil araşdırmalarının edildiyi müddət, Pitekantrop ilə əlaqədar fərziyyələrin doğruluğunu göstərməyə əzmli olan 19 təkamülçünü ehtiva edirdi. Ancaq bəhsi keçən təkamülçülərin hazırladıqları 342 səhifəlik elmi hesabatda Pitekantropun şübhə aparmayacaq şəkildə insanın təkamülündə heç bir rol oynamadığı açıqca ifadə edilmişdir.
Bütün bunlara baxmayaraq, “Times” jurnalı təəccüblü şəkildə Pitekantropdan utanmazca insanın təkamüllü atasıymış kimi bəhs edən “How Man Began” başlıqlı məqaləni nəşr etmişdir.
Məhz darvinist yayınlar bu şəkildə darvinist yalanın parçası halına gəlirlər. Öndə gələn professorların və elm adamlarının yazdıqları darvinist kitablar da, gerçək elmi dəlillər yerinə, tamamilə, yalana əsaslanan bu saxta ssenariləri təkrar edir. Ədəbiyyatdan çıxarılmış, etibarsızlığı elmi olaraq isbat edilmiş kəllələrin təkamülə dəlilmiş kimi hələ də gündəmdə tutulmasının səbəbi də bu yalanı davam etdirə bilməkdir. Təkamülçü zooloq Robert Martın bu mövzuyla əlaqədar olaraq “New Scientist” jurnalına bunları söyləmişdir:
Son illərdə müxtəlif yazıçılar insanın mənşəyi ilə əlaqədar məşhur kitablar yazdılar. Bunların hamısı, gerçəklər və obyektivlik yerinə fantaziyalar və subyektivlik üzərinə qurulu idi.
Darvinistlərin guya insanın təkamülünə dəlil olaraq göstərə biləcəkləri tək bir kəllə, tək bir sümük parçası belə yoxdur. Bu gerçəyi təsdiq edə bilməyən darvinistlərin çürük üsulu isə, saxta aralıq forma fosilləri təqdim edərək yalana davam etməkdir.