Xoşbəxtlik dünya üzərində hər insanın sahib olmağa çalışdığı nemətdir. Ancaq xoşbəxtlik insanların düşündükləri kimi, dünyəvi şərtlərə bağlı olan hiss deyil. Daimi və həqiqi xoşbəxtliyi isə ancaq iman gətirənlər yaşaya bilərlər. Çünki həqiqi xoşbəxtlik nə insanlara, nə hadisələrə, nə maddiyata, nə də mövqeyə bağlıdır.
Xoşbəxtliyin tək bir sirri vardır, o da Allah sevgisi və Allah`a təvəkküldür.
İman gətirən insan bu dünyanın həqiqi mahiyyətini, öz yaradılış məqsədini, Uca Allah`ın özünü imtahan etdiyini və Ona qulluq etməklə məsuliyyət daşıdığını bilir. Buna görə də, həyatı boyunca Allah`ın razılığını, rəhmətini qazanmağa çalışır və möminlərin həqiqi yurdu olan cənnətə girmək üçün səy göstərir.
Xoşbəxtlik Uca Allah`ın saleh qullarına səmimi iman və bağlılıqlarına görə həm dünyada, həm də cənnətdə verdiyi çox böyük bir nemətdir. Möminlərin xoşbəxtliklərinin və hüzurlarının qaynağı yalnız imanlarıdır. Allah səmimi imanlarının əvəzində onların ürəklərinə xoşbəxtlik və rahatlıq hissini nemət kimi bəxş edir. Möminlərin yaşadığı bu xoşbəxtlik dünya şərtlərə bağlı deyil, Allah və axirətə iman gətirmənin verdiyi mənəvi xoşbəxtlikdir. İmandan uzaq yaşayan insanlar isə iman gətirmədikləri müddətcə həqiqi xoşbəxtlikdən uzaq qalırlar. Sonsuz güc sahibi Allah din əxlaqını yaşamadıqları üçün bu insanların qəlblərinə narahatlıq və sıxıntı salacağını Quran ayəsində belə bildirmişdir:
Möminləri xoşbəxt edən nədir?
İman gətirməyən insanlar axirət həyatının çox yaxın olduğunu və onunla qarşılaşacaqlarını düşünmədən yaşayırlar. Ölümü, ölümdən sonra nələrlə qarşılaşacaqlarını, bütün həyatı boyu əməllərinə görə Allah`a hesab verəcəklərini, bunun nəticəsində də cənnət, ya da cəhənnəmdə sonsuza qədər qalacaqlarını ağıllarına gətirmir, yaxud da gətirmək istəmirlər. İnsanları bu cür davranmağa vadar edən ən əhəmiyyətli fakt isə sonsuz axirət həyatını özlərindən uzaq görmələridir. Bu düşüncədəki insanların istədiyi kimi yaşayacaq daha çox vaxtlarının olduğunu düşünürlər. Buna görə də, heç düşünmədikləri, ya da reallaşacağına az inandıqları bir şey üçün həyatlarını, mənfəətlərini və qurduqları planlarını fəda etmək istəmirlər. Böyük səhv edərək dünya həyatını və dünya mənfəətlərini axirətdə qazanacaqları ilə müqayisədə daha yaxın və asan görürlər, dünya həyatını üstün tuturlar. Dünyaya bağlanıb axirəti gözardı edirlər, bütün istəklərini bu qısa dünya həyatına sığdırmağa çalışırlar. Bütün həyatlarını Allah`ı razı edəcək davranışlardan və din əxlaqını yaşamaqdan uzaq keçirir, yalnız dünyəvi ehtirasları üçün zamanlarını sərf edirlər.
Dünya həyatına duyulan ehtiras isə insanları bədbəxt edir. Quran əxlaqından uzaq yaşayan bu insanların dünya həyatında xoşbəxt ola bilməyəcəklərini, həmişə çətinlik yaşayacaqlarını Uca Allah Quranda belə bildirir:
İman gətirməyən insanları bədbəxt edən və onlara narahatlıq verən başqa mövzu isə qarşılaşdıqları çətin anlarıdır. Bu insanların xoşbəxtliyi tamamilə dünyəvi xeyir və qazanclara bağlı olduğundan çətin anlarında mənfəətlərini itirmə təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Hər şeyləri dünyaya bağlı olduğundan heç gözləmədikləri hadisə ilə bunların əlindən çıxması onları ümidsizliyə salır. Keçici sevinci də bu yolla tamamilə itirirlər, içindən çıxa bilməyəcəkləri sıxıntılara qapılırlar.
Möminlərin xoşbəxtliyi isə çətin hallarda göstərdikləri Quran əxlaqı ilə daha da artır. Möminlər həmişə Allah`ın razılığını düşündükləri, ağıllarını və vicdanlarını həmişə bu istiqamətdə istifadə etdikləri üçün mənfi kimi görünən vəziyyətlərdən heç vaxt iman gətirməyənlər kimi mənfi yöndə təsirlənmirlər. Əksinə, çətin hallarda göstərəcəkləri gözəl rəftarlarla Uca Allah`ın razılığını qazana biləcəklərini ümid etdikləri üçün xoşbəxtliklərindən heç bir şey azalmır.
Möminlərin ürəyində Allah`ın razılığını qazanma ümidi və bu yolda etdiyi cəhdin verdiyi sevinc və hüzur vardır. Yaşadıqları bu sevinc onları həm dünya həyatında xoşbəxt və hüzurlu edir, həm də Allah`ın razılığını daha çox qazanmaq üçün sövq və həyəcan meydana gətirir. Bu sevinc və xoşbəxtlik insanların iman gətirmədikləri təqdirdə, heç vaxt əldə edə bilməyəcəkləri və təqlid edə bilməyəcəkləri sevincdir. Çünki bu, Allah`ın yalnız möminlərə hiss etdirdiyi və Allah`ın razılığını, rəhmətini və sonsuz cənnətini ümid etmənin verdiyi xoşbəxtlik və dinclikdir.
İmanın sevinci
Möminlər Allah`a və Onun yaratdığı qədərə iman gətirdikləri üçün sevinc və xoşbəxtlikləri daimidir. Bu vəziyyət onların gündəlik həyatlarına da əks olunur və möminlərin xarakterinin əsasını təşkil edir. İman etməyənlər isə Allah`dan və Onun ayələrindən xəbərsiz yaşadıqları üçün həmişə bədbəxt olurlar.
Möminlərin Allah`a qarşı duyduqları sevgi, bağlılıq və qədərə təslimiyyət onları maddi və mənəvi hər cür sıxıntından uzaq tutur. Çünki mömin üçün həyatı boyunca “pis” kimi xarakterizə edə biləcəyi heç bir şey yoxdur. Göstərəcəyi Quran əxlaqı ilə Allah`ın bütün “pis” kimi görünən vəziyyətləri onun üçün “xeyirə” və “yaxşılığa” çevirəcəyini çox yaxşı bilir. Bu da möminin hər zaman imandan qaynaqlanan sevincə və xoşbəxtliyə sahib olmasını təmin edir. Hər kəsin kədərləndiyi və məyus olduğu mühitdə onu üzəcək hər hansı səbəb mövcud olmadığı üçün sevincindən və xoşbəxtliyindən heç bir şey azalmır.
Möminlərin davranışları hər zaman səmimi və rahat olur. Hər zaman Allah`a təvəkkül etdikləri üçün hərəkətləri və rəftarları qarşılarındakı insanlara da hüzur və sevinc bəxş edir. Bu baxımdan, hər kəs bir möminlə danışmaqdan və yoldaşlıq etməkdən böyük zövq alır. Çünki həqiqi mənada səmimiyyətə və sevincə yalnız möminlər malikdir. Möminin ətrafındakı hər kəs bu halı çox açıq şəkildə hiss edir. Mömin Allah`ın özünə verdiyi bu bənzərsiz nemət sayəsində yaşamaqdan zövq alan, həqiqi mənada gözəl vaxt keçirən, xoşbəxt olan və gülən tək insandır. Çünki möminlər hər şeyin idarəsinin Allah`ın iradəsində olduğunu bilirlər. Allah bu mövzunu bir ayədə belə bildirir:
Din əxlaqından uzaq yaşayan insanlar, ümumiyyətlə, gözəl vaxt keçirmənin, sevincin və sevginin zövqünü həqiqi mənada yaşaya bilmirlər. Bu insanların əksəriyyəti bəzən yaxşı vaxt keçirir və ya əylənir kimi görünsələr də, bu vəziyyət bütün həyatlarına hakim ola bilmir. Çünki yaşadıqları problemləri düşünmələri və onları özlərinin həll edəcəklərini zənn etmələri keflərini pozur, çətinlik və gərginlik yaradır.
Möminlər isə Allah`a səmimi şəkildə iman gətirdikləri üçün Allah`ın onlara bəxş etdiyi “həqiqi” sevinclə dolu həyat yaşayırlar.
Daimi xoşbəxtlik yalnız möminlərindir
Nəticə etibarı ilə, möminlər yaşadıqları çətinliklərdən aslı olmayaraq, həmişə Allah`a güvənən, həmişə Ona yönəlib dönən, həmişə Onu razı etməyi düşünən və hər zaman Quran əxlaqına uyğun yaşayan əxlaqa sahib olduqlarından, Allah`ın heç bitməyən rəhməti, fəzli və sevgisi həmişə onların üzərindədir. Uca Allah Özünə iman gətirənləri heç zaman tək və köməksiz buraxmayacağını vəd etmişdir. Allah Öz yolunda səmimi şəkildə səy göstərən, heç bir şübhəyə qapılmadan mallarını və canlarını Allah`ın razılığını qazanmaq üçün sevərək xərcləyən bu sadiq qullarını sonsuza qədər qalacaqları, nemətlərlə dolu cənnətlərlə müjdələmişdir: