Bütün kainatdakı canlı və cansız varlıqların hamısı Allah’a məxsusdur. Allah istədiyi insana istədiyi qədər ruzi verər. İnsanlara ruzi verən, onları zənginləşdirən, bol məhsullar verən, nemətlər bəxş edən Allah’dır. Ayələrdə bildirdiyi kimi Allah istədiyi insanın ruzisini artırar, istədiyinin ruzisini isə azaldar və bunların hamısını xeyirlə, hikmətlə edər. Ruzisi artan da, azalan da bunlar ilə sınanır. Allah’ın verdiyi nemətlərlə yolunu azıb lovğalanmayan, bütün nemətlər üçün şükr edənlər, əllərindəki nemətlər alınanda isə təvəkküllü davranaraq səbirli olanlar Allah’ın razı olduğu bəndələrdir. Quranda Allah;ın verdiyi nemətlərin sınaq üçün olması hz. Süleymanın dilindən belə verilmişdir:
“Kitabdan bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman onu yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor olacağam! Kim şükr etsə, yalnız özü üçün şükr edər; kim nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!”(Nəml surəsi, 40)
Hz. Süleymanın Quranda xəbər verilən “Bu Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor olacağam!” şəklindəki sözləri, nemətlərin insanlara verilməsinin səbəblərindən birini izah olunur.
Allah Quranda var-dövləti, oğulları, həyat yoldaşlarını, qohumları, vəzifəni, etibarı, zəkanı, gözəlliyi, sağlamlığı, gəlir gətirən ticarəti, uğuru, qısası, hər cür neməti insanı yoxlamaq üçün verdiyini bildirmişdir və bunları dünya həyatının bər-bəzəyi olaraq ifadə etmişdir.
İNKAR EDƏNLƏRƏ BOLLUQ VERİLMƏSİNİN SİRLƏRİ
Dünyada Allah’a inanmadığı halda bolluq və nemət içində yaşayan, bərəkətli torpaqlara sahib olan, uzun ömür sürmüş və hələdə yaşamaqda olan bir çox insan vardır. Bu insanlar sahib olduqları ilə Allah’ı razı etmək əvəzinə lovğalanır, bunlarla Rəbbimizin rizasını axtarmaq əvəzinə Ondan uzaqlaşırlar. Hər gün dayanmadan günah qazanan bu insanlar sahib olduqlarının onlar üçün xeyirli olduğunu düşünürlər. Halbuki Allah Quranda bu insanlara verdiyi nemətlərin və müddətin hikmətini və sirlərini bu ayələrlə açıqlayır:
“Onların nə mal -dövləti, nə də oğul -uşağı səni heyrətə salmasın. Allah bununla onlara ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının çıxmasını istər.” (Tövbə surəsi, 85)
“Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!” (Ali -İmran surəsi, 178)
“Sən onları bir müddət öz çaşqınlıqları içində burax! Məgər elə zənn edirlər ki, onlara verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar!” (Muminun surəsi, 54 – 56)
Ayələrdə açıqlandığı kimi sözügedən insanların sahib olduqları nemətlər onlar üçün xeyirli deyildir. Onlar üçün təyin olunan vaxt günahlarının daha da artması üçündür. Vaxtları tamam olanda isə nə malları, nə uşaqları, nə də vəzifələri onları əzabdan qurtara bilər. Beləcə, Allah “Məryəm” surəsində daha əvvəlki insan nəsillərində də varlıq və bolluq içində yaşayan, ancaq bu nemətlərin özlərini əzabdan qurtara bilmədiyi qövmlərin vəziyyətini bildirmişdir:
“Halbuki Biz onlardan əvvəl neçə - neçə nəsilləri məhv etdik ki, onlar mal – dövlət və simaca daha üstün idilər.” (Məryəm surəsi, 74)
Eyni ayənin davamında isə bu insanlara vaxt verilməsi səbəbinin sirri belə açıqlanmışdır:
“De: “Kim zəlalət içindədirsə, qoy Rəhman ona uzun müddət möhlət versin.” Nəhayət, vəd olunduqları ya əzabı, ya da qiyamət gününü gördükdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər.”(Məryəm surəsi, 75)
Allah sonsuz ədalətli və mərhəmətli olandır. Hər şeyi hikmət və xeyirlə yaradar və hər kəs etdiklərinin əvəzini tam olaraq alar. Bunu bilən möminlər ətraflarında gerçəkləşən hər şeyə Allah’ın yaratdığı hikməti və xeyiri görmək niyyəti ilə baxarlar. Əks halda, insanlar həqiqətlərdən uzaq, saxta bir dünya həyatı yaşamış olarlar.
ALLAH’IN İNKAR EDƏNLƏRƏ O ANDA ƏZAB VERMƏMƏSİNİN SİRRİ
Allah’ın Quranda bildirdiyi sirlərdən biri insanların pis əməllərinin qarşılığının həmin an almamaları, hər qarşılığın müəyyən bir vaxta qədər təxirə salınmasıdır. Allah bunu ayəsində belə bildirir:
“Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfəri belə sağ qoymazdı. Lakin Allah onları (onların cəzasını) müəyyən bir vaxta qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər. Çünki Allah Öz bəndələrini görəndir!” (Fatir surəsi, 45)
“Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər onları günahlarına görə cəzalandırmaq istəsəydi, onların əzabını sürətləndirərdi. Lakin onların vaxtı vardır. O zaman onlar Allahın əzabından qaçıb canlarını qurtarmağa əsla bir yer tapa bilməzlər!” (Kəhf surəsi, 58)
İnsanların bir çoxu etdiyi pis əməllərin əvəzini həmin an almayanda pisliklərinin cavabsız qalacağını düşünürlər. Hətta bu səbəbdən tövbə etməz, peşmançılıq çəkməz, hərəkətlərini düzəltməz, cavabsız qalacağını düşündüyü üçün azğınlıqlarını daha da artırarlar. Ağılsız olduğu üçün bunun gələcəkdəki əzabının da dözülməz olduğunu fikirləşə bilməzlər. Allah bununla bağlı bir ayədə belə buyurur:
“Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!” (Ali-İmran surəsi, 178)
Bu möhləti Allah insanları sınamaq üçün verir. Halbuki hər insanın etdiklərinin cavabını alması üçün Allah Qatında təyin edilmiş bir müddət vardır. O vaxt gələndə nə bir an əvvələ alınar, nə də bir an gecikdirilər. Allah hər kəsin mütləq öz cavabını alacağını ayələrində belə açıqlayır:
“Əgər Rəbbindən öncə bir söz və müəyyən edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, onlara da belə bir əzab verilməsi lazım gələrdi.” (Taha surəsi, 129)
“Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağımda, sözsüz ki, çox ağırdır!” (Əraf surəsi, 183)