Hz. Süleyman, Allaha dərin sevgisi olan və Allaha bağlı olan, Onu dua edib ucaldan mübarək bir peyğəmbərimizdir. Rəbbimiz bu müqəddəs şəxsə axirətdəki sonsuz gözəlliklərin yanında dünyada da bənzərsiz nemətlər vermiş və özünə görkəmli bir iqtidar və hakimiyyət nəsib etmişdir. Yazımız boyu izah edəcəyimiz kimi Hz. Süleymanın Allahın icazəsi ilə sahib olduğu iqtidar, Rəbbimizin özünə verdiyi nemətlər vəsiləsi ilə reallaşıb. Bu bənzərsiz hakimiyyətin əsl sirri isə, Hz. Süleymanın daim Allaha yönəlməsi və etdiyi hər işi yalnız Rəbbimizin razılığı üçün reallaşdırmasıdır.
Hz. Süleymanın Hakimiyyətinə vəsilə olan nemətlər güclü bir kəşfiyyata və tarixdə bənzəri olmayan ordulara sahib olması
"(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.” (Nəml Surəsi, 17)
Hz. Süleyman bənzəri görülməmiş, çox güclü bir orduya sahib idi. Bu ordu, cinlərdən, quşlardan və insanlardan meydana gəlməklə çox güclü bir kəşfiyyat şəbəkəsi ilə dəstəklənməkdə idi.
Ayədə Hz. Süleymanın tək bir ordusunun deyil, ordularının olduğu bildirilir. Bu, onun ordusunun gücünün və sayının coxluğunun bir ifadəsidir.
Hz. Süleymanın ordusunun ən maraqlı məqamlarından biri isə intizamıdır. Cinlər, quşlar və insanlar kimi üç fərqli birlik eyni ordu içində, böyük uyğunluqla xidmət etməkdə, ordudakı nizamda ən kiçik uğursuzluq belə baş verməməkdədir.
Məqsədəuyğun hökm vermə səlahiyyətinə sahib olması
Peyğəmbərlərin həyatlarını araşdırdığımızda verdikləri qərarlarda, müxtəlif işlərində, danışmalarında Allahın özlərinə lütf etdiyi üstün bir elmin verdiyi ağıl və hikmət açıqca görülməkdədir. Hz. Süleyman da
"Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.. (Ənbiya Surəsi, 79)
ayəsində bildirildiyi kimi özünə hökm və elm verilmiş bir peyğəmbərdir. Yaşadığı müddət boyu eyni atası Hz. Davud kimi ədalət sisteminin müvəffəqiyyətlə icra edilməsi üçün hər şeydən əvvəl ədalətli idarəçilərə, ədalətlə hökm edən iman sahibi insanlara ehtiyac vardır. Hz. Süleymanın dövrü də, Allahın
"Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!." (Yunus Surəsi, 47)
ayəsində xəbər verildiyi kimi, bu ədalət anlayışının həqiqi mənada yaşandığı bir dövrdür. Ayələrdən Hz. Süleymanın dövründə ədalətli bir mühakimə etmə sistemi olduğu aydın görülməkdədir. İddialara baxan və ədalətlə hökm verən kəslər, Hz. Süleyman və Hz. Davuddur. (Ənbiya Surəsi, 78)
Cinləri və şeytanları idarə altında tutması
* Ordusunun cinlər və şeytanlarla dəstəklənməsi, Hz. Süleymana bir çox üstünlük vermışdir. Bu varlıqlar insanların edə bilmədikləri bir çox şeyi asanlıqla edə bilirlər. "...Şübhəsiz ki, o (Şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər..." (Ə'raf Surəsi, 27) ayəsində bildirildiyi kimi, özlərini göstərmədən insanları görə bilirlər. Bu xüsusiyyət, cinlərə kəşfiyyat sahəsində çox böyük üstünlük verməkdədir.
* "(Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası,. Eləcə də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik)." (Sad Surəsi, 37-38)
ayəsində olan " zəncirlənmiş halda " ifadəsi, Hz. Süleymanın, xidmətinə verilmiş olan cin və şeytanlar üzərində böyük bir hakimiyyətinin olduğuna işarə etməkdədir.
* Bu məlumatlar, Hz. Süleymanın hakimiyyətinin yalnız dindar və təslim olmuş cinləri deyil, inkarçıları da əhatə etdiyini göstərməkdədir. Bu ayədən Hz. Süleymanın şeytanları, şeytanın təsiri altındakı insanları və dinsiz insanları zərərsiz hala gətirdiyi aydın görülməkdədir. Üstəlik onları İslama faydalı hala gətirmiş, onlara müxtəlif vəzifələr vermişdir. (Ən doğrusunu Allah bilir)
Bir çox canlı ilə danışıb razılaşa bilməsi
"Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!”." (Nəml Surəsi, 16)
Allah Hz. Süleymana quşların danışıq dilini öyrədib və bu üstün elm sayəsində ordusunda quşlardan ibarət olan bir dəstə qurmasını təmin etmişdir. Hz. Süleyman hekayəsindəki bu məlumatdan, bəzi əhəmiyyətli nəticələr çıxmaqdadır:
* Quşların, digər insanların eşidə bilmədiyi xüsusi bir dalğada, özlərinə xas bir danışmaları vardır. Hz. Süleyman quşların bu fərqli tezliklərdəki səsli ünsiyyətini anlaması sayəsində onlara müxtəlif əmrlər vermiş, quşlar da onun bu əmrlərini yerinə yetirmiş ola bilərlər. (Ən doğrusunu Allah bilər.)
* Qeyd: Hz. Süleyman quşları bəzən xəbər aparmada, bəzən də kəşfiyyat toplamada istifadə etmiş və beləcə çox əhəmiyyətli nəticələr əldə etmişdir. Bu elm, onun digər ölkələrlə ünsiyyətini asanlaşdırmış, çox çətin çatıla biləcək bölgələrə rahatlıqla çatmasına imkan vermişdir. (Ən doğrusunu Allah bilər.)
Bəzi təbiət hadisələrinin əmrinə verilməsi
"Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi." (Sad Surəsi, 36)
* Allah, küləyi, Hz. Süleymanın əmrinə verib və müxtəlif işlərdə bir vasitə olaraq istifadə etməsinə imkan vermişdir. Bu ifadə ilə Hz. Süleyman dövründə və eyni axır zamanda külək enerjisinin, texnologiyada istifadə ediləcəyinə işarə edilə bilər.
*Başqa bir ayədə olan "… Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət edirdi).…" (Səba Surəsi, 12) ifadəsi ilə Hz. Süleymanın müxtəlif bölgələr arasında sürətli bir şəkildə hərəkət etməsinə işarə ola bilər.
* Qeyd: Hz. Süleyman, öz dövründə, zəmanəmizdəki təyyarə texnologiyasına bənzər bir texnologiyadan istifadə edib, küləklə hərəkət edən vasitələr meydana gətirmiş və bunlar vasitəsilə bir-birinə uzaq məsafələri qısa müddətdə qət etmiş ola bilər. Şübhəsiz ən doğrusunu Allah bilir.
Hz. Süleymanın Bənzərsiz İqtidarındakı Başqa Hikmətlər
Şübhəsiz ki, Hz. Süleymana verilən bütün bu elm və nemətlər, Hz. Süleymanın iqtidarında əhəmiyyətli bir yerə malikdir. Ancaq cox zəruri qeyd edilməlidir ki, güclü bir orduya sahib olunması, cin və şeytanlar əmrində olması, küləklərin Hz. Süleymana boyun əyməsi və ərimiş mis mədəni kimi elm və nemətlər ancaq bir vəsilədir. Özünə elm lütf edilən Hz. Süleymanın bənzərsiz iqtidarının əsl sirri; kainatdakı bütün elmlərin, mülkün və hökmün həqiqi sahibinin aləmlərin Rəbbi Allah olduğunu hər vaxt bilərək, hər işində daim Allaha yönəlməsi, Ona qarşı olan başı aşağı və təslimiyyətli davranışını həyatı boyu mühafizə etməsidir.
Hz. Süleymanın bu nümunə davranışı bir ayədə belə xəbər verilir:
"Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Onun rizasını qazanmaq diləyirdi)" (Sad Surəsi, 30)
Hz. Süleyman, bütpərəstliyin geniş yayıldığı bir dövrdə yaşadığına baxmayaraq, din əxlaqının yaşanmasında qətilik göstərib və üstün əxlaqı ilə bütün insanlara nümunə olmuşdur. Mənfi kimi görünən hər hansı bir hadisə qarşısında dərhal Allaha yönəlmiş, hər danışmasında Allahı zikr etmiş, hər qərarını Allahın adını xatırlayaraq vermişdir.
Ancaq Hz. Süleyman yalnız çətinlik anlarında deyil, hər hansı bir müvəffəqiyyət ya da zəfər anında da eyni əxlaqı göstərmiş, daim təvazökar və Allaha qarşı acizliyini bilən bir qul olmuşdur. Şübhəsiz bu ixlaslı davranış, onun bənzərsiz və görkəmli iqtidarının əsl sirri olmuşdur.
Hz. Süleymanın Səmimi Duası
(Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi)." (Sad Surəsi, 35)
Hz. Süleymanın yuxarıdakı ayədə xəbər verilən duasına Allah cavab vermiş və onu Öz qatından çox böyük nemətlərlə və üstün elmlərlə dəstəkləmiş, ona heç kimin sahib olmadığı bir mülk, görkəmli bir səltənət, görülməmiş bir hakimiyyət vermişdir.
Nəticə
Hz. Süleyman hekayəsi , Peyğəmbərimiz (s.ə.s)-in hədislərində bildirdiyi axır zamanda yaşanacaq böyük hadisələrlə oxşarlıq göstərməkdədir. Allahın icazəsi ilə axır zamanda Hz. Mehdinin gəlişi ilə Hz. Süleyman dövründə yaşanan təmtəraq yenidən meydana gələcək və bütün yer üzünə İslam əxlaqı hakim olacaq.
Ayələrdə olan bütün bu məlumatlar, düşünən hər insan üçün çox əhəmiyyətli bir dərs və eyni zamanda da çox qiymətli bir bələdçıdır. Hər Müsəlmanın Hz. Süleyman kimi din əxlaqının yayılması üçün ciddi bir səy sərf etməsi, Allahı dərin bir sevgi ilə sevərək daim Ona yönəlməsi, ədalətli, təvazölü, ixlaslı, ağıllı, tədbirli, səbirli və qərarlı olması lazımdır. Allahın bütün insanlığa nümunə göstərdiyi bu əxlaq, axirətdə olduğu kimi, dünya həyatında da iman edənləri böyük müvəffəqiyyətlərə və zəfərlərə aparan bir yoldur.
Uca Allah Hz. Süleymanın ordusunu cinlərlə və quşlarla dəstəkləmiş, ona yer üzündə çox güclü bir iqtidar vermişdi. Onun ordusuna qarşı heç bir ölkə müqavimət göstərə bilmir, bu güclü ordu ilə qarşılaşanda yalnız boyun əyməli olurdular.
Ənbiya Surəsinin 80-ci ayəsində bildirildiyi kimi, Rəbbimiz Hz. Süleymana çətin döyüşlərdə əsgərlərini mənfi təsirlərdən qoruması üçün zirehli geyim sənətini öyrətmişdi. Bu elmlə düzəldilən zirehlər, dəbilqələr və müxtəlif vasitələr Allahın icazəsi ilə Hz. Süleymanın güclü ordusunu daha da məğlubedilməz etmişdi.