İnsanların bir qismi özlərinə yol olaraq azğın, yanlış, batil inanclarla və zərərli fikir və üsullarla dolu yolları seçirlər. Bunların hər biri insanlara dünyada və axirətdə itkidən başqa bir şey gətirmir. Peyğəmbərimiz (səv) isə insanları ən şərəfli və gözəl olan yola, Allahın yoluna çağırmış, insanların dünyada və axirətdə nicat tapmasına vəsilə olmaq üçün cəhd etmişdir.

De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!” –deyib doğru yola çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq” (Ənam surəsi, 71)

Peyğəmbərimiz (səv) hədislərində də ən doğru yolun Allahın və Rəsulunun yolu olduğunu ifadə etmişdir:

"Şübhəsiz ki, ən gözəl söz Allahın kitabıdır. Ən gözəl yol da Muhəmmədin yoludur."