"Şübhəsiz: "Rəbbimiz Allahdır!" – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): "Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!" (Fussilət surəsi, 30)
Allah mələklərin müsəlmanlara bu şəkildə xitab etdiyini söyləyir, ancaq mələklərin bu sözlərini heç kim eşitmir. Göydən mələklər bütün dünyadakı insanlara filan insan Hz. Mehdidir (ə.s.) desə o insanın "mən Hz. Mehdi (ə.s.) deyiləm" deməsi mümkün olmaz. Mələklər (Allah qorusun) yalan danışır, siz onlara inanmayın mənasında olar ki, bu da haramdır. Mələklər başının üzərindən bu "Hz. Mehdidir (ə.s.)" bu insanın arxasınca get deyəcək. Digər hədislərdə bildirildiyi kimi "sən Hz. Mehdisən (ə.s.), əlamətlər səndə var deyiləcək", lakin o israrla mən "Hz. Mehdi (ə.s.) deyiləm" deyəcək, mələk də israrla "Hz. Mehdisən (ə.s.)" deyəcək. O zaman başının üzərindəki mələyi yalançılıqda ittiham etmiş olar. Halbuki, Hz. Mehdinin (ə.s.) mələyin süzünə uyğun gəlməsi fərz olar. Allahın diləməsiylə mələklər səmadan "Bu insan Hz. Mehdidir (ə.s.)" deyə gözlərinə görünmədən, qulaqlarına səsləri eşidilmədən ayrı-ayrı insanlara öz dillərində ilham edəcəklər. Belə insanlar vicdani olaraq o insanın Hz. Mehdi (ə.s.) olduğuna qənaət gətirəcəklər.