Hədisdə verilən məlumat, hz. Mehdi (ə.s)-ın qalıqlarla maraqlanacağını, Yaradılış həqiqətini qalıqlarla isbat edəcəyini, bu köhnə qalıqlarla inkarı və dəlaləti; dinsiz, materialist və darvinist sistemi ortadan qaldıracağını göstərir.
Hz. Mehdi (ə.s)-ın, materializmin və darvinizmin etibarsızlığını isbat edərkən min ildən köhnə, yəni milyonlarla illik qalıqları istifadə edəcəyi açıq şəkildə aydın olur. Hədis, qalıqların sanki lisanı-hal ilə, "Höccət Mehdi (ə.s), biz Allahdan bir dəlilik; bizlərin təkamül keçirmədiyimizi, ilk yaradılışdan etibarən dəyişmədən eynisiylə qaldığımızı bizləri dəlil göstərərək insanlara izah edə bilərsən" deyəcəklərinə və hz. Mehdi (ə.s)-ın da, yer altından çıxan qalıqlar yoluyla bu həqiqəti şəkil, yazı, kitab, video, film və sənədlərlə insanlara izah edəcəyinə işarə edir.
Hz. Mehdi (ə.s)-ın bir adı da, "dəlil gətirən" yəni "Höccət"dir. Höccət Mehdi (ə.s) Axırzamanda höccət (dəlil) ilə danışacaq. Allah ona bu imkanı verəcək və canlılara aid sümüklər də hz. Mehdi (ə.s) üçün bir dəlil (höccət) olacaq.
Hz. Mehdi (ə.s) bu qalıqları, o dövrün ateist, materialist və darvinistlərinə qarşı, rəddi mümkün olmayan qəti bir dəlil olaraq istifadə edəcək və bu yolla darvinistləri məğlub edib dinsiz materialist sistemi tamamilə ortadan qaldıracaq.
Bədiüzaman Səid Nursi də əsərlərində, hz. Mehdinin birinci vəzifəsinin, "maddiyyun və tabiyyun taununu", yəni Allahı inkar üzərinə qurulmuş materializm və darvinizm fikrini yerlə bir edərək tam olaraq təsirsiz hala gətirmək olacağını ifadə etmişdir:
Və onun (hz. Mehdi (ə.s)-ın) üç böyük vəzifəsi olacaq: Birincisi: Fənn və fəlsəfənin tasallutiylə (təsiriylə) və MADDİYUN (materializm) VƏ TABİYUN (darvinizm) TAUNU (epidemiyasının), BƏŞƏR İÇİNƏ İNTİŞAR ETMƏSİYLƏ (insanlar arasında yayılmasıyla), HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MADDİYUNU FİKRİNİ (darvinist-materialist fəlsəfəni) TAM SUSDURACAQ BİR TƏRZDƏ İMANI QURTARMAQDIR... (Emirdağ Lahikası, səh. 259)