Çarli Hebdo jurnalına və marketə təşkil edilən hücumda yaxınlarını itirənlərə başsağlığı, yaralılara şəfa diləyirik. Dualarımız bu cür vəhşiliyin təkrar baş verməməsi və bütün insanların sevgi içində dinc yaşayacağı günlərə ən qısa zamanda qovuşması üçündür…
Terrorizm hansı səbəbdən olursa-olsun qınanmalıdır. Terrorun hər hansı bir səbəbi və ya bəhanəsi ola bilməz. Fərqli fikirlərə sahib olduqları, yaxud da təhqiramiz ifadələrinə görə müdafiəsiz insanları qətlə yetirmək vəhşilikdir. Marketdə silahsız, günahsız insanların sırf yəhudi olduqlarına görə hədəf halına gətirilmələri də zülmün bir başqa tərəfidir.
İslam adı altında həyata keçirilən bu dəhşətli qırğınları "cihad" olaraq görənlər Qurana görə qatildirlər. Müdafiəsiz, günahsız insanların öldürülməsi Quranda birbaşa zorakılıq olaraq müəyyən olunub. Allah terroru və oxşar bütün şiddət hadisələrini qadağan edir və bunu edənləri qınayır. Buna baxmayaraq, İslam adına ortaya çıxan radikalizmin ən vəhşi, ən qorxunc üzünü bu terror və şiddət hadisələri meydana gətirir.
Heç şübhəsiz ki, dünya müsəlmanlarının böyük əksəriyyəti sülhsevər insanlar olaraq bu qorxunc terror hadisələrini qınayırlar. Ancaq bu vəziyyət radikalizmin İslam dünyasında bir xəstəlik kimi yayılmasına mane olmur. Bu səbəbdən sülh tərəfdarı müsəlmanlar yalnız qeyd edilən hərəkətləri qınamaqla kifayətlənib, altında yatan səbəbləri anlamağa çalışmadan, xəstəliyə çarə tapmaq üçün səy göstərməsə, daha böyük fəlakətlərlə qarşılaşmaq qaçınılmaz olacaq.
Bundan əlavə, özünü sülh tərəfdarı olaraq görən bir çox müsəlman radikalizmi bəsləyən eyni ideologiyaya inanır. Bir müsəlman hər hansı bir zorakılığı etmədiyi halda, inancsız insanlara və yəhudilərə qarşı kor-koranə düşmənçilik bəsləyərək bu fanatik zehniyyəti Qurandan başqa qaynaqlarla əsaslandırırsa, yenə eyni səhv ideologiyanın əsiri olub deməkdir. Bu səbəbdən ilk addım radikalizmin səbəblərini anlamaq və bunu İslam içərisində həll etmək olmalıdır.
Terror problemi mitinqlər, dünya liderlərinin qınamaları və ya "İslam sülh dinidir" deməklə həll edilə bilməz. Uydurulmuş hədislər və ənənəvi İslam anlayışından təmizlənmiş, yalnız Qurana əsaslanan İslam sülh dinidir. Bir yerdə yaşamaq, düşüncə və ifadə azadlığı da Quranın müdafiə etdiyi təməl anlayışlardır. Halbuki radikalların və fanatiklərin müdafiə etdikləri İslam bu anlayışlardan çox uzaqdır. Mövcud problemi həll edə bilmək üçün İslam dünyasına bu gerçəklər Qurandakı dəlillər işığında tutarlı şəkildə israrla izah edilməli, təhsil sisteminə daxil edilməlidir. Həqiqətən də İslam dünyasına və İslama böyük zərər verən xurafatları aradan qaldırmaq üçün çox geniş əhatəli bir səfərbərliyə ehtiyac var. Qərb dünyasının bu mövzuda verəcəyi dəstək şübhəsiz çox əhəmiyyətlidir. Lakin əsas iş müsəlmanlara düşür.
Çarli Hebdo hücumu ilə diqqətimiz bir başqa mövzuya çəkildi. Bir televiziya kanalındakı çıxışında Fransa prezidenti Fransua Olland bu hücumun söz azadlığı və demokratiyaya hücum olduğunu söylədi. Həqiqətən də söz azadlığı İslamın da müdafiə etdiyi, demokratiyanın əsaslarındandır. İslamda insanları müəyyən fikir və ya həyat formalarını mənimsəmələri üçün təzyiq altında saxlamaq, ya da susdurmağa çalışmaq haramdır. Təzyiq insan ruhunu iflic edir, sənət və yaradıcılıq gücünü söndürür, qısası, cəmiyyətə zərər verir.
Fikirlərdəki yanlışlıqlar fərqli formalarda ifadə edilə bilər, ancaq fərqli düşündüyü üçün bir insanın öldürülməsi, yaxud əziyyət edilməsi qəbul edilə bilməz. Hər hansı bir insan söz azadlığından sui-istifadə edib başqalarının müqəddəs dəyərlərini təhqir etsə belə, bu məsələ şiddət və ya zorakılıqla deyil, ancaq mədəni şəkildə həll edilə bilər. Söz azadlığı hər mənada əhəmiyyətlidir. Ancaq sevgi və hörmət daha da əhəmiyyətlidir. İslam əxlaqı, "Sizin dininiz sizə, mənim dinim mənə" (Kafirun surəsi, 6) ayəsində açıq şəkildə ifadə edildiyi kimi insanlara hər cür azadlığı verir. Bu ayə söz azadlığını məhdudlaşdırmağı Qurandakı İslama uyğun olmadığını da açıqlayır. Fərqli fikirlərə sahib insanlar arasındakı əlaqə və münasibətlər sevgiyə əsaslanmalıdır. Şübhəsiz ki, düşüncə azadlığı məhdudlaşdırıla bilməz. Belə ki, məhdudlaşdırıla bilməyən çox əhəmiyyətli iki dəyər daha vardır ki, bu dəyərlər insan ruhunun ən əhəmiyyətli ehtiyacı olan sevgi və hörmətdir. Bu səbəbdən xalqa səslənərkən Fransa prezidenti cənab Olland xurafatla əsl İslam əxlaqı arasındakı ayrı-seçkiliyi etmiş və "Bu radikallarla müsəlman inancı arasında heç bir ortaq istiqamət mövcud deyil" deyərək "radikalizmə" qarşı xalqını xəbərdar etmişdir.
Qurana əsaslanan gerçək İslamı yaşayan müsəlmanlar nələrdən narahat olduqlarını və bu vəziyyətin onlara necə təsir etdiyini açıq şəkildə açıqlayaraq qarşı tərəflə olan problemlərini danışaraq həll edər. Fikir ayrılıqlarını aradan qaldırmada şiddətin heç bir şəkildə qəbul edilə bilən olmadığını təkrar etməyə ehtiyac yoxdur. Quranda İslamın insan həyatına verdiyi dəyər və adam öldürmənin qarşılığı bir ayədə belə ifadə edilir:
"... kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar..." (Maidə surəsi, 32)
Adnan Oktarın «The Jakarta Post»da nəşr olunan məqaləsi: