Adnan Oktarın 23 aprel 2011 A9 tv, Aksu tv və Qaziantep Olay tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Nur surəsi, 46. Allah belə buyurur; şeytandan Allaha sığınıram. "And olsun Biz, açıqlayıcı ayələr endirdik." Yəni şərh edən, açıqlayan eyni zamanda, "Allah, dilədiyini doğru yola yönəldib-istiqamətləndirər." Yəni hidayət verər və doğru yola yönəldər, istiqamətləndirər. 2044 tarixini verir. Dünya hakimiyyəti tarixini verir, inşaAllah. "Onlar deyərlər ki: “Allaha və elçisinə iman etdik və itaət etdik” sonra bunun ardından onlardan bir qrup üz döndərər. Bunlar iman etmiş deyildirlər." Allaha və elçisinə iman etdinsə, o zaman Qurana görə hərəkət etmək lazımdır, niyə xurafata görə hərəkət edirsən, deyilmi? İnşaAllah.
"Aralarında hökm etməsi üçün Allaha və Rəsuluna çağırıldıqları zaman, onlardan bir qrup üz çevirər." Hara dönür? Xurafata dönür, Qurana görə hərəkət etmir. Xurafat dediyində havaya hoppanır. "Əgər haqq lehlərindədirsə, ona boyun əyərək gəlirlər." Yəni İslam Birliyi yoxdur, Türk-İslam Birliyi yoxdur desən, plov sərbəst, sarığın boyunu da səkkiz metr edəcəksən desən, onda gəlir. Amma İslam Birliyi, Türk-İslam Birliyi dediyində o xoşuna gəlmir. Baxır orada o zaman işlər uzanacaq. Evliliyi var, işi gücü var, ticarəti var, yeməsi, içməsi var, deyilmi? Kefi, zövqü var. O zaman onu qəbul edə bilmir. Amma asan olan, maraqlarına uyğun gələn qisimlər olduğunda onları qəbul edir.
"Bunların ürəklərində xəstəlikmi var? Yoxsa şübhəyəmi qapıldılar? Yoxsa Allahın və elçisinin özlərinə qarşı haqsızlıq edəcəyindənmi qorxurlar? Xeyr, onlar zalım kəslərdir" zülm edirlər deyir Allah. "Aralarında hökm etməsi üçün, Allaha və elçisinə çağırıldıqları zaman mömin olanların sözü: “Eşitdik və itaət etdik” demələridir. Məhz nicata qovuşanlar bunlardır." Allah bir çox Quran ayəsində İslam Birliyini fərz edir, ən böyük fərzdir. Müsəlman nə edəcək? "Eşitdik və itaət etdik" demələri lazımdır. Bu Quranın hökmünə uyacaqlar, inşaAllah.
"Allaha and içdilər; əgər sən onlara əmr etsən mübarizə edin deyə. De ki: “And içməyin, bu bilinən (adət üzrə) bir itaətdir. Allah, etdiklərinizdən xəbərdardır.'" Bax, dərhal arxa səhifədə Nur surəsinə davam edir. Əlli beşinci ayədə, şeytandan Allaha sığınıram. "Allah, içinizdən iman edənlərə və saleh əməllərdə olanlara vəd etmişdir." Şərt nədir? İman etmək və səmimi olmaq. "Allah vəd etdi" deyir. Allah, "Heç şübhəsiz" deyir. Heç şübhə etməyin, "onlardan əvvəlkiləri necə “güc və iqtidar sahibi” etdisə," ondan əvvəlkiləri necə öyrənəcəyik? Qurana baxacağıq. Kimi görürük? Hz. Zülqərneyn (ə.s)-ı görürük. Kimi görürük? Hz. Süleyman (ə.s)-ı görürük dünya hakimi olaraq. Bax, "şübhəsiz, biz onlardan əvvəlkiləri necə güc və iqtidar sahibi etdiksə, onları da yer üzündə," çünki yer üzündəki hakimiyyətdən Quranda iki yerdə bəhs edilir. Bir, hz. Zülqərneyn (ə.s), bir hz. Süleyman (ə.s) hekayəsində.
"Onları da eyni şəkildə yer üzündə “güc və iqtidar sahibi” edəcək" dünyaya hakim edəcək deyir. Əbcədi 2013 tarixini verir. "Allah, içinizdən iman edənlərə və saleh əməllərdə olanlara vəd etmişdir." Ayəsinin əbcədi 2019 tarixini verir. "Özləri üçün seçib bəyəndiyi dinlərini, İslamiyyəti, özlərinə məskun edib sağlamlaşdıracaq." Yəni hər istiqamətdən din əxlaqı dünyaya hakim olacaq. "Və onları qorxularından sonra təhlükəsizliyə çevirəcək." Müharibələr, döyüşlər yoxdur.
"Onlar, yalnız Mənə ibadət edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar." Şirk qoşmazlar, mövhumatçılıq etməzlər. Bax, "şirk qoşub, mövhumatçılıq etməzlər. "Kim bundan sonra inkar etsə, məhz onlar fasiqdirlər." Deməli, mövhumatçılıq edilsə, səmimiyyətsiz olunsa, qurtuluş yoxdur. Səmimi olsa, qurtuluş var. Mövhumatçılıq edilsə, qurtuluş yoxdur. Amma Qurana uysa, qurtuluş var. Necə ki, "onları qorxularından sonra təhlükəsizliyə çevirəcək. Onlar, yalnız Mənə ibadət edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar." Bu ayənin əbcədi də 2050 tarixini verir. Baxın, 2019, 2013 və 2050 tarixini verir. Bir ayənin içərisində dünya hakimiyyəti çox təfərrüatlı izah edilir. Anlamıram yox. Bax, "Doğru namazı qılın," xurafatlarla deyil, mövhumatçı əlavələrlə deyil, Quranda təsvir edildiyi kimi namazı düzgün qılın. "Zəkatı verin," Müsəlman Allah rizası üçün paylayacaq. "...və elçiyə itaət edin." Peyğəmbərimiz (s.ə.v)-ə, Axırzamanda hz. Mehdi (ə.s)-a itaət edin.
"Ümid edilər ki, rəhmətə qovuşdurulmuş olarsınız. İnkarçıların, yer üzündə (Allahı) aciz buraxacaqlarını sanma." Yəni dəccaliyyətin yer üzündə Allahı aciz buraxacağını sanma, dəccalın elə bir gücü olmaz, deyir Allah. Dəccaliyyətin, "Onların son sığınma yerləri atəşdir. Nə pis bir dönüşdür o." deyir Allah. Məhv edəcəyəm hamısını, deyir Allah.