Cəlal Şəngör insanın düşünmə qabiliyyətini izah edə bilmədiyi üçün bu barədə ona verilən suala “heyvanların da bu qabiliyyətləri var” kimi başdansovdu bir cavab verib. O iddia etdi ki, qarğanın butulkadan yemək çıxarması, meymunun düşmənlərdən qorunmaq üçün yanında daşlar gəzdirməsi insanın düşünmə qabiliyyətindən heç də fərqli deyil. Bu əlbəttə ki, böyük yalandır.
· İnsan niyə və nə üçün yarandığını düşünən varlıqdır. Çünki insan ruh sahibidir. Əslində şüurlu hər insan üstün bir ruha sahib olduğunu dərk edir. İnsan əgər dərindən düşünsə, sevdiyi, bir meyvənin dadından zövq aldığı, binalar tikdiyi, laborotoriyada özünü müşahidə etdiyi, təyyarələr düzəltdiyi, musiqi dinləməkdən zövq aldığı zaman bu hissləri keçirənin, bu hərəkətləri edənin Allah`ın ona bəxş etdiyi ruhu olduğunu anlayar
· Ruh sahibi insan başıboş yaradılmaymamışdır. İnsanın bu dünyada olmağının məqsədi vardır. O, Allah`ın ruhunu daşıyır və dünyada imtahan olunur. Etdiklərindən və düşündüklərindən məsuldur. Darvinistlərin irəli sürdüyü təsadüflərə həyatında yer vermir, onlar kimi məqsədsiz yaşamır. Hər şey Allah`ın izni ilə və imtahan üçün yaradılıb. Ölümlə bitən həyatında ardında buraxdığı tək şey bədəni olacaq. Ruhu isə əsl həyat olan axirətdə sonsuza qədər yaşayacaqdır.
· Heyvan isə varlığının şüurunda deyil. Şüuru qapalı olan, niyə yaradıldığını bilməyən, düşünməyən bir varlıqdır. Bir çox heyvan Allah`ın yaratdığı çox üstün xüsusiyyətlərə sahibdir. Öz varlığının şüurunda olmayan heyvanlardakı bu qabiliyyət Allah`ın bənzərsiz sənətkarlığını görmək üçün xüsusilə yaradılır. Bir qarğa butulkadakı yeməyi çıxarmağa çalışanda, meymun düşmənlərindən qorunmaq üçün özünə daş toplayanda ona ilham edilən hərəkəti tətbiq edir. Lakin o canlı nə qədər çalışsa da, nə qədər vaxt da keçsə, heç vaxt bir təyyarə düzəltməyəcək, kimyəvi təcrübə apara bilməyəcək, kitab yazmayacaq, kürsüdə auditoriya qarşısında konfrans verməyəcək, öz hüceyrələrini laborotoriyada müşahidə edə bilməyəcəkdir.
Ətraflı məlumat üçün baxın:
(http://www.harunyahya.org/evrim/ruh/ruh01.html, http://www.darwininacmaziruh.com/)