Yaradılış gerçəyinin üstün ehtişamını görən, Yaradılışı isbat edən 250 milyon fosilin açıq varlığını inkar edə bilməyən, tək bir zülalın yaranmasına açıqlama gətirə bilməyən, tək bir faydalı mutasiya nümunəsi verə bilməyən, həyatın başlanğıcı mövzusunda izahının olmadığını etiraf edən Riçard Dokinz (Richard Dokinz), içində olduğu çıxılmaz vəziyyəti aradan qaldıra bilmək üçün özünə bir kosmos dini təriqəti meydana gətirdi. Dokinz, təsadüf iddialarının məntiqsiz olduğunu qəbul etmək məcburiyyətində qalınca, darvinizmin böyük bir açmaz içində olduğunu anlayınca, daha çox həll gətirə bilməyib çıxış yolu tapa bilməyincə, bütün varlıqların yaradıldığını qəbul etmək məcburiyyətində qalmışdır. Ancaq bütün iddialarını bir anda geri götürməkdə çətinlik çəkdiyindən, ağlıca yadplanetliləri ilah olaraq görməkdədir. (Allahı tənzih edərik) Əlbəttə bu belə, Dokinzin təsadüf iddialarından imtina etmək məcburiyyətində qaldığını və artıq darvinist olmadığını görmək üçün kifayətdir. İndi geriyə Dokinzin bu sualı cavablandırması qalmışdır: Yadplanetliləri kim yaratdı?
Dokinz, çox ehtimal yaxın bir zamanda bu suala da doğru cavabı verəcək. Çünki varlıqların yaradıldıqlarını qəbul etdikdən və Darvinizmin saxtalığını gördükdən sonra, bir insanın, bütün kainatdakı ehtişamlı Yaradılışın Allaha aid olduğunu qəbul etməməsi qeyri-mümkündür. Necə ki bir reportajında Dokinz, həyatın kosmosda bir yerdə, ÜSTÜN BİR AĞIL tərəfindən yaradılıb var edildiyini etiraf etməkdədir. (1)
Bir elm adamının, xromosom kimi fövqəladə komplekslikdəki bir Yaradılış möcüzəsini “yadplanetlilərin etdiyi” kimi ağlasığmaz bir iddiayla ortaya çıxması, əlbəttə ki, darvinist elm dünyası baxımından ürək ağrıdandır. Lakin çox daha məntiqsiz bir iddianın -təsadüflərin- müdafiəçiliyini etməkdənsə, canlı varlıqların kosmosda üstün bir ağıl tərəfindən var edildiyi iddiasını müdafiə etmək, Dokinzin gözündə də darvinizmin bitdiyinin göstəricisidir. Onsuz da əldəki möhtəşəm Yaradılış dəlilləri qarşısında hələ darvinizmi müdafiə etmək ağılı başında bir insan üçün mümkün deyil.
Necə ki Dokinzin Hörmətli Adnan Oktarın qarşılıqlı müzakirə təklifinə də razılıq verməməsi, içində olduğu bu tərəddüdün bir təzahürüdür. Bilindiyi kimi Hörmətli Adnan Oktar, İngiltərənin ən çox oxunan qəzetlərinin başında gələn “The Times”də elan vermiş və Dokinzi qarşılıqlı müzakirəyə dəvət etmişdir. Son iki ildir davamlı olaraq yenilənən bu təklifə qarşı Dokinz, yenə səssiz qalmışdır. Bu vəziyyət, Hörmətli Adnan Oktarın şərhlərində nə qədər haqlı olduğunu bir dəfə daha göstərməkdədir. Bütün varlıqların Yaradıcısı, Üstün Qüdrət və Güc Sahibi olan Uca Allahdır. Allahın Uca Varlığına qarşı gətirilən hər batil açıqlama, çürüməyə, yox olmağa və alçalmağa məhkumdur.
Hörmətli Adnan Oktarın 13.10.2009-cu il tarixli İngilis “The Times” qəzetində vermiş olduğu Dokinzə Çağırış elanı.
Hörmətli Adnan Oktarın 30 oktyabr 2009-cu il tarixli reportajından:
ADNAN OKTAR: Darvinistləri biz elmə dəvət edirik. Darvinistlər elmdən qaçırlar, elmdən istifadə etmirlər, elmə arxa çevirmiş vəziyyətdədirlər. Biz də elmi istifadə etmələri üçün onları təşviq edirik. Məsələn, paleontologiyadan qaçır. Paleontologiya elmi Darvinizmi yerlə bir edən bir elmdir. 250 milyon ədəd fosil var, Yaradılışı isbat edən qalıq var. İndi bir insan bu qalıqları görməməzlikdən gəlib bunları araşdırmaq istəmirsə, “bunları mən görmək istəmirəm” deyirsə elmdən qaçır deməkdir. Elm nə deyir? “Bir zülal təsadüfən meydana gələ bilməz” deyir. Zülalın molekul quruluşunu araşdırmaqdan qaçırsa bunun təsadüfən meydana gəlmə ehtimalını araşdırmaq istəmirsə, bu elmdən qaçmaq deməkdir. Xromosomların quruluşunu elektron mikroskopda insanlar araşdırır, quruluşunu görürük. Bunu araşdırmaqdan qaçıb, xromosomların varlığını yadplanetlilərə bağlayırsa, “yadplanetlilər atmosferdən dünyaya atdı xromosomları” deyirsə, bu cəfəngiyyatdır və elmdən qaçmaqdır. Biz bunları elmə dəvət edirik yəni gerçəyə və doğruya dəvət edirik. Yəni, məsələn Dokinz kimi bir adam, dünyada hazırda darvinizmin himayəçisi, yəni ən üst səviyyədə bilinən adam ki, biz İngilis qəzetinə də elan verdik, “gəl müzakirə edək” deyə, eşitmədisə eşitsin deyə. İngiltərənin ən böyük qəzetlərindən birinə. “Times”ə, bəli. Elan verdik. “Gəl müzakirə edək” deyə. Şiddətlə qaçır. Elm adamıdırsa gəlsin müzakirə edək. Gedir lisey şagirdləriylə müzakirə edir, rahiblərlə müzakirə edir, xaxamlarla müzakirə edir. Bunu bilənlərlə gəlib müzakirə etsin. Çox deyil yarım saatını alacağıq. Türkiyədə ən yaxşı şəkildə qonaq edəcəyik. Hörmətdə, nəzakətdə əsla qüsur etmərik, amma şiddətlə qaçır çünki burada elmi gerçəklərlə qarşılaşacaq, fosillərlə qarşılaşacaq. Paleontologiyanın və digər elm sahələrinin göstərdiyi gerçəklərlə qarşılaşacaq. Baxın Dokinz, hər kəsin güvəndiyi Dokinz nə deyir bilirsinizmi? “Xromosomları kosmosdan yadplanetlilər göndərdi dünyaya” deyir. Yəni bu elmmi? Rüsvayçılıqdır bu. Bütpərəst dinini müdafiə edirdi, indi də kosmos bütpərəst dinini müdafiə etməyə başladı. Yəni bu cəfəniyyatdan başqa bir şey deyil.
ADNAN OKTAR: Mümkünsüzlüklə bir yerə çatmaq olmaz. Yəni mümkünsüz olan bir şeydir. Çünki 250 milyon ədəd fosillə etibarsızlığı isbat edilmiş bir nəzəriyyədir. Zülalların quruluşu ilə də, xromosomların quruluşunun araşdırılması ilə də açıqca ortaya qoyulmuş və Dokinz kimi bir adam belə yadplanetlilər etdi deməyə başladı, insanları yadplanetlilər meydana gətirdi deyir. Yəni bir Yaradılış var deyir Dokinz; bir Yaradan var, amma onlar yadplanetlilərdir deyir. Yadplanetliləri kim yaratdı dedikdə susur.
Bunlar çarəsizlikdən söylədikləri sözlərdir. Yəni inanca qarşı nə edəcəklərini çaşdılar. Bir çırpınış içindədirlər.
ADNAN OKTAR: Bu əslində iman etdiklərini göstərir. Lakin qürur, eqoizm və təkəbbürdən Allaha təslim olmaq istəmədikləri üçün yadplanetlilərə təslim olmağı daha uyğun hesab edirlər. Yadplanetliləri Allah kimi görməyi daha üstün görürlər öz ağıllarına görə, Haşa.
1. Ben Stein, Expelled “No Intelligence Allowed” sənədli film, 2008