Tel Abyad bildiyiniz kimi deyil!
ucgen

Tel Abyad bildiyiniz kimi deyil!

1600

Məlum olduğu kimi, İraq və Suriyadakı qarışıqlıqlara 4 il boyunca səssiz qalan koalisiya qüvvələri keçən il Kobani hədəf alındığında dərhal hərəkətə keçmiş və regiondakı hakim PYD/YPG qüvvələrinə silahla kömək etmişdi. Eyni dövrdə sərhəd qonşusu Türkiyə təkcə bir gün ərzində 250 mindən çox kobanili kürdü torpaqlarında qonaq etməsinə baxmayaraq, beynəlxalq ictimaiyyətdən çox böyük təzyiq görmüş, lakin PKK terror təşkilatının Suriya qolu olan PYD-yə silah köməyi tələbinə sərt reaksiya vermişdi. Həmin dövrdə bu xəbərdarlığı etmişdik: əslində bir terror təşkilatı olan PYD və onun silahlı qolu YPG Suriyadakı bütün silahlı qruplaşmalardan daha təhlükəlidir və ABŞ inkişaf edən kommunist terrorist cəhdin fərqində olmalıdır.

Bu xəbərdarlıqlara baxmayaraq, ötən bir il ABŞ və koalisiya qüvvələrinə münasibətdə bir şey dəyişdirmədi. Koalisiya qüvvələri «İŞİD hücumu var!» xəbərdarlığını eşitdikləri hər an «tək bildikləri metod olan» havadan bombalama yarışına girdilər. Artıq YPG, özlərinə bütün qapıları açan kilid parolu bilirdi. İrəlilədiyi hər regionda İŞİD-i bəhanə edir, koalisiya hərbi təyyarələrinə regionu bombalatdırır və regionu bu şəkildə ələ keçirirdi. Beynəlxalq mediaya da hadisə bu şəkildə əks etdirildiyi zaman bütün baş verənlər sanki bir qələbə çalınıb havası ilə yayılır, koalisiya hücumları ilə ölən mülki şəxslər, YPG təhdidi altında qalan yerli xalqdan söhbət belə açılmırdı.

Hazırda eyni vəziyyət Tel Abyad bölgəsindədir. Təkcə bir gündə Türkiyəyə 15 min qaçqının keçməsini zəruri edən şərt isə YPG hücumudur. Yenə «İŞİD» parolundan istifadə edilmiş, koalisiya hərbi təyyarələri Tel Abyadın yerli xalqını bombalamışdı. Məsələnin diqqət çəkən tərəfi isə regionun onsuz da son bir ildir İŞİD-in nəzarəti altında olmasıdır. Regionda yeni olan tək şey YPG-nin və koalisiya bombalarının xalqa dəhşət yaşatdırmasıdır.

İŞİD-in Suriya və İraq sərhədləri daxilində tətbiq etdiyi zorakılığı şübhəsiz ki, əsla təsvib etmirik. Lakin burada diqqət çəkmək istədiyimiz nöqtə YPG-nin öz zülmünü qanuniləşdirmək üçün İŞİD kartından istifadə etməsi və xüsusilə ABŞ-ı yanıltmağa çalışmasıdır. Acınacaqlısı isə 100 ildən bəri Böyük Kürdüstanı arzu edən ABŞ dərin dövlətinin bu ssenariyə inanmaq istəməsi və hədəfinin reallaşdığını zənn etməsidir.

Halbuki Tel Abyaddan Türkiyə torpaqlarına qaçan məzlum xalqın ifadələri daha fərqlidir. 8 uşağı ilə Türkiyəyə sığınan Halaf Derviş vəziyyəti bu şəkildə təsvir edir: “Orada həyat durdu. Koalisiya hərbi təyyarələri bombalayır, canımızı xilas etmək üçün sərhədə gəldik. Bir Allah var, bir də Türkiyə... Bizi qəbul etdikləri üçün bütün səlahiyyətli şəxslərə minnətdarlığımı bildirirəm». Tel Abyadıın şərqindəki Sloud qəsəbəsindən qaçan Jelad isə, “Amerikalılar mülki şəxsləri öldürməz deyirdilər, amma Sloukta insanlar ölür" deyə qeyd edir və qonşuluğundakı iki ailədən 12 nəfərin öldüyünü bildirir.1 Regionda yaşayan türkmənlərdən olan Jomah Ahmed isə YPG-nin gəlip evlərini və əşyalarını ələ keçirdiklərini, öz sənədləşmələrini apardıqlarını və regionun özlərinə aid olduğunu söylədiklərini bildirir və qeyd edir ki, “bizi kəndimizi tərk etməyə məcbur etdilər və bura artıq Rojovadır dedilər”.2

Əslində Beynəlxalq Əfv təşkilatının Sincar hesabatında PKK-nın regionda etdiyi cinayətlər ətraflı şəkildə ortaya qoyulmuşdu. Ona görə, PKK-nın öz silahdaşları ilə ərəb kəndlərinə girdiyi, İŞİD-ə dəstək vermədə ittiham etdiyi kəndliləri öldürdüyü, kənd meydanında topladığı kişiləri ailələrinin gözünün qabağında öldürdüyü, qarşı çıxanların ya həbs edildiyi ya da öldürüldüyü, həbs edilən qadınların əksəriyyətindən xəbər alınmadığı bildirilirdi. Türkiyə torpaqlarında təqribən 40 ildir terror hadisələri törədən, İraqda xalqa dəhşət saçan, Suriya Tel Abyadda da eyni etnik təmizləməni başladan da həmin leninist terror təşkilatıdır, yəni PKK-dır.

Hazırda bu terror hadisələrinə gözünü yummuş koalisiya qüvvələri birbaşa xalqın üzərinə yağdırdıqları bombalarla bölgənin YPG əlinə keçməsini təmin etmiş oldular. YPG tərəfindən uzun müddətdir planlaşdırılan üç kürd kantonunun birləşdirilib Türkiyə sərhəddində PKK xətti yaradılması hədəfi də bu şəkildə baş verdi. Türkiyə sərhəddində ABŞ-ın yardımı ilə kommunist dövlət yaradılır və bu kommunist dövlət təkcə regiona deyil, bütün dünyaya dəhşət saçmaq və Stalin modelli kommunist sistemi geri qaytarmaq məqsədi güdür. Bu mərhələdə bu sualı vermək lazımdı. ABŞ keçmişdə Vyetnamda, Koreyada nə uğrunda müharibə apardı? Sovet İttifaqı ilə soyuq müharibənin məqsədi nə idi? Bütün imkanlarını kommunizmlə mübarizəyə həsr edən ABŞ çox təhlükəli kommunist dövləti öz əlləri ilə quracaq qədər bütün ideallarını itirdi?

Ümid edirik ki, elə deyil. Ümid edirik ki, ABŞ özünü də, bütün dünyanı da cəhənnəmə çevirəcək bir ssenarini əmək sərf edərək reallaşdırmır.

Buradan YPG-yə istiqamətli bu xəbərdarlığı edək: İŞİD bir çox fərqli qrupa zorakılıq həyata keçirmiş ola bilər. Ancaq ən böyük hədəfləri eynilə Kobani hücumlarında olduğu kimi, kommunist və dinsiz gördükləri PKK (YPG) yaraqlıları olmuşdur. Dolayısilə hazırda istiqamətini Hama, Homs, hətta Dəməşqə yönləndirdiyi məlum olan İŞİD-in ani manevrlə YPG-yə aid həmin bölgələri hədəf alma ehtimalı böyükdür. Bu halda isə Kobanidə olduğundan daha dəhşətli mənzərə ilə qarşılaşmaq mümkün ola bilər. Bu gerçəklər nəzərə alınaraq YPG yaraqlılarının dərhal bölgəni boşaltmaları, bölgədən qaçmaları və Azad Suriya Ordusu kimi mülayim qruplara bölgəni vermələri daha ağıllı variant olacaq.

ABŞ və koalisiya qüvvələrinə təklifimiz isə sərhəddəki PKK təhlükəsi məsələsində olduqca təcrübəli olan Türkiyə ilə birlikdə dəyərləndirmə aparmaları, PKK-nın nə olursa-olsun, yeni Şimali Koreya qurmada qətiyyətli olduğunu anlamalarıdır. PKK kommunist dünya dövləti qurmaq məqsədinə nail olana qədər bütün ittifaqlarını və zorakılıq metodlarını istifadə edəcəkdir.

ABŞ diqqətli olmalıdır Türkiyədə yolu tıxanan PKK bunu Suriyada tətbiq etməyə başlamışdır. Üstəlik ABŞ-ın yardımı ilə ...

1. http://www.bbc.com/turkce/basinozeti/2015/06/150615_basin_ozeti

2. http://www.mcclatchydc.com/2015/06/13/269821/ethnic-cleansing-charged-as-kurds.html#storylink=cpy 

 

Adnan Oktarın «Arab News»də nəşr olunan məqaləsi:

http://www.arabnews.com/columns/news/764656


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr