Yəmən terror hadisəsi ilə yenidən dünya gündəmindədir. Ancaq bu dəfə hücum Yəməndə yox, Fransada gerçəkləşdi. Səid və Şərif Kouaçi qardaşları Fransanın Mizah jurnalı olan Çarli Hebdoya hücum edərək 12 nəfəri öldürdü. Əl Qaidə təşkilatının (AQAP) Yəmən qolu Kouaçi qardaşlarını təlimatlandırdıqlarını yayımladığı görüntülü mesajla bildirdi. Əl Qaidə təşkilatı öz açıqlamalarında bildirir ki, Paris hadisələri hücumun lideri olan dr. Eymən əl Zəvahirinin əmri ilə baş tutub. Marketdə girov saxlama əməliyyatınının isə onlarla əlaqəsinin olmadığı barədə məlumatlar var.
Youtubedə yerləşdirilən videoda danışan təşkilat liderlərindən Nassər ibn Əli al-Ansi dedi ki, Əl Qaidənin Ərəb yarımadasındakı qolu olaraq Peyğəmbərin qisasını almaq üçün edilən hərəkatı üzərimizə götürürük.
Söz və düşüncə azadlığı çox əhəmiyyətlidir. Hamı fikrini azad şəkildə bildirə bilər, bildirməlidir də. Ancaq təhqir, xüsusilə də dini dəyərlərə təhqir heç bir cəhətdən doğru deyil və çox mənasızdır.
İnsan hüquqları barədə ən güvənilir və ən təcrübəli məhkəmə Avropa İnsan Hüquqları məhkəməsidir (AİHM). AİHM demokratik rejimlə idarə edilən Avropa ölkələrində vətəndaşların fərdi hüquq və azadlıqlarının dövlətlər tərəfindən pozulmasının qarşısını almaq üçün qurulub. Məhkəmə öz hökmünü Avropadakı demokratik rejimlərin davam etdirilməsi üçün fərdlərin sahib olduğu hüquq və azadlıqlara yer verən mətn olan Avropa İnsan Hüquqları müqaviləsinə (AİHS) əsasən verir. AİHM-nin qərarlarının Avropa ölkələrindəki məhkəmə orqanları və dövlət quruluşu üzərində təsiri böyükdür.
AİHM bir çox qərarında dini dəyərlərə təhqirin fikir azadlığı olmadığını bildirib. Bu qərarlardan biri “qadağan olmuş cümlələr” olaraq tanınan və Türkiyədə gerçəkləşən bir hadisə ilə əlaqəlidir. İstanbul Cümhuriyyət prokuroru “Yasak Tümceler” adlı bir romanda Allah`a, dinə, peyğəmbərə və müqəddəs Kitaba təhqir dolu ifadələrin olduğunu irəli sürüb.
İstanbul Asliyə cəza məhkəməsi 28 may 1996-dakı qərarı ilə iki il həbs və pul cəzası verib və axırda həbs cəzası cərimə ödənilməsi ilə əvəz edilib. Türkiyədəki prokuror 6 oktyabr 1997-ci ildəki qərarı ilə ilk dərəcə məhkəməsinin qərarını təsdiq edib. Bundan sonra kitabı nəşr edən nəşriyyatın başçısı Avropa İnsan Hüquqları məhkəməsinə müraciət edərək AHİS 10-cu maddədəki söz azadlığının əlindən alındığını irəli sürüb.
AHİM müraciət nömrəsi 42571/98 olan bu məhkəmənin 13 sentyabr 2005-dəki qərarında bunlar aşkarlanıb:
“...10-cu maddənin 2-ci paraqrafındakı söz və düşüncə azadlığı bəzi öhdəliklərin də yaranmasına gətirib çıxarır. Bunlar arasında olan din və inanc azadlığına gələndə isə başqalarına zərər verəcək fikirlərdən və hörmətsizlik edəcək davranışlardan çəkinmək lazımdır. (Bkz. örneğin, Otto-Preminger-Institut v. Avusturya kararı, 20 Eylül 1994, seri: A no: 295-A, § 49, ve Murphy v. İrlanda kararı, no: 44179/98, § 67, AİHM 2003-IX).
Prinsip olaraq heyranlıq və sevgi duyulan dini hədəf alan alçaldıcı tənqidlər etməyə icazə verilməsi mümkün ola bilər.
Bir dövlət başqalarının inanc, düşüncə və söz azadlığı ilə üst-üstə düşməyən davranışların qarşısının alınmasını qanuni olaraq zəruri hesab edə bilər. (Bu mənada bkz.9.madde, Kokkinakis v. Yunanistan kararı, 25 Mayıs 1993, seri: A no: 260-A, ve Otto-Preminger-Instutut Kararı, §47).”
“...bu iddia sadəcə şərəf və ləyaqətin təhqiri, ya da şok edici şərhlər və yaxud təxribatlara görə yox, eyni zamanda müsəlmanların peyğəmbərinə edilən hörmətsizliklə də əlaqəlidir. Dünyəviliyə xüsusi bağlı olan türk cəmiyyətlərində dini dəyərlərin tənqid edilməsi anlayışla qarşılanmasına baxmayaraq, inanclı insanlar özlərinin haqsızlığa uğradığını düşünərlər”
Məhkəmə belə açıqlama verdikdən sonra səs çoxluğu ilə söz azadlığının qadağan olunmadığı qərarını aldı.
Fransa, İnsan Hüquqları Məhkəməsinə tabe olan bir ölkədir. Bundan əlavə, Fransanın nümayəndəsi olduğu BMT də dini dəyərləri təhqirin cinayət olduğu qərarını verib. Bu mövzu mətbuatda da çox işıqlandırılıb. Bu səbəbən dini dəyərlərə edilən təhqiramiz sözlər nə düşüncədir, nə də məna ifadə edir. Bunu sadəcə Fransa deyil, bütün Avropa ölkələri diqqətə almalıdır.
Buna baxmayaraq, bəziləri qəsdən bu barədə dirənə bilər. Dövlətlər və AİHM–nin hökmləri bu cür hücumlar qarşısında kifayət etmirsə, müsəlmanlar nə etməlidir?
Hal-hazırda dünya gündəmində olan və “terror” adlandırılan barbarlıq, Quran əxlaqından tamamilə uzaq, cahil və xurafat düşüncəli insanların, dinlə əslində heç bir əlaqəsi olmayan canilərin əsəridir. Unutmaq olmaz ki, hər cür terror hərəkatı İslama ziddir, dünyada fitnə yaratmaqdan başqa bir işə yaramır. Etdikləri pisliyi din adı altında gizlətməyə çalışanlara qarşı mədəni fəaliyyətin yolları insanlara öyrədilməlidir. Başqa cür desək, İslam dini və Quran əxlaqı terrorizmi və terroristləri dəstəkləyən yox, dünyanı terrorizm bəlasından xilas edəcək çarədir.
İslama qarşı edilən hücumlar zamanı müsəlmanların öhdəsinə düşən şey hüquqla, fikirlə, elmlə mübarizə aparmaqdırvə bu ağıla, məntiqə və hüquqa da uyğundur. Belə davranış Allah`ın müsəlmanlardan istədiyi bir əxlaqdır.
Adnan Oktarın National Yemen'də nəşr olunan məqaləsi:
http://nationalyemen.com/2015/01/18/freedom-of-ideas-does-not-mean-freedom-to-insult/