Kainatı təsadüflər deyil, Allah yaratmışdır
ucgen

Kainatı təsadüflər deyil, Allah yaratmışdır

1873

 

Kainat uca Allahın "Ol" əmri ilə bir anda yaradılmışdır. Ancaq belə qısa müddətdə yaradılmasına baxmayaraq, möhtəşəm zənginliyə və qüsursuz tarazlığa malikdir. Bütün kainatı Allahın yaratması insanlar üçün böyük nemətdir. Çünki bu, sonsuz və üstün ağıl sahibi Allahın nəzarətində olduğumuza dəlalət edir.

 

Kosmos və bütün varlıqları əhatə edən kainatda qüsursuz yaradılışa, bənzərsiz sistemlərə, canlıların yaşaya bilməsi üçün lazım olan bütün şərtlərə malik olan, ahəng və nizamın hakim olduğu Yer mövcuddur. Xüsusilə 20-21-ci əsrin kəşfləri kainatın qüsursuz yaradılış nümunəsi olduğunu bir daha sübuta yetirir. Elmin gəldiyi tək nəticə kainatı üstün ağıl və sonsuz güc sahibi uca Allahın yaratmasıdır.

 

Müşahidə edilə bilən kainat

 

Tədqiqatçılar kainatın yaşını 13,8 milyard il olaraq hesablayırlar. Lakin bu hesablama işıq sürəti və məsafənin nisbətinə əsasən aparıldığı üçün Yer kürəsindən yalnız 13,8 milyard işıq ili uzaqlıqdakı məsafəni müşahidə etmək mümkün olur. Bu, okeanın ortasındakı gəmidən yalnız müəyyən məsafəni görməyimizə bənzəyir. Alimlər də teleskopları ilə yalnız 13,8 milyard işıq ili uzaqlığı müşahidə edə bilirlər. "Müşahidə edilə bilən" sözündən də aydın olduğu kimi, bu məsafədən daha uzaq sahənin varlığını hələ bilmirik. Buna görə də həm kainatın yaşı, həm də ölçüləri haqqında daha dəqiq məlumat əldə etməyimiz mümkün deyil. Ancaq bu gün elm sübut edir ki, hələ tam müşahidə edə bilmədiyimiz kainatımız fasiləsiz genişlənir. Digər maraqlı məlumat isə kainatın "Big Bang” və ya “Böyük partlayış" adlandırılan partlayışla yoxdan yaradılmasıdır. Bizim hələ müşahidə edə bilmədiyimiz, yaşını belə bilmədiyimiz bu kainat Rəbbimizin əmri ilə qüsursuz tarazlıqlarını qoruyub saxlayır. Uca Allah kainatdakı bu qüsursuz yaradılışı Quranda xəbər verərkən bizə Zatının Ucalığını da xatırladır:

 

“Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?” (Ənbiya surəsi, 30)

 

Supernovaların kainatdakı funksiyaları

 

Nəhəng bir ulduz böyük partlayış nəticəsində özünü məhv edir və hissələri sürətlə ətrafa yayılır. Partlayış zamanı yayılan işıq ulduzun öz parlaqlığından minlərlə dəfə çox olur. Bir ulduzun belə partlayaraq dağılması “süpernova” adlanır.

 

Astronomların proqnozlarına görə, bu partlayışlar maddəni kainatın bir nöqtəsindən başqa nöqtələrinə daşıyır. Hesab edirlər ki, partlayış nəticəsində yayılan ulduz hissələri kainatın başqa yerində toplanaraq yeni ulduzlar və ya ulduz sistemləri meydana gətirir. Bu fərziyyəyə görə, Günəş, planetlər və Dünyamız çox qədim zamanlarda baş vermiş supernova partlayışının nəticəsində əmələ gəlmişdir.

 

Maraqlıdır ki, ilk baxışda adi partlayışa bənzəyən supernovalar, əslində, çox həssas tarazlıqlara malikdir. Maykl Denton (Michael Denton) “Nature's Destiny” adlı kitabında bunu belə qeyd edir:

 

“Süpernovalar və əslində bütün ulduzlar arasındakı məsafə çox həssas məsələdir. Qalaktikamızda ulduzlar arasındakı məsafə, orta hesabla, 30 milyon mildir. Əgər bu məsafə bir qədər az olsa idi, planetlərin orbitləri qeyri-sabit hərəkət edərdi. Əgər çox olsa idi, süpernova nəticəsində meydana çıxan hissəciklər o qədər dağınıq olardı ki, böyük ehtimalla, Yerə bənzər planet heç vaxt yaranmazdı. Kainatın yaşamağa əlverişli olması üçün supernova partlayışları ən ideal nisbətdə baş verməli və bu partlayışlarla bütün digər ulduzlar arasındakı məsafə müəyyən olunmalıdır. Bu məsafə hal-hazırda mövcud olan məsafədir. (Michael Denton, Nature's Destiny, səh. 11)

 

Günəş sistemi

 

Kainatdakı qüsursuz tarazlığı ən bariz şəkildə müşahidə etdiyimiz sistemlərdən biri də içində Yerin olduğu Günəş sistemimizdir. Günəş sistemində 8 planet və 54 peyk var. Bu planetlər Günəşə yaxınlıqlarına görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun və Urandır. Bu qədər planet və peyk arasında yaşamaq üçün əlverişli səth və atmosferə malik olan yeganə planet Yerdir.

 

Günəş sistemini tədqiq etdikcə yenə möcüzəvi tarazlıqlarla qarşılaşırıq. Planetləri dondurucu soyuqluqdakı kosmosa sovrulmaqdan qoruyan amil Günəşin cazibə qüvvəsi ilə planetlərin mərkəzəqaçma qüvvəsi arasındakı müvazinətdir. Günəş sahib olduğu böyük cazibə qüvvəsi ilə bütün planetləri cəzb edir, planetlər isə fırlanma nəticəsində yaranan mərkəzəqaçma qüvvəsi ilə bu cazibədən xilas olurlar. Əgər planetlərin fırlanma sürətləri bir az yavaş olsa idi, onda bu planetlər sürətlə Günəşə doğru irəliləyər və nəticədə böyük partlayışla Günəş tərəfindən udulardı.

 

Əksinə, əgər planetlər daha sürətlə fırlansalar, Günəşin cəzbetmə qüvvəsi onları saxlaya bilməyəcək və planetlər kosmosdan sovrulacaqlar. Burada çox həssas tarazlıqla üzləşirik və bu tarazlıq qorunduğu üçün həyat davam edir.

 

Sözügedən tarazlığın hər planet üçün ayrı-ayrı qurulduğuna da diqqət etmək lazımdır. Çünki planetlərin Günəşdən məsafələri çox fərqlidir. Bundan başqa, kütlələri də çox fərqlidir. Bu səbəbdən hamısı üçün fərqli fırlanma sürətinin müəyyən edilməsi lazımdır ki, Günəşə yapışmaqdan və ya Günəşdən uzaqlaşıb kosmosa sovrulmaqdan qurtulsunlar. Uca Allah ayəsində yaratdığı bu mükəmməl nizamı belə bildirir:

 

“Nə Günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir.” (Yasin surəsi, 40)

 

Kainatdakı çox saylı irili-xırdalı bütün planetlər bu möhtəşəm tarazlığın mühüm hissəsini təşkil edir. Heç birinin nə kosmosdakı yeri, nə də hərəkət trayektoriyası təsadüfi deyil. Əksinə, hər biri bizə məlum olan və olmayan bütün xüsusiyyətlərlə müəyyən bir məqsəd üçün yaradılmışdır. Belə ki, kainatdakı nizamı əmələ gətirən saysız-hesabsız tarazlıqlardan yalnız birində, planetlərin mövqelərində kiçik dəyişiklik olsa, bu sistemi darmadağın olar. Ancaq bu tarazlıq heç vaxt pozulmur və kainatdakı mükəmməl nizam da heç bir dəyişikliyə məruz qalmadan qorunub saxlanır. Bu, üstün güc sahibi olan Allahın qüsursuz yaratmasıdır.

 

http://www.arabnews.com/news/578796


PAYLAŞIN
logo
logo
logo
logo
logo