Təkamülü dəstəkləmək üçün tez-tez bəzi terminlər ortaya atılır. Məntiqli, hətta elmi olub olmadığına baxmadan tez-tez təkrar edilib məşhur elmi jurnallarda və ya saytlarda istifadə edilir. Burada məqsəd təkamülü ayaqda tutmaq üçün ictimai fikir formalaşdırmaqdır.
Bu məqsədlə istifadə edilən xəyali təkamül mexanizmlərindən biri də “genetik dreyf”dir.
Genetik dreyf iddiasından bəhs edilərkən mutasiya və təbii seçmə terminləri tez-tez və təhrif edilərək istifadə edilir. Bu terminlərə elmi həqiqətlərlə ziddiyyət təşkil edən mənalar verilir və sanki təbiətdə təkamülü dəstəkləyən, təsadüflərlə yeni genetik məlumatlar əldə edilən mərhələlər varmış kimi təqdim edilir.
Halbuki məlumat əldə edilməsinə yox, azalmasına səbəb olan bu mərhələlər təkamülə deyil, əslində, təkamülün əsassızlığına sübutdur.
İddia edilən genetik dreyf nədir?
“Drift” sözü azərbaycanca axın deməkdir. Bu sözə ingiliscə lüğətdə baxdıqda “bir şeyin hava və ya su yolu ilə daşınması”, “passiv, məqsədsiz, istəksiz vəziyyət və ya yerdəyişdirmə” kimi mənalarının olduğunu görürük. Ona görə “dreyf” sözünə təkamül ideologiyasının əsas dayağı olan təsadüfə əsaslanan dəyişiklik mənasını verirlər.
Təkamülçülərin genetik dreyf adı altında izah etmək istədikləri, əslində, budur:
Genetik dreyf iddiası darvinistlərin "təbiətdə və kainatda böyük təsadüf" fərziyyəsinə əsaslanır. Buna görə "populyasiyalar daxilində həyatda qalan və ölən fərdlər" və ya "populyasiyalar daxilində sabit qalan və ələnən genlər" guya təsadüfi yolla müəyyən edilir. Təkamülçülər bu təsadüf nəticəsində meydana gəldiyini düşündükləri mexanizmə "genetik dreyf" adını veriblər.
Genetik dreyf iddiası bir canlı qrupunda bir genə məxsus birdən çox fərqli xüsusiyyətin süni və ya təbii hadisələrin təkrarı nəticəsində dəyişə bildiyi kimi izahlara əsaslanır. İddia etdiklərinə görə, guya təsadüfi dəyişikliklər hər hansı bir xüsusiyyətin bir qrupa bütövlükdə hakim olmasına və ya o qrupdan tamamilə silinməsinə səbəb olur. İndi isə mövzunu təkamülçü qaynaqlardan aldığımız nümunələrlə izah edək.
Genetik dreyfə dəlil kimi göstərməyə çalışdıqları üsullar
Yuxarıdakı şəkildə ən solda olan qrupda ilk əvvəl 3 yaşıl, 6 qəhvəyi rəngli fərd mövcuddur. Bu qrupdakı fərdlərin bir qisminin ölümünə səbəb olan hadisədən sonra qrupdakı yaşıl fərdlərin sayı azalmış və 1/7 nisbətinə düşmüşdür. Xüsusi bir seçim olmadan baş verən bu azalma nəticəsində qrupun daxilindəki bir xüsusiyyətin tezliyi dəyişmişdir. Məhz buna təkamülçü ədəbiyyatda "genetik dreyf" deyilir. Təbii seçmə ilə fərqi budur ki, təbii seçmə qrup daxilindəki fərdləri bir xüsusiyyətinə görə bir-bir hədəfə alır, iddia edilən genetik dreyfdə isə hədəf fərdlər deyil. Birliyin bir hissəsinin itkiyə məruz qaldığı fərz edilir. Genetik dreyf iddiasında darvinistlər bəzi təsirlərdən bəhs edir və bunları özlərinə dəlil kimi göstərməyə çalışırlar, ancaq bunlar ancaq təsvirdən ibarətdir. Bunu misallarla görək:
"Şüşə boğazı fərziyyəsi və kəşfiyyatçı (founder) təsiri" kimi izahlar təkamülə dəlil deyil
Darvinistlər tərəfindən iddia edilən genetik dreyf mexanizmlərindən biri "şüşə boğazı (bottleneck) təsiri"dir. Yuxarıdakı şəkildə soldakı şüşə cəmiyyətin ilk vəziyyətini təmsil edir. Bu mexanizmə görə, cəmiyyətin böyük hissəsinin ölümünə səbəb olan təbiət hadisəsi və ya xəstəlik nəticəsində yerdə qalan fərdlərdən yeni cəmiyyət yaranır. Bu birliyin daxilində müəyyən xüsusiyyətlərin tezliyi də dəyişikliyə məruz qala bilər. Məsələn, 100 nəfərin yaşadığı bir adada baş verən zəlzələ nəticəsində 10 nəfərin sağ qaldığını düşünək. Bu insanlardan cəmiyyət yenidən təşkil edildikdə təkcə bu 10 nəfərin xüsusiyyətləri yeni cəmiyyətdə ortaya çıxacaq. Digər 90 nəfərin fərqli xüsusiyyəti var idisə, artıq bu cəmiyyətdə olmayacaq. Bu baş versə belə, təkamülə səbəb olan bir proses olmadığı açıqdır.
Genetik dreyfə dəlil kimi göstərməyə çalışdıqları digər bir mexanizm isə "kəşfiyyatçı (founder) təsiri" adlanır. Bu mexanizmə görə, bölgədə yaşayan bir cəmiyyətin tezliyində bir təbəqənin köçü və ya böyük hissəsininin təcrid olması nəticəsində yeni birlikdə dəyişiklik müşahidə olunur və bunun nəticələri təkamülə dəlil kimi göstərilir. Burada qısaca açıqladığımız "şüşə boğazı və kəşfiyyatçı təsiri" kimi fərziyyələrlə bir cəmiyyətin quruluşunda dəyişiklik ola biləcəyi iddiası bir mənada doğrudur. Bu tip hadisələrlə növlərin bəzi fərdlərinin önə çıxması və ya məhv olması baş verə bilər. Necə ki, tarix bu cür təbii fəlakətlərlə doludur. Dünyadakı canlıların böyük hissəsi bu fəlakətlər zamanı yox olmuşdur. Təbii ki, bu zaman bir növə aid bir xüsusiyyət də önə çıxmış ola bilər. Ancaq bu cür fəlakətlərin təsiri nəticəsində növlər yox olur. Buna görə də bu iddiadakı yanlış olan məqam budur:
Genetik dreyf iddiası yeni genetik məlumat qazandırmır
Genetik dreyf təkamülə səbəb olan, yəni iddia edildiyi kimi bir canlıda dəyişikliyə və ya yeni növün yaranmasına səbəb olan bir mexanizm deyil. Yuxarıdakı izahlar diqqətli şəkildə tədqiq edildikdə aydın olur ki, şüşə boğazı və kəşfiyyatçı təsirləri növün müxtəlifliyində artma deyil, əksinə, azalma ilə nəticələnmişdir. Genetik dreyf hadisələrdə başlanğıcda onsuz da mövcud olan genetik məlumatın qrup daxilində təmsil olunma nisbətinin dəyişməsidir. Üstəlik, bir xüsusiyyət o cəmiyyətdən silindikdə başlanğıcdakı genetik müxtəliflik təkamülçülərin iddialarının tam əksinə azalmış olur. Göründüyü kimi, heç vaxt bir məlumat əlavə edilmədiyindən genetik dreyfin təkamülə səbəb olan bir proses kimi təqdim edilə bilməyəcəyi də çox açıqdır.
Epigenetik qaydaların genetik xüsusiyyət kimi izah edilməsi elmi xətadır
Darvinistlər, adətən, nəzəriyyələrini sübut etmək üçün göstərdikləri nümunələrdə çox mühüm bir səhvə yol verirlər. Təbii seçmə və ya genetik dreyflə bağlı iddialarında genetik mənşəli yox, fenotip (xarici görünüş) mənşəli nümunələr verirlər. Məsələn, yuxarıda verilən ilk şəkildəki həşəratların rəngi ilə bağlı nümunə fenotip fərqlilikdir. Genotip olaraq, yəni rəng genləri baxımından həşəratların fərqi yoxdur. Rəng piqmentlərini kodlayan genlər epigenetik qaydalarla müəyyən olunur. Yəni bəzi genlərin açıq və ya qapalı olması genin nə qədər müddət ərzində aktiv qalması ilə bağlıdır. Gül rənglərinə də eyni xüsusiyyət aiddir. Hətta rəng nizamlaması kəpənək qanadlarında olduğu kimi bəzi canlılarda piqment mənşəli deyil, tamamilə işığın sınma bucağına bağlı fiziki hadisə olaraq ortaya çıxır. Bu da bizə rəngin genetik mənşəli olmadığının açıq sübutudur. Elə isə bu nümunələrdə heç bir şəkildə genetik dreyflə bir genetik quruluşun digərindən üstün olmasından bəhs edilə bilməz.
Eyni ana və atadan doğulan uşaqların bir-birinə bənzəməməsi də fərqli epigenetik quruluşa malik genlərin qarışdırılması ilə meydana gəlir. Sperma və yumurta əmələ gəlməsi zamanı "crossing-over" adlanan mexanizmlə xromosom cütləri qarşılıqlı olaraq gen dəyişikliyi edirlər. Bu gen mübadiləsinin müxtəlif kombinasiyaları uşaqların bir-birindən fərqli olmasına səbəb olur. Genetik olaraq bir-birinə ən yaxın sayılan qardaşların belə fərqli fenotipə malik olması epigenetik təsirin nə qədər əhəmiyyətli olduğunu və fenotip müxtəlifliyin genetik dreyf üçün nümunə verilə bilməyəcəyini göstərən başqa bir dəlildir.
Bir növdəki genetik fərqlər yox deyiləcək qədər azdır
Bir növü digər növlərdən ayıran əsas xüsusiyyət o növ daxilində genetik fərqlərin çox az olmasından irəli gəlir. İnsan üçün bu fərq 0,1%-dən daha azdır. Yəni dünyanın ən uzaq yerlərində yaşayan fərqli nəsillərdən iki insanı qarşılaşdırsanız belə, ən çox bu qədər fərq ortaya çıxacaq. Habelə bu kiçik fərqin 85% qədər böyük hissəsi eyni cəmiyyətdə yaşayan və qohum olan fərdlər arasında belə var. Fərqliliklərin bir çoxu gen kodlamayan bölgələrdə yerləşir. Yəni hüceyrənin funksiyasında iştirak edən zülalların genetik düzülüşü bütün insanlarda eynidir.
Burada bir istisna mutasiyalarla bağlı genetik xəstəliklərdir. Bunların da canlıya fayda deyil, zərər verdiyi çox açıqdır. Kiçik və qapalı cəmiyyətlərdə genetik xəstəliklərin sayında artım ola bilər. Bu isə ana və atanın eyni genetik xəstəliyi daşıma ehtimalının artmasına bağlıdır. Genetik xəstəliklər də onsuz da zərərli təsirə malik olduqları üçün heç vaxt təkamülə dəlil deyil.
Genetik olaraq eyni quruluşa malik fərdlərin formalaşdırdığı bir növdə genetik dreyfdən bəhs etmək də mümkün deyil. Çünki müxtəlif səbəblərdən növün fərdlərinin əksəriyyəti ölsə belə, qalan fərdlər çoxalmağa davam etsələr, yenə köhnə gen quruluşuna sahib olacaqlar.
Genetik dreyf elmdənkənar darvinist fikirdir
Canlıların tarixini təsadüfə əsaslanan dəyişikliklərlə açıqlamağa çalışan darvinist məntiqin qarşılaşdığı bir çox çətinlik var. Təkamülçü məntiqə görə, yeni genetik məlumatın ortaya çıxması və uzaq perspektivdə yeni növlərin əmələ gəlməsi təsadüf çərçivəsindən kənara çıxmadan, (haşa) fövqəltəbii şüurun varlığına ehtiyac duyulmadan açıqlanmalıdır. Məhz bu səbəbdən bəzən xəyal gücünün hüdudlarını aşan çox qəribə və gülünc səbəb-nəticə əlaqələrinə dair ssenarilər ortaya atırlar. Bu ssenarilər yazılarkən unudulan vacib bir məqam var: elmilik.
Elmin ən əsas dayağı müşahidə və təcrübələrə əsaslanaraq əldə edilən konkret dəlillərdir. Özlərini guya "inanclardan uzaq, qərəzsiz elm adamları" kimi tanıdan təkamülçülər çətinliyə düşdükləri bir çox məqamda heç bir elmi fakta əsaslanmayan bu ssenarilərə əl atırlar. Obyektivlik bir tərəfə, hər mövzuda təkamülü haqlı çıxarmağa yönələn şərhlər verməyə çalışırlar ki, bu da onları elmdən uzaqlaşdırır. Problemin qaynağı da budur.
Genetik dreyfin yeni genetik məlumat qazanma mexanizmlərindən biri olduğu iddiası tamamilə əsassızdır. Yuxarıda müxtəlif yönləri ilə izah etdiyimiz bu iddia ilk ortaya atıldığı andan yanlışdır. Çünki daşınan bir genin varlığından bəhs etmək mümkün deyil. Genetik dreyf adı altında izah edilən mexanizm nəinki növlərin şaxələnməsinə, əksinə, azalmasına və ya yox olmasına səbəb olan bir haldır ki, bu da təkamül nəzəriyyəsinin iddiaları ilə ziddiyyət təşkil edir.
Belə ki, həyatın ortaya çıxması və növlərin əmələ gəlməsi ilə bağlı konkret hipotez belə ortaya qoya bilməyən təkamülçülər genetik dreyf kimi xəyali təkamül ssenarilərinə var-gücləri ilə sarılırlar. Bunları elmi həqiqətlər kimi göstərməyə çalışırlar. Halbuki bu anlayışlar ətraflı araşdırıldıqda tamamilə elmdən uzaq olduğu asanlıqla görünür.
Canlılar bir anda və qüsursuz şəkildə tarix səhnəsinə çıxmışlar. İlk ortaya çıxdıqları andan etibarən də genetik dəyişikliyə məruz qalmadan varlıqlarını davam etdirirlər. Bu həqiqət bütün elmi dəlillərlə dəstəklənir. Bu da təkamül prosesinin heç vaxt baş vermədiyinin və canlıların Allah tərəfindən yaradıldığının ən açıq dəlilidir.
Adnan Oktarın “News Rescue”da (Amerika) yayımlanan məqaləsi:
http://newsrescue.com/claims-genetic-drift-invalid/#axzz50bDS50mk