ADNAN OKTAR-IN QAZİANTEP OLAY TV-DƏKİ CANLI SÖHBƏTİ
(1 MART 2011; 22:00)
ADNAN OKTAR: Yusif surəsi, yaxşı. Yusif surəsi, 87. Şeytandan Allaha sığınıram. "Oğullarım, gedin Yusif ilə qardaşından (ətraflı araşdırma aparıb) bir xəbər gətirin və Allahın rəhmətindən ümid kəsməyin. Çünki kafirlərdən başqası Allahın rəhmətindən ümid kəsməz." Biz də nə edəcəyik? Hz. Mehdi (ə.s) və qardaşı haqda ətraflı araşdırma aparıb bir xəbər gətirəcəyik, araşdıracağıq. Allahın rəhmətindən ümid kəsməyəcəyik, çünki kafirlərdən başqası Allahın rəhmətindən ümid kəsməz. Axırzamana işarə edən açıqlaması bu şəkildə olur. "Beləcə, onun (Yusifin) qəbuluna girəndə, dedilər ki: "Ey vəzir, bizə və ailəmizə şiddətli bir bəla toxundu." Bax, o dövrdə də bir iqtisadi böhran meydana gəlmiş, hz. Yusif (ə.s) zamanında, yeddi illik. İndi də, hal-hazırda da yeddi illik bir iqtisadi böhran var.
"'Ey vəzir, bizə və ailəmizə şiddətli bir bəla toxundu; əhəmiyyəti olmayan bir sərmayə ilə gəldik. Bizə artıq (yenə) ölçünü tam olaraq ver və bizə əlavə bir hədiyyə ver." Hz. Mehdi (ə.s)-ın malı bolluca paylamasına işarə edən bir Quran ayəsidir. "Şübhəsiz Allah, təvəkkül edənlərə qarşılığını verər. (Yusif) Dedi ki: "Sizlər, cahil ikən Yusifə və qardaşına nələr etdiyinizi bilirsinizmi?" İndi də məsələn, bir çox cahil hz. Mehdi (ə.s)-a və hz. İsa (ə.s)-a qarşı çıxırlar. "Sizlər, cahil ikən," hz. Mehdi (ə.s)-a və hz. İsa (ə.s)-a qarşı indi, şərh olaraq izah edirəm "nələr etdiyinizi bilirsinizmi?".
"Sən həqiqətən Yusifsən mi, sənsən elə mi?" dedilər." Bax, öz qardaşlarını tanımaqda çətinlik çəkirlər. Daha əvvəl bildikləri halda, görünüşünü bildikləri halda tanımada çətinlik çəkirlər. Hz. Mehdi (ə.s)-ın da görünüşünü, hər şeyini bildikləri halda hz. Mehdi (ə.s)-ı tanımaqda çətinlik çəkəcəklər, Quran buna işarə edir. "Sən həqiqətən Yusifsən mi?" Deməli hz. Mehdi (ə.s)-da da insanlar şübhəyə duyacaqlar, həqiqətən hz. Mehdi (ə.s)-dır mı deyə şübhəyə düşəcəklər. "Sənsən elə mi?" dedilər. "Mən Yusifəm" dedi. "Və bu da qardaşımdır. Doğrusu, Allah bizə lütf etdi." Hz. Mehdi (ə.s)-a və hz. İsa (ə.s)-a Allah lütf edəcək, inşaAllah. "Həqiqət budur ki, kim çəkinər və səbir edərsə" halala, harama diqqət edərsə "və səbir edərsə" səbir nə deməkdir? Uzun zaman gözəl əxlaqda qərarlı və israrlı olmaqdır.
"Səbir edərsə, şübhəsiz Allah, yaxşılıq edənlərin qarşılığını boşa çıxarmaz." Hz. Mehdi (ə.s)-in səyləri, hz. İsa Məsih (ə.s)-ın səyləri boşa çıxmayacaq, müsəlmanların səyləri boşa çıxmayacaq. Dünyada da qarşılığını alacaqlar, axirətdə də qarşılığını alacaqlar, inşaAllah. "Dedilər ki: "Allah adına, heyrət vericidir, Allah səni həqiqətən, bizə qarşı seçmişdir." Hz. Mehdi (ə.s)-a da heyrət edirlər. Yəni Allah onu niyə seçdi, o insanı, deyir. Bizim şeyximizi, bizim mürşidimizi, bizim məmləkətdən, bizim ətrafdan, bizim təriqətdən birini yox, niyə hz. Mehdi (ə.s)-ı seçdi deyə şübhəyə düşəcəklər və qəribə etirazlar edəcəklər, Quran ona da işarə edir. Bax, "Dedilər ki: "Allah adına, heyrət vericidir, Allah səni həqiqətən bizə qarşı seçmişdir." Allah niyə səni seçdi, deyir. Peyğəmbərimiz (s.ə.v)-ə də heyrət ediblər. Allah niyə onu seçdi, niyə iki böyük şəhərin liderlərindən birini deyil, onu seçdi Allah deyə heyrət etmişlər.
"Və həqiqətən, biz də səhvə yol verənlər idik." Bunu deməli, sonunda hz. Mehdi (ə.s) əleyhdarları səhvə yol verdiklərini qəbul edəcəklər, Quran ona işarə edir."Dedi ki: "Bu gün sizə qarşı sorğulama, qınama yoxdur." Hz. Mehdi (ə.s)-ın intiqam almayacağı aydın olur, Quranın işarəsindən. Yəni pislik edənlərdən intiqam almağın uyğun olmayacağı aydın olur. "Sizi Allah bağışlasın." Amma bax, burada çox mənalı bir şey söyləyir. Mən bağışladım, amma sizi əsas Allah bağışlasın, deyir. Əsas mövzu odur. Allah bağışlamadıqda bitdi. Məsələn, Allah deyir ki, Peyğəmbərimiz (s.ə.v)-ə; "sən onlar üçün yetmiş dəfə bağışlanma diləsən də yenə Allah onları bağışlamaz." Allah bağışlamadıqda bitdi. İnsanın bağışlaması heç bir şeyi dəyişdirməz, söyləyim. "O, mərhəmətlilərin (ən) mərhəmətlisidir." Bəzi insanlar vardır, haşa Allaha mərhəmət öyrətməyə cəhd edərlər, deyilmi? Cəhənnəm nəyə lazımdır, mən olsaydım, haşa cəhənnəmi yaratmazdım kimi, şeytani və axmaq üslubdan istifadə edirlər. Onsuz da cəhənnəmin əhəmiyyəti oradan aydın olur, sənin o təkəbbür etməyindən aydın olur. Sən o qədər özündən razı və təkəbbürlüsən, həyatının hər mərhələsində də özündən razı və təkəbbürlüsən deməkdir. Orada Allaha xəyanət edirsənsə, hər kəsə xəyanət edərsən. Allaha qarşı, haşa belə həyasız bir üslub istifadə edirsənsə, hər kəsə qarşı bunu istifadə edə bilərsən.
"Bu köynəyimlə gedin, atamın üzünə sürtün. Gözü (yenə) görəcək. Bütün ailənizi də mənim yanıma gətirin." "Bu köynəyimlə gedin, atamın üzünə sürtün. Gözü (yenə) görəcək. Bütün ailənizi də mənim yanıma gətirin." Buradan da hz. Mehdi (ə.s)-ın bədəninin, varlığının, insanların bir çox xəstəliyinə də yaxşı təsir edəcəyini anlayırıq. İnsanlar ruhi xəstəliklərdən xilas olacaqlar, buna görə də bədən xəstəliklərindən xilas olacaqlar. Bir çox xəstəliyin səbəbi psixolojidir. Hz. Mehdi (ə.s) insanlarda çox yüksək psixoloji təsəlli yaradacağı üçün, çox yüksək sevinc və bahar havası meydana gətirəcəyi üçün, insanlardakı o psixoloji şiddətli təzyiq qalxacaq. Buna görə də çox sağlam olacaqlar. Gözləri narahat olanların gözləri düzələcək. Başqa bir narahatlığı olan, o da düzələcək. Xəstəliklər hz. Mehdi (ə.s)-ın dövründə aradan qalxacaq. Cəmiyyətdəki ümumi psixoloji rahatlıq insanların bədənlərinə də əks olunacaq. Çünki məsələn, baş ağrılarının səbəbi sıxıntıdır. Bir çox insanın baş ağrılarının, məsələn, miqrenlərinin səbəbi çətinlikdir, həyatdan bezməkdir, depressiyaya düşməkdir. Hz. Mehdi (ə.s)-ın dövründə bunlar qalxacağı üçün, insanlar məsələn miqreni hiss etməyəcəklər, baş ağrısı hiss etməyəcəklər. Məsələn, qrip və s. də mənəvi çöküntüdə, bədənin müdafiə etmə sistemi qırıldığı üçün tez xəstələnir insanlar. Şən bir insan tez xəstələnməz. Məsələn, bədəndə meydana gələn şişlər, bunlar həmişə mənəvi pozuntudan olar, çoxu. Məsələn, yırtıqlar, bel yırtıqları həmişə sinirlə bağlıdır, boyun yırtığı, şiddətli gərginlikdən və şiddətli iztirabdan meydana gələr. Məsələn, vərəm olması; hətta filmlərdə, yerli filmlərdən bilərsiniz, kədərlənən insan sonunda vərəm olar. Hətta deyərlər, insanı vərəm edirsən deyərlər, çünki bədənin immuniteti zəifləyər, ondan sonra mikroba yoluxmaq asanlaşar. Hz. Mehdi (ə.s) elə şən, elə canlı, dinamik bir cəmiyyət meydana gətirir ki, cəmiyyət artıq xəstə olmur, geniş olaraq xəstə olmur. Çox nadir xəstə olan olur. 93-cü ayə buna işarə edir. Bax "Bu köynəyimlə gedin, atamın üzünə sürtün. Gözü (yenə) görəcək. Bütün ailənizi də mənim yanıma gətirin." Hər kəsə sahib çıxdığını da göstərir ayədə. Hz. Mehdi (ə.s)-ın hər kəsə, hər insana sahib çıxacağına, mərhəmətli olacağına işarə edir. Yusif surəsi əvvəldən axıra mehdiyyəti izah edər. Hz. Süleyman (ə.s)-ın hekayəsi də mehdiyyəti izah edir, hz. Zülqərneyn (ə.s)-ın hekayəsi də, Kəhf surəsi də mehdiyyəti izah edir. Mehdiyyət dünyanın ən böyük hadisələrindən biridir, ən böyük hadisədir. Çünki bütün peyğəmbərlər bunu söyləyir, ən böyük hadisədir deyir dəccaliyyət, gəlmiş keçmiş ən böyük hadisədir. Ən böyük hadisəyə qarşı da ən böyük əks hücum olur, ən böyük təmizlik edilir. Onu da hz. Mehdi (ə.s) edir. Təbii ki, mənəvi tərəfiylə Peyğəmbərimiz (s.ə.v)-in dünyaya gəlişi və Peyğəmbərliyi ən böyük hadisədir, amma dünya səviyyəsində olması istiqamətindən ən böyük hadisə mehdiyyət dövründəki hadisədir; yəni miqyas istiqamətindən ən böyük hadisə odur. Mənəvi istiqamətdən Peyğəmbərimiz (s.ə.v) ən böyük hadisədir.
"Karvan (Misirdən) getməyə başladığı zaman, ataları dedi ki: "Əgər məni ağlını itirmiş saymırsınızsa, inanın Yusifin qoxusunu hiss edirəm." "Karvan Misirdən ayrılmağa başladığı zaman," deməli bəzi yaramaz, səhv insanlar Misirdən ayrılacaqlar, çünki o dövrdə qardaşları yanlış rəftar göstərir. Bax, nə deyir Allah: "Karvan (Misirdən) ayrılmağa başladığı zaman". İndi o karvan Misirdən ayrıldı, deyil mi? Məşhur dəstə, alaca qarğanın dəstəsi. "Ataları dedi ki: "Əgər məni ağlını itirmiş saymırsınızsa," deməli, Axırzamanda bəzi böyük mücəddidlərə, bəzi böyük alimlərə ağlını itirmiş insan rəftarı ediləcək. Bəzi tərbiyəsizlər, bəzi hörmətsizlər sanki ağlını itirmiş kimi bir üslub istifadə edəcəklər. Çünki yaşı irəliləyincə bəzi insanlardan şübhə edilər, görəsən ağlını itirdi mi kimi. Amma böyük mürşidlərdə, böyük alimlərdə ağlını itirmə olmaz. Amma bəzi özünü bilməzlərdə, bəzi cahillərdə biz bunu görürük məlumdur. "Əgər məni ağlını itirmiş saymırsınızsa, inanın Yusifin qoxusunu (burnumda tuturam) hiss edirəm." Deməli, hz. Mehdi (ə.s) daha əvvəldən hiss ediləcək, onun qoxusu daha əvvəldən hiss ediləcək və həm də hz. Mehdi (ə.s)-ın da gözəl bir qoxusu olduğuna da işarə var burada, inşaAllah. Amma bu tip hadisələrdə zühurundan əvvəl qoxusunun gəldiyi, əlamətlərinin meydana gəldiyi aydın olur. Qoxusu əlamətlərinə işarədir, inşaAllah. "Allah adına heyrət vericidir, dedilər." Bax, hər şeydə Allahın adından istifadə edirlər.
"Allah adına heyrət vericidir, Allah səni həqiqətən, bizə qarşı seçmişdir." Bax, həmişə də övliya kimi özlərini aparırlar, görürsünüzmü? Hər cinayət törətdiklərində də həmişə Allahın adından istifadə edirlər. Allah deyir, "Şeytan əsla sizi Allah ilə aldatmasın." "”Allah adına heyrət vericidir dedilər. "Sən hələ keçmişdəki səhvindəsən.”" Halbuki, bu insan Peyğəmbərdir, səhvi də yoxdur. Keçmişdəki səhvindəsən deyirlər. "Müjdəçi gəlib onu (köynəyi) onun üzünə sürtdüyü zaman" Hz. Mehdi (ə.s)-ın dövründə də müjdəçi olmaq çox əhəmiyyətlidir. Peyğəmbərimiz (s.ə.v) nə deyir: "Mehdi ilə müjdələnin". O müjdə insanların ürəyini açar. Axırzamanda müjdəçilər var. Mən də müjdəçiyəm, sən də müjdəçisən, bizi sevən hər kəs müjdəçidir.
"Müjdəçi gəlib onu (köynəyi) onun üzünə sürtdüyü zaman gözü açıldı (sağlamlığına qayıtdı)." Sevinc gəlir. Deməli, yenidən İslama qovuşmağın sevinci, yenidən gözəlliyə qovuşmağın sevinci insanlarda müdhiş bir canlılığa səbəb olacaq. Buradakı köynək, İslamın yenidən dönüşünə işarə edən bir hadisədir. Peyğəmbərimiz (s.ə.v)-in əbası çıxdıqda, Peyğəmbərimiz (s.ə.v)-in köynəyi çıxdıqda, bütün cəmiyyətdə böyük bir mənəvi inqilab olacaq, buna işarə edir. Böyük bir həyəcan meydana gələcək, inşaAllah və cəmiyyət maddi, mənəvi sağlamlığına qayıdacaq, inşaAllah. "(Yaqub) Dedi ki:" yəni İsrail, Yaqubun digər adı İsraildir. Dedi ki, hz. Yaqub (ə.s.): "Mən, sizə bilmədiyinizi Allahdan həqiqətən bilirəm demədim mi?" Bəzi insanlar mürşidlərə, alimlərə və xüsusilə hz. Mehdi (ə.s)-a zahiri gözlə baxdığında anlaya bilməzlər. Bax, nə deyir: "Mən, sizə bilmədiyinizi Allahdan həqiqətən, bilirəm demədim mi?"Çünki xüsusi bir elmə sahibdir. Deməli, peyğəmbərlər xüsusi bir elmə sahib olurlar. Bəzi vəlilər xüsusi bir elmə sahib olurlar. Zahirə baxan aldanar.
"(Uşaqları da:) "Ey atamız, bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz həqiqətən, səhvə yol vermişik." dedilər” Ən axırda deməli, bunu deyəcəklər. Hz. Mehdi (ə.s)-ın əleyhdarları, hz. Mehdi (ə.s)-a qarşı olanlar ən axırda səhvə yol verdiklərini, səhv etdiklərini qəbul edəcəklər.
"İrəlidə sizin üçün Rəbbimdən bağışlanma diləyərəm." Baxın, Peyğəmbər dərhal bağışlanma diləmir, çünki baxacaq, rəftarlarına baxacaq, səmimi iman etdiklərinə inanarsa, bağışlanma diləyəcək. Çünki bağışlanma deyincə bağışlanma dilənməz. Adam həqiqətən düzəldisə vicdani qənaəti gələcək, ondan sonra bağışlanma diləyəcəksən. O da dürüst olduğu üçün nə deyir üçün: "İrəlidə sizin üçün Rəbbimdən bağışlanma diləyərəm." Çünki qənaəti gəlməmişdir. "Çünki O, bağışlayandır, əsirgəyəndir" dedi. Beləcə, onlar (gəlib) Yusifin yanına gəldikləri zaman, ana və atasını bağrına basdı." Deməli, sevgidə qucaqlama var, bağrına basma var. Sevgi ifadəsidir, məhəbbət ürəkdən-ürəyə keçər. "Və dedi ki: "Allahın diləməsiylə Misirə əmin-amanlıq içində daxil olun." Deməli Misir, İslam aləmi təhlükəsizliyə qovuşacaq, İslam dünyaya hakim olacaq. Təhlükəsizlik içində daxil olun nə deməkdir? Təhlükəsizdir, hər yer aydınlıqdır. Hz. Mehdi (ə.s) dövründə bir qadın tək başına Şama qədər gedəcək, təhlükəsizlik içində olacaq deyir, hədisdə açıqca ifadə edilmişdir. Bu ayə ona işarə edir.
Şeytandan Allaha sığınıram. Yusif surəsi, 100. "Atasını və anasını taxta çıxarıb oturtdu." Ataya və anaya nə qədər sevgi və hörmət göstəriləcəyi izah edilir. Taxt, dövlətin ona təsis etdiyi ən əhəmiyyətli mövqeni bildirən simvoldur. Hörmət olaraq Yusif (ə.s) nə edir? Yüksək bir gözəllik göstərərək ana və atasını taxta çıxardıb-oturdur. Onlar da "Onun üçün səcdə edirlər." Onlar da ona fövqəladə sevgi göstərirlər. O zamanlar sevgi ifadəsi, hörmət ifadəsi səcdə idi, sonradan o salama çevrildi. "Səcdə yalnız Allah üçün edilən bir ibadət növüdür, ancaq o dövrdə səcdə və salam hörmət ifadəsi idi, ibadət deyildi. Kataldə sələfin salamı, salam verdiyi kimsəyə səcdə etmək idi. Allahın Rəsulu (s.ə.v) isə bizə Əsselamun Əleykum və Rəhmətullah deməyi öyrətdi. Bu salam cənnət əhlinin salamıdır, dedi."
"Dedi ki: "Ey Atam, bu, daha əvvəlki yuxumun şərhidir." Hz. Mehdi (ə.s) da nə deyəcək? Daha əvvəlki hədislərin eynilə təsdiqləndiyini gördünüz deyəcək. "Doğrusu, Rəbbim onu reallaşdırdı." Hz. Mehdi (ə.s) nə deyəcək? O rəvayətləri Allah reallaşdırdı, eynilə çıxdı deyəcək, inşaAllah. "Mənə yaxşılıq etdi.” Hz. Mehdi (ə.s) nə deyəcək? Allah mənə yaxşılıq etdi deyəcək, inşaAllah. "Çünki məni zindandan çıxardı." Hz. Mehdi (ə.s) da nə deyəcək? Allah məni zindandan çıxardı deyəcək. Allah onu zindandan çıxartdığı üçün Allaha şükür edəcək. Nə deyəcək? Məni həbsə salan da, həbsdən çıxaran da Allahdır deyəcək, inşaAllah. Quran ona işarə edir. Hz. Mehdi (ə.s)-ın da həbsə salınacağını anlayırıq.
"Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra," deməli, bir qisim müsəlmanlar hz. Mehdi (ə.s)-a qarşı çıxacaqlar və araları dəyəcək, aralarında bir ziddiyyət meydana gələcək. "Vurduqdan sonra, (O) sizi çöldən gətirdi. Şübhəsiz, mənim Rəbbim dilədiyini çox incə təşkil edib tədbir görəndir." Deməli, ta çöldən, başqa yerlərdən insanlar hz. Mehdi (ə.s)-ın yanına gələcəklər. Ən uzaq diyarlardan insanların hz. Mehdi (ə.s)-a beyət edəcəyinə işarə edir. "Şübhəsiz mənim Rəbbim, dilədiyini çox incə təşkil edib tədbir görəndir." Hz. Mehdi (ə.s)-ın qədərində, mehdiyyətdə çox incə tədbir və çox incə təfərrüatlar üzərində dayanacağını anlayırıq. Elə mürəkkəb və elə incə bir qədər olacaq ki, nəfəs kəsici olacaq, inşaAllah. "Həqiqətən, bilən, hökm və hikmət sahibi Odur." Həqiqətən, hər şeyi bilən Allahdır. Hökm sahibi Odur, hikmət sahibi olan Odur.