Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "Beləcə Rəbbin səni seçəcək", Peyğəmbər olduğu üçün vəhylə bildirir. Bu bilinəcək bir şey deyil, xüsusi vəhy tələb edir. "Səni seçəcək, səni Mehdi edəcək" deyir. "Sənə, sözlərin şərhindən (qaynaqlanan bir məlumatı) öyrədəcək". Yəni Allah: "Sənə, Allahın hökmlərini çox gözəl izah etməyi öyrədəcək. Çox gözəl natiqlik qabiliyyətin olacaq, gözəl, bəlağətli, məqsədəuyğun, qaneedici danışma gücün olacaq" deyir.
"Və daha əvvəl ataların İbrahim və İshaqa (nemətini) tamamladığı kimi sənin və Yaqub ailəsinin üzərindəki nemətini tamamlayacaq". Hz. Yaqub (ə.s) ailəsinin nemətinin tamamlanması nədir? Hz. Mehdi (ə.s) vəsiləsi ilə İslamın dünyaya hakimiyyətidir, son. Çünki hz. Mehdi (ə.s) da hz. Yaqub (ə.s) ailəsindən, İsrail nəslindəndir, hz. Davud (ə.s) nəslindəndir. Buna görə də, Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ı təsvir edərkən: "İsrail oğulları görünüşündədir" deyir. 10-dan artıq hədis var: "Cismi İsraili" deyir, yəni İsrail oğulları görünüşündədir.
"Yaqub ailəsinin üzərindəki nemətini tamamlayacaq. Əlbəttə ki, Rəbbin, biləndir, hökm və hikmət sahibidir". (Yusif surəsi, 6)