Adnan Oktarın Samsun Aks Tv-dəki canlı müsahibəsi (4 noyabr 2010)
Adnan Oktar: Şeytandan Allaha sığınıram. “Yusifi yer üzündə yerləşdirdik” (Yusif surəsi, 21). Mehdi (ə.s)-a baxan bir surədir, Yusif surəsi, Mehdi (ə.s) izah olunur inşaAllah. “Ona yuxuları yozmağı (sözləri şərh etməyi) öyrətdik” İnşaAllah. Yəni Mehdi (ə.s)-a geniş ölçüdə işarə edir. “Allah Öz işini qələbə ilə başa çatdırandır”. 2014 əbcəd. “Allah Öz işini qələbə ilə başa çatdırandır”. Yusif surəsi, bax, deyir ki: “Yusifi yer üzündə yerləşdirdik”. Hakim etdik -siyasi, iqtisadi- hər istiqamətdən hakim etdik. O dövrün Mehdisi idi hz. Yusif. Tam mehdiyyət meydana gəlmiş, hakimiyyət var. “Ona yuxuları yozmağı (sözləri şərh etməyi) öyrətdik”. Çox gözəl şərh edir Quranı, o dövrdəki haqq olan kitab nə idisə onu çox gözəl şərh edir. “Allah Öz işini qələbə ilə başa çatdırandır”. Tam 2014. 2014-cü ildə nələr olacağını görəcəksiniz onsuz da inşaAllah.
Rum surəsi inşaAllah. Şeytandan Allaha sığınıram. 29-cu ayə. “Lakin haqsızlıq edənlər”, yəni münafiqlər, müşriklər, fırıldaqçı saxtakarlar, “heç bir elmə əsaslanmadan”, yəni Qurana əsaslanmadan, Allahın hökmünə, vəhyə əsaslanmadan, “nəfslərinin istəklərinə uydular”. Öz uydurduqları xurafatlara uymuşlar. “Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz. Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur Allahın yaratdığını heç cür dəyişdirmək olmaz”. Yəni Allahın şəriəti, Allahın yaratdığı fitrətdə dəyişiklik olmur, inşaAllah. “Doğru din budur”, yəni İslam dini əsas quruluşu ilə dəyişmir. Heç bir dəyişikliyə uğramamışdır. Bəzi təfərrüatlarda dəyişiklik olur.
O münafiqlər, o müşriklər ki, “O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar”, dəstələrə ayrıldılar. “Hər firqə öz təriqətini üstün bilib sevinir”. Öz aralarında da bölünmüşlər, tək başına qalmışlar; hər biri ayrıdır münafiqlərin, “hər firqə öz təriqətini üstün bilib sevinir”. Doğru yolda olduğunu iddia edirlər ayrı-ayrı.