Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "O (Yusif) dedi: "O məni yoldan çıxartmağa çalışdı", yəni "özü əlaqəyə girmək istədi". O qədər deyir amma hz. Yusif (ə.s). "Qadının yaxınlarından biri belə şahidlik etdi: "Əgər onun köynəyi ön tərəfdən cırılıbsa, o zaman qadın doğru danışır", baxın, "onun köynəyi ön tərəfdən cırılıbsa, o zaman qadın doğru danışır, özü isə yalan danışanlardandır". Bu da hz. Xızır (ə.s)-dır Allahualəm. Çünki bu çox təhlükəli bir açıqlamadır. Qadın köynəyi öndən də cırmış ola bilərdi. O zaman? Bu onsuz da etibarlı bir dəlil deyil. Qadın istənilən halda, öndən də cıra bilər. Məsələn, hz. Yusif (ə.s)-ı soyundurmağa çalışar, çəkib cırar. Və dolayısilə hz. Yusif (ə.s) zərər çəkmiş vəziyyətdə qalar. Lakin köynəyin arxadan cırıldığını bildiyi üçün, bunu söyləyir, Allahualəm. Bəli, zəmanət altına almaq üçün, qabaqcadan söyləyir. "Əgər onun köynəyi ön tərəfdən cırılıbsa, o zaman qadın doğru danışır, özü isə yalan danışanlardandır". Əvvəlcədən “yalandır” diaqnozu qoymur. O zaman bu ifadəyə görə heç xilaskar olmaz. Halbuki çox günahsız mövqedə olduğu halda.
"Yox əgər, onun köynəyi arxadan çəkilib cırılıbdırsa". Bax əvvəlcə mənfini söyləyir, onun əleyhinə olanı, sonra onu xilas edəcək şeyi ən sona saxlayır. Bax, bu hüquqda çox əhəmiyyətlidir. Ən sona, yəni müdafiəni ən sona saxlayır. Məhkəmələrdə də müdafiə ən sona saxlanılar. "Yox əgər, onun köynəyi arxadan çəkilib cırılıbdırsa", lakin çəkilmək surətiylə cırılıbdırsa, "o zaman qadın yalan danışır". Bax qəti hökm meydana gətirir. "Özü isə, doğru danışanlardandır". Halbuki tam əksinə də ola bilər, yəni köynək hər hansı şəkildə arxadan cırıla bilər, yəni qadın etmədisə burada niyə zərər çəksin? Köynəyi özü də cıra bilər kürəyindən və ya hər hansı yerə ilişib cırıla bilər.
"(Əri) Onun köynəyinin arxadan çəkilib cırıldığını gördüyü zaman: "Doğrusu, bu sizin tələlərinizdəndir" deyir. Bu ona kifayət edir, bax, o insanın sözüylə ona inanır. Dəqiq hökm verir. Nə deyir? "Doğrusu", yəni doğru olan hökm. "Bu sizin tələlərinizdəndir". Yəni "bir tələ qurmusan", lakin qadının, mütəşəkkil bir tələ qurduğunu söyləyir. ""Tələlərinizdəndir. Həqiqətən sizin tələniz böyükdür" dedi" deyir. Yəni "böyük bir tələ qurmusan sən" deyir; "hz. Yusuf (ə.s)-a qarşı".
"Yusif, sən bundan üz döndər" deyir. "Bununla bir daha görüşmə". Bu bir çıxış yoludur, çünki bəla olduğu bəllidir. "(Qadın!) Sən də günahından ötrü bağışlanma dilə". Müsəlmana yaraşan şəkildə yaxınlaşır; "bağışlanma dilə". Başqası olsa çəkib vurar, nəsə edər, elə deyil? Bax, o təkcə: “Bağışlanma dilə” deyir. "Günahından ötrü bağışlanma dilə. Doğrusu sən günahkarlardan oldun", (Yusif surəsi, 26-29). Bax, Quran hökmü kimi, o dövrdəki Allahın hökmü ilə açıqlayır. Müsəlmana yaraşan bir rəftar göstərir, rüsvayçılıq çıxartmır. Başqası olsa, çörək bıçağı ilə qadına hücum çəkər, elə deyil? İyirmi üç yerindən, hətta ortadan kəsər bilməm nə. Ağlasığmaz dəlilik edirlər, Allah uzaq eləsin. Yəni insan dəliliklərinə gülür artıq, Allahın ağıllarını almasına.