Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "(Qadın) onların tələlərindən xəbər tutduqda, özlərinə (bir elçi) göndərdi". Yəni o da onların nə olduğunu bilir. "Onların tələlərindən xəbər tutduqda, özlərinə (bir elçi) göndərdi". Onların dedi-qodularını eşitdikdə özlərinə qarşı kin tutmağa başlamışdır. "Oturub dayanacaqları yerlər" hazırlayır, yəni belə rahat şəkildə oturacaqları. "Və hər birinin əlinə bıçaq verdi". Bu, ərəbcəsində daha fərqlidir, lakin təbii ki, biz, bıçaq kimi götürürük. Meyvə olaraq da, o bölgədə olan xüsusi bir meyvə var, Tövratda keçir. Oval formalı bir meyvə, tam ağlıma gəlmir. Bax: "Çıx, onlara (görün)" dedi"". Nə üçün deyir? Qadınların, o cavan oğlandan təsirlənəcəklərini bilir. "Çıx, onlara (görün)" dedi"". Beləcə onlar onu gördükdə (gözlərində) böyütdülər", qadınlar xeyli təsirlənirlər, "və əllərini kəsdilər". Hanı bəs təkcə qadın təsir edirdi insana? Deməli, kişi də təsir edirmiş. Əgər qadın niyyəti pozsa, bax təsirlənirmiş. "Əllərini kəsdilər" deyir. Əli ayağı boşalır. "Onlar: "Allahı tənzih edirik, bu bir bəşər deyil" dedilər". "İnsana bənzəmir" deyirlər, "bu qədər təsir etməsi". Yəni çox təəccüb edirlər; bu qədər təsiredici gücünün olmasına. Yəni özlərinə də təəccüb edirlər; bu qədər təsirlənmələrinə. Halbuki imanından təsirlənirlər. İmanından meydana gələn bir cazibədarlıq var, yəni ilahi bir cazibədarlıq, bundan təsirlənirlər. ""Bu, ancaq üstün bir mələkdir" dedilər". Yəni: "Belə bir insan ola bilməz" deyirlər.