Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "O dedi: "Sizin onu aparmağınız həqiqətən məni kədərləndirər və siz ondan xəbərsiz ikən onu canavarın yeməsindən qorxuram". Təbii ki, burada peyğəmbər zəlləsi var. "Onu aparmağınız həqiqətən məni kədərləndirər". Bir kərə mömin kədərlənməz, hər şeydə xeyir görər. Bu bir peyğəmbər zəlləsidir. "Siz ondan xəbərsiz ikən onu canavarın yeməsindən qorxuram", (Yusif surəsi, 13). Bu da bir zəllədir. Çünki zəifliyi bildirmiş olur. Orada onlara xəbəri olmadan necə oyun qurmalı olduqlarına dair bir fikir vermiş olur. Çünki onların başı işləmir, tapa bilməz onlar. Lakin o onlara belə bir ehtimalı söyləməklə imkan tanımış olur. Bunun üçün zəiflik əsla deyilməz. Məsələn, insan bir şeydən qorxursa onu söyləməməlidir, zəif bir istiqaməti varsa onu hiss etdirməməlidir, düşmənləri bundan istifadə edər. Məsələn, pulu yoxdursa, "pulum yoxdur" deyər, lakin aciz mövqeyə düşəcəksə "pulum yoxdur" deməsi düzgün olmaz. Tam əksinə.