Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "Onlar dedilər: "And olsun", münafiqlərin ən çox istifadə etdikləri şey and içməkdir. And içməklə başlayırlar. Münafiq çıxılmaz vəziyyətdə qaldıqda; "vallah, billah" deyərək and içər. Bax: "And olsun" deyir, Allaha and içirlər. "Biz, bir-birini himayə edən bir cəmiyyət olduğumuz halda". Həqiqətən xurafataçılar öz qrupları daxilində bir-birlərini himayə edərlər. "Canavar onu yesə, o zaman, şübhəsiz, itkiyə uğrayan (aciz) insanlar olarıq". "Onsuz da belə bir şey olsa, biz itirərik, acizliyə düşərik, belə şey olmaz" deyirlər.