Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (29 dekabr 2011, 11.00)
Adnan Oktar: "Onlar dedilər: "Ey Atamız, həqiqət budur ki, biz getdik". Bax: "Həqiqət budur ki". Yalançının əsas xüsusiyyətidir. "Desəm də inanmazsan" deyə başlayarlar ha, "həqiqət budur ki" deyirlər. "Biz getdik, yarışırdıq". Allah, xurafatçının necə yalan danışma xüsusiyyətləri olduğuna, necə mütəşəkkil yalan danışdıqlarına diqqət çəkir, dillərinin necə yalana vərdiş etdiyinə. Bu xurafatçılarda geniş yayılmışdır. Dərhal, hekayə uydurar. "Yusifi də yeməklərimizin (və ya əşyamızın) yanında qoymuşduq". Bax, hekayədə ona da bir don geydirir. "Lakin onu canavar yedi". Peyğəmbər hz. Yaqub (ə.s) nə demişdi? "Canavarın yeməsindən qorxuram" demişdi. Onlar nə deyir? "Canavar yedi" deyir. İstəmədən də olsa onlara fikir vermiş olur, yəni onların edəcəyi sui-qəsddə onlara fikir vermiş olur. Bir zəiflik, zəifliyini bildirib. Onlar da zəifliyindən ona qarşı istifadə edirlər, "canavar yedi" deyirlər. Çünki: "Haradan çıxartdınız canavarı?" "Sən demədinmi? "Canavar yeməsin, təhlükəlidir" demişdin" deyəcəklər, "ehtimal verdiyinə görə, məhz ehtimal verdiyin şey oldu" deyəcəklər.
"Necə ki, biz doğrunu söyləsək də, sən bizə inanan deyilsən". Bu xurafatçıların yalan danışarkən işlətdiyi üsullardan biridir. Yalan danışdığı üçün, vicdanı təzyiq edir. Nə deyir? "Doğrunu söyləsək də, sən bizə inanan deyilsən". Onu günahlandırır bu dəfə. Yəni doğru danışan insana inanmamaq günahı meydana gətirmiş olurlar. Bu xurafatçıların bir üsuludur.
"Və üzərinə yalandan qan (sürtülən) köynəyini gətirdilər". Bax, bu yenə xurafatçıların axmaqlığıdır, axmaqca üsulları. "Xeyr" dedi. Nəfsiniz, sizi yanıldıb (belə) bir işə sürükləmişdir. Bundan sonra (mənə düşən) gözəl şəkildə səbir etməkdir". Yəni köynəyin vəziyyətindən, qurduqları saxta oyundan anlayır atası, bir oyun olduğunu. Lakin bax burada çox gözəl bir şey söyləyir: "Bundan sonra" deyir, "(mənə düşən) gözəl şəkildə səbir etməkdir". Müsəlman səbirli olmalıdır. "Sizin bu uydurduqlarınıza qarşı". Bax burada tam mənasıyla təşxis etmişdir. Bax: "Uydurduqlarınıza qarşı", "hamısı yalandır" deyir. "Uydurduqlarınıza qarşı (Özündən) kömək istənəcək olan Allahdır", (Yusif surəsi, 17-18). "Mən, Allahdan kömək istəyirəm" deyir.