Hz. Mehdi (ə.s), peyğəmbərlərdə olduğu kimi uzun və əziyyət dolu bir ömür sürəcək. Hz. Mehdi (ə.s)-ın qeyb dövrü olacaq, hətta bu qeyb dövrünün uzun olması, yəni hz. Mehdi (ə.s)-ın insanlar tərəfindən tanınmasının, zühurunun bəzi kəslərin zənn etdiyindən daha uzun sürməsi imanı zəif bəzi kəslərin ürəklərinin qatılaşmasına səbəb olacaq. Bu səbəblə, hz. Mehdi (ə.s)-a inananlar 313 nəfər kimi çox az bir sayda adam qalacaq. Bu kəslər Allahın ürəklərinə xüsusi olaraq iman yazdığı, çox səmimi insanlar olacaq.